İbrahim heyətdə iştirak edəndə qəribə coşqu yaradırdı. Əhli-beyt mədhinə şeirlər oxuyanda və mərsiyə deyəndə əlindən gələni edirdi. Bununla yanaşı, heyətdə onun xüsusi adətləri vardı. O, məddahlıq zamanı qışqırmır, mikrofonun səsini ucaltmağa da qoymurdu. Hələ heyətin məclisi başlamamış səsucaldanların üzünü heyətə çevirirdi ki, qonşular əziyyət çəkməsinlər. Həvəsli gəncləri ümumi əzadarlığı çox davam etdirməyə qoymurdu. Çalışırdı ki, camaat əza məclisinə görə əziyyət çəkməsin. Bu məsələlərə çox diqqət yetirirdi. O, işıqlar yandırılmamış heyəti tərk edirdi. Bunun səbəbini sonralar öyrəndim. Bəzi dostlar əzadarlıqdan sonra zarafata və deyib-gülməyə başlayır, mənəvi qazanclarını əldən verirdilər.