Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə57/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   53   54   55   56   57   58   59   60   ...   68

Çarpayı


Yenə gecə yuxudan oyananda İbrahimin quru yerdə yatdığını gördüm. Ona yataq sərmişdik, amma gecənin yarısı məsciddən qayıdanda yenə palazın üstündə yatmışdı.

Onu səsləyib dedim: "Dadaş can, hava soyuqdur, donarsan. Nə üçün yataqda yatmırsan?"

– Ehtiyac yoxdur.

Yenə israr edəndən sonra dedi: "Mənim dostlarım indi Gilanqərb cəbhəsində soyuqdadırlar. Onların vəziyyətini bir qədər dərk etmək istəyirəm”.


Güləş


Klublararası yarışa getmişdik. İbrahim tamaşaçıların arasında oturmuşdu. Onun ən mühüm rəqibi Qulipur adlı bir nəfər idi. Fiziki baxımdan güclü idi və rəqiblərini asanlıqla məğlub edirdi. Dostları da onu çox alqışlayıb həvəsləndirirdilər. O, istirahət üçün tamaşaçıların arasına gələndə üzünü bizə tutub dedi: "Mənim növbəti rəqibim İbrahim Hadidir, onu tanımırsınız?" İbrahimin özü cavab verdi: "Mən tanıyıram. Zəifdir, tez udarsan".

Qulipur sevindi və soyunma otağına gedib hazırlaşmağa başladı. Bir neçə dəqiqədən sonra İbrahimlə Qulipurun adı çəkildi. İbrahim yerində oturmuşdu. Qulipur və hakim döşəyə çıxdılar. İbrahim də üst paltarını soyunub güləş formasında döşəyə çıxdı.

Hakim İbrahimi yoxlayıb fit çaldı. Qulipur İbrahimə baxıb təəccüblə dedi: "Axı sən..."

Hələ sözü bitməmiş İbrahim onun paçasından tutub yerdən qaldırdı, bir dövrə fırladıb yerə çırpdı. Bir neçə saniyə sonra isə ona qarşı peşəkar bir fənd işlətdi. İbrahim onu dərhal yerindən qaldırıb öpdü, üzr istədi və dedi: "Biz sizin dostunuzuq, gərək bağışlayasınız".

Heç kim inanmazdı ki, bu yarış onların dostluğuna səbəb ola bilər. Onlar bir-birlərinə çox yaxşı dost oldular və dostluqları İbrahimin şəhadətinə qədər davam etdi.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin