Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə39/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   68

Alın lenti

Hüseyn Rəstqar


İbrahimlə inqilabdan öncə məhəllədə dostlaşdım, birlikdə futbol və voleybol oynayırdıq. Müharibə başlayandan sonra onun qərb cəbhəsinə getdiyini öyrəndim. 1982-ci martında çəkiliş heyəti ilə birgə Şuşa ezam olunduq. Qardaş Əli Fəzlinin başçılıq etdiyi Əlmehdi briqadası Şuşun yaxınlığında Rüfaiyyə adlı bir bölgəyə göndərilmişdi. Bu briqada novruz günlərində əməliyyatın növbəti mərhələsini həyata keçirəcəkdi.

Əməliyyat axşamı çəkilişə başladıq. Gecənin qaranlığında batalyonlar bir-birinin ardınca yola düşdü. Öncəki günlərdə düşmənin güclü müqavimətindən xəbəri olan hər kəs dua edirdi ki, bu istiqamətdə mövqeləri tuta bilək.

İlk döyüşçülər dua mərasimindən və əzadarlıqdan sonra yola düşdülər. O axşam heç vaxt yadımdan çıxmaz. Düşmən mövqeləri ələ keçirilmişdi və bir-birinin ardınca şad xəbərlər gəlirdi.

Biz döyüşçülərin qəhrəmanlığını lentə köçürmək məqsədilə səhər açılan kimi əməliyyat yerinə gedəcəkdik. Hava işıqlananda bir qrup komandirlə yola düşdük. Kamera və mikrofonlarımız hazır vəziyyətdə idi.

İlk əməliyyat yerinə çatan kimi gözüm yaralı bir döyüşçüyə sataşdı. Özümdən asılı olmadan işimi buraxıb onun yanına qaçdım. O, əməliyyatın ilk hücumçularından idi və qəribə tərzdə yaralanmışdı. Onu yaxşı tanıyırdım, qədim dostum İbrahim Hadi idi.

Yanında oturub ona salam verdim. Məni tanıdı və halımı soruşdu. Yaxşı danışa bilmirdi. Bir güllə üzündən girib qəribə tərzdə boynundan çıxmışdı, biri də ayağına dəymişdi. Güllə boyundan çıxanda adətən onurğanı və ya şah damarı zədələyir və insanın yaşama ehtimalı az olur. İbrahim isə sağlam və gümrah idi.

Başına toplaşmış döyüşçü dostlarının hamısı onun igidliyindən danışırdı. O, həmin gecə düşmən səngərini təkbaşına məhv edib yolu açmışdı.

Gözüm İbrahimin başına sataşdı. Saçının bir hissəsi yanmışdı. Saçının arasında bir güllə yolunu görmək olurdu. Təəccüblə dedim: "Dadaş İbrahim, başına nə olub?"

Əlini başına çəkdi və güclə ağzını açıb dedi: "Bilirsən güllə nə üçün başıma girməyə cürət etməyib?!"

– Nə üçün?

Gülümsədi.

– Güllə xəcalət çəkib. Çünki alnıma "Ya Mehdi" lenti bağlamışdım.

O, əməliyyatın birinci mərhələsində də yaralanmışdı. Onda ikinci dəfə yaralansa da, geri qayıtmaq istəmirdi. Tibb işçisi onun yarasını bağladı və əməliyyatın uğurla bitdiyini söyləyib onu israrla geriyə göndərdi.

İndi fikirləşəndə o anlardan film və foto çəkmədiyimə görə çox heyfsilənirəm.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin