Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə12/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   68

Hidayət

Şəhidin dostu


Ağa İbrahimlə bir yerdə oturanda həmişə bizə qədim pəhləvanlardan danışırdı. Onların ruhiyyələri, imanları və Allaha arxalanmaları haqda yaxşı əhvalatlar bilirdi.

Biz bir neçə nəfər idik və İbrahimi çox sevirdik. O zaman fəsad çox açıq idi, çoxlu yaşıdlarımız cinsi fəsad içində idilər.

Bir dəfə İbrahim dedi: "Qədim pəhləvanların biri o qədər güclü imiş ki, ağacı yerindən qoparırmış".

Biz diqqətlə ona qulaq asırdıq.

– Bunun səbəblərindən biri bu imiş ki, ailə qurana qədər cinsi qüvvəsini zəiflədən bir iş görmürmüş. İnsan günahla məşğul olsa, bədənində güc qalmaz.

O bizə tövsiyə edirdi ki, boş vaxtlarımızı iş və ya idmanla dolduraq, izdivac vaxtı çatana qədər əks cinslə danışmağa həvəs göstərməyək. Çünki bu işlər yavaş-yavaş insanı məhvə sürükləyir.

1975-ci il idi. Mən məhəlləmizin qızlarından biri ilə gizlicə dostlaşdım. O vaxt təxminən 17 yaşım var idi. Bir dəfə küçə boş olanda həmin qızla söhbət edirdik. Başım elə qarışmışdı ki, ətrafımdan xəbərsiz idim. Birdən İbrahimin bizə doğru gəldiyini gördüm.

Daha iş-işdən keçmişdi; o bizi gördü. Mən divarın kənarında qızdan bir metr aralıda dayandım. İbrahim yanımızdan keçəndə başıaşağı halda salam verdi.

Salamının cavabını verdim və daha heç nə demədim. Rəngim qaçmışdı. İbrahimsə dayanmadı, heç bir söz demədi və yavaşca küçədən keçdi. Çox həyəcanlandım. Əgər orada məni vursaydı, o qədər narahat olmazdım. İnanın ki, valideynlərim bilsəydilər, yenə o qədər narahat olmazdım. O mənim ən yaxşı dostum idi, gecə-gündüz bir yerdə idik. O mənim güləş və voleybol müəllimim idi, məni voleybolçu etmişdi. Mənim nə hörmətim vardısa, ona görə idi.

Həmin gecə yata bilmədim. Fikirləşirdim ki, sabah İbrahim məni görsə, nə deyəcək; uşaqların içində məni saymasa, necə olacaq?!

Bu fikirlər məni dəli edirdi. Həmin gecə çox uzun çəkdi. Səhər tezdən birbaş İbrahimgilə gedib qapını döydüm. İbrahim məni həmişəki kimi səmimi salamladı, sanki heç bir hadisə baş verməmişdi. Mən dinmədim, o da bir söz demədi. Bir neçə dəqiqə ötdü. Boğazımı qəhər tutmuşdu.

- Dadaş İbrahim, mənə bir söz de, bir sillə vur, söy. De ki, bədbəxt, sənə bu qədər nəsihət verdim...

İbrahim sanki heç nə görməmiş və eşitməmişdi.

– Sən nə haqda danışırsan?

Məgər dünən görmədin ki, mən...

İbrahim sözümü kəsdi.

– Bu nə sözdür?! Mən nə üçün sənə nəsə deməliyəm?! Sən bəlkə o qızla ailə qurmaq istəyirsən...

Sonra bir qədər dayanıb əlavə etdi: "Sən hələ də mənim əvvəlki yaxşı dostumsan".

Təəccübdən yerimdə quruyub qaldım. Sonra sağollaşıb qayıtdım. Çox fikirləşdim. İbrahimin bu rəftarında çoxlu dərslər vardı. Həmin gün saatlarla fikirləşdim və axşam qərarımı verdim. Birbaş həmin qızın yanına gedib dedim: "Bax, xanım qız, bir qızla dostlaşan oğlanların əksərinin niyyəti ailə qurmaq deyil. Onlar şeytani fikirdə olurlar və həmin qızın aqibəti də yaxşı olmur". Sonra bir neçə nəfəri misal çəkib dedim: "Bunların həyatı puç olub".

- Sən də gələcəkdə yaxşı həyat istəyirsənsə, bu işlərlə məşğul olma. Hər gün bir oğlanla danışan qız gələcəkdə müştərək ailə həyatında problem yaşayar.

Sonra sağollaşıb dedim: "Hər şeyi yaddan çıxar. Mən birdəfəlik getdim".

Oradan birbaş İbrahimin yanına gedib məsələni danışdım.

- Mən onunla hər cür münasibətdə ola bilərdim, amma bu sözləri deyib ondan həmişəlik ayrıldım. Allah kömək edənə qədər bir də belə işə bulaşmayacağam.

İbrahim sükutu pozub dilləndi: "Get ata-anana dua elə. Əgər ananın pak südü və atanın halal çörəyi olmasaydı, əmin ol ki, bu işi görə bilməzdin".



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin