Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə11/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   68

Restoran

Mustafa Təqvayi


İbrahimlə və məhəllə uşaqlarımızdan bir neçəsi ilə dost idim. Voleybol, güləş və zorxana idmanları hamımızın əyləncəsi idi.

Biz altı-yeddi nəfər idik və vaxtımızın çoxu bir yerdə keçirdi. Aramızda təkcə İbrahim işə gedir, bazarda çalışırdı. Onun gəliri olurdu, amma dostlarımızın çoxunun maddi durumu yaxşı deyildi.

Bir gün İbrahim hamımızı restorana dəvət etdi, bizə ən yaxşı kabab-plovu sifariş verdi və yeməyə başladıq. Çox ləzzətli idi. Xüsusən də maddi vəziyyəti yaxşı olmayan bəzi dostlarımız uzun müddət idi belə xörək yemirdilər.

İbrahim bizim iştahla yediyimizi görüb sevinirdi. Bir həftədən sonra hamımızı yenidən restorana dəvət etdi. Biz dedik ki, yox, olmaz, həmişə sən... Sözümüzü kəsib dedi: "Bu gün bizi Mustafa qonaq edir".

Oturandan sonra İbrahim ayağıma vurub işarə verdi və stolun altından əlini uzadıb ovcuma bir qədər pul qoydu. Növbəti həftə yenə hamımızı restorana dəvət edib dedi ki, bu dəfə də filankəsə qonağıq.

Növbəti ayda bu iş yenə təkrar olundu. Bu dəfə başqa birinə qonaq idik. Bu proqram bir müddət davam etdi. Bizim yeniyetməlik və gənclik dövrümüzün ən gözəl xatirələrindən bəzisi həmin restoranla bağlıdır.

İndi övladlarımıza bu sözü danışanda çox da başa düşmürlər. İndi evlərdə hər gün plov bişir, kabab-plov adi xörəyə çevrilib. O zaman isə cəmiyyətin böyük hissəsi çox yoxsul vəziyyətdə yaşayırdı, ailələr çətinliklə dolanırdılar. O zaman plov evlərdə gec-gec bişirdi. Restoran xörəklərinin qiyməti bəlkə də çox deyildi, amma xalqın əlində pul az idi, maddi vəziyyət olduqca aşağı idi və belə xörəklər yemək imkan xaricində idi.

O dövrdən illər ötdü, İbrahim şəhid oldu. Bir dəfə məhəllə uşaqları ilə bir yerə toplaşmışdıq. İbrahimdən söz düşəndə dedim: "Uşaqlar, yadınızdadır, İbrahim bizi restorana aparıb kabab-plov alırdı?"

Hamı təsdiqlədi. Uşaqların çoxu dedi: "Allah İbrahimə rəhmət eləsin! O zaman biz necə də kabab-plov yemək arzulayırdıq!" Sonra dedim: "Gərək bir məsələni etiraf edim. Mənim qonaqlıq verdiyim gün əslində pulum yox idi. İbrahim stolun altından ovcuma pul qoydu və hesabı ödəməmi istədi".

Bu sözü deyən kimi digər dostlar təəccüblə mənə baxdılar. Onların biri dilləndi: "İbrahim mənimlə də elə etdi. Sizi qonaq edəcəyim gün yeməyin pulunu öncədən cibimə qoyub dedi ki, heç kimə söyləməyim". Bundan sonra digərləri də eyni sözü dedilər.

Qısası, həmin gün başa düşdük ki, bütün o müddətdə bizi kabab-plova qonaq edən yalnız İbrahim imiş.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin