Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə23/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   68

Məhəmməd Səid Saleh


Yetmişinci illərin əvvəllərində məhəlləmizin vəziyyəti əsla yaxşı deyildi. Məhəlləmiz dindar məhəllə olmuşdu, amma yeni gənclər onu bərbad duruma salmışdılar. Belə bir şəraitdə İbrahim Hadi bizim məhəlləmizə gəldi. Onlar bizim qonşumuz olan xalasıgildə qalırdılar.

Mənim bir neçə il öncə gördüyüm İbrahim o İbrahimdən çox fərqli idi. Qabaqkı İbrahim voleybola həvəskar bir yeniyetmə idi, indiki isə əsl güləşçi olmuşdu.

Birdən-birə bütün məhəllə gəncləri arasında hər yerdə İbrahimdən danışmağa başladılar, adı dillər əzbəri oldu. Biri deyirdi ki, necə qabiliyyətli adamdır; biri deyirdi ki, əsl pəhləvandır, güləşinə söz ola bilməz; başqa biri deyirdi ki, bu oğlan necə də güclüdür, ayağını heç kim yerdən qaldıra bilmir və s.

İnanın ki, məhəlləmizin bütün gəncləri birdən-birə ona cəzb olundular. O, zorxanaya gedəndə bir dəstə gənc arxasınca düşürdü.

And içə bilərəm ki, İbrahimin şəxsiyyəti yolunu azmış gənclərin bir çoxunu doğru yola hidayət etdi. Həmişə pis işlər və spirtli içkilər dalınca qaçan bir neçə gəncin İbrahimə görə tövbə etməsinə özüm şahid olmuşam.

O zaman Abdullah Misgər də bizim məhəlləmizin gəncləri arasında idi. Onda universiteti bitirmişdi və çox əxlaqlı insan idi. O, şaha müxalif siyasi şəxsiyyət idi və İbrahimin səmimi dostu sayılırdı.

Bir dəfə hamılıqla məhəllədə voleybol oynayanda Abdullah gəlib bizə salam verdi və dedi: "Dostlar, biz məhəllənin gəncləri üçün bir heyət yaratmaq istəyirik. Məqsədimiz yalnız rövzə demək, Quran oxumaq və digər bu kimi işlər deyil, həm də istəyirik ki, məhəlləmizin uşaqları bir-birindən xəbər tutsunlar, ən azı, həftədə bir dəfə bir-birimizi görək. Hamımız qəbul etdik. Həftədə bir dəfə bir yerə toplaşırdıq. Bu heyət çox səmərəli idi. Abdullahın özü bizə Quran öyrədirdi. Mən və o dövrün bir çox gənci Quran oxumağı həmin heyətdə öyrəndik. Abdullah hamımızdan savadlı olduğuna görə sonralar Quranı təfsir etməyə və günün məsələlərindən danışmağa başladı. Uşaqlar heyətə o qədər bağlanmışdılar ki, şəhərin o başında olsaydılar da, düz vaxtında özlərini məclisə çatdırırdılar.

Məclislərin sabit bir sütunu da İbrahim idi. Dostların çoxu ona görə heyətə cəlb olundular. Yadımdadır, inqilab günlərində oradakı bütün dostlar inqilabla və İmam Xomeyni ilə tanış oldular. İnqilabdan sonra müqəddəs müdafiə dövrü başlandı. Bir zaman ciddi problemlər içində olan və hidayətlərinə heç kəsin ümid bəsləmədiyi uşaqların çoxu İbrahimlə birgə cəbhəyə yollandı, ikisi şəhid oldu. Mən onlardakı mənəvi dəyişikliyi görmüşdüm, amma öncəki əməllərini nəzərə alanda fikirləşirdim ki, görəsən o dünyada hansı vəziyyətdədirlər.

Bir gecə yuxuda həmin iki nəfəri gördüm. Çox yüksək məqamları var idi və cənnətdə idilər.

İbrahim hər dəfə məzuniyyətə gələndə dostların məclisini bəzəyirdi. Bir dəfə yuxuda gördüm ki, gəlib. Ona çox darıxırdım. Səhər evlərinə getdim. Öz-özümə deyirdim ki, axı bir yuxuya görə camaata əziyyət verərlər?!

Bir neçə dəqiqədən sonra İbrahimin özü qapıya gəldi. Çox sevindim. Bir-birimizi qucaqladıq.

– Haradan bildin ki, gəlmişəm?

– Ürəkdən ürəyə yol var. Səni o qədər istəyirəm ki, hər dəfə gələndə yuxuda görürəm.

Vaxtı az idi. Gecə-gündüz bir yerdə olduğumuz, voleybol oynadığımız günlər heç birimizin yadından çıxmazdı. Birgə xatirələrimizi yada salır, deyib-gülürdük.

Yadımdadır, son dəfə cəbhəyə gedəndə xüsusi halda dedi: "Mən gedirəm. Bir qulluğun var?"

Son görüşümüz olduğuna əmin idi. Onda da gözəl voleybol günlərindən söz düşdü. Bir qədər dayandı. "Siz gələnə qədər mən o tərəfdə top və tor hazırlayacağam" - deyib getdi.

İllər ötdü. Mən Allahın lütfü ilə müxtəlif mövzularda şeirlər yazdım və ilk şeirlərimdən birini İbrahimə həsr etdim:

Bizim evin pəncərəsində gözəl mənəvi hal var,

Çünki küçəmizdən bir Allah adamı keçir.

Sərvi-xuraman kimi uca və qol-budaqlıdır,

Hər sözündən kamilliyə yol gedir.

O, eşq hidayətçisidir, çox pak və təmizdir,

Sanki Allahdan bir kəlamdır, bir hədisdir.

Allahın ayələri ürəklərə işıq salırsa,

O da hidayət çırağına bir nur kimidir.

Eşq şəhərində ən aşiq və ən məst olandır,

Daim vüsal arzusu ilə dolaşıb gəzir.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin