Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə40/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   68

Möcüzə

Hüseyn Cahanbəxş


1982-ci il, aprelin əvvəlləri idi. Dostlar İbrahimin Nəcmiyyə xəstəxanasında yatdığını söylədilər və birlikdə onu ziyarət etməyə getdik.

Mənim İbrahimlə dostluğum onların hamısından qədim idi. Biz bir-birimizlə çox səmimi idik. Mənim köhnə bir volksvagen və bir vanet avtomobilim vardı, İbrahimə maşın lazım olanda istifadə edirdi. Bir-birimizlə çox açıq idik. Buna görə bir neçə saat xəstəxanada qaldım ki, bir işi varsa, görüm.

Xəstəxananın işçiləri İbrahimin dostlarının əlindən bezmişdilər. O qədər dostu vardı ki, dəstə-dəstə gəlib-gedir, görüş saatına da fikir vermirdilər.

İbrahimin yanında oturduğum yerdə tibb işçilərinin biri gəlib çəfiyəni onun üzünə sürtdü, mənim təəccübümü görəndə dedi: "Bu yaralıya möcüzə baş verib, şəfa tapıb. Çəfiyəni təbərrük məqsədilə sürtdüm".

Tibb işçisi gedəndən sonra İbrahimə baxdım.

- Burada nə baş verib? Bu nə deyir? Doğrudan, nə üçün xəstəxanadakı digər yaralılar səni görməyə gəlirlər?

Gülümsədi.

Doğru deyir, həqiqətən möcüzə olub. Əməliyyatın son gecəsində Rüfaiyyə körpüsünün yanında idik. Son işləri görürdük. Güclü müqavimət göstərən bir səngəri partlatmaq üçün irəliyə getdim. Səhərə yaxın, hava qaranlıq idi. Səngərin yanına bir qumbara atdım, faydası olmadı. Bir az da yaxınlaşıb ikinci qumbaranı atdım. Səngərin arxasına keçmək istəyəndə iraqlı zabit bayıra çıxıb məni gördü. Əlində silah vardı. Ərəbcə soruşdu ki, kimsən? Mən də ərəbcə dedim ki, sizdənəm. Şübhələndiyini hiss etdim, amma bir iş görməyə macal tapmamış silahını qaldırıb atəş açdı. O, silahını qaldıran kimi mən yerə uzandım. Bir güllə saçımdan keçdi, biri topuğuma dəydi, biri də yanağımdan girib dişlərimin birini sındırdı və boynumdan çıxdı.

Təəccüblə dedim: "Boynundan?! Həm də onurğa sütununa və şah damarına bir şey olmadı?!"

İbrahim gülümsəyib dedi: "Həkimlər də deyirlər ki, möcüzə budur. Güllə düz onurğa sümüyümə dəyib, amma... Qoy ardını danışım. Mən yerə uzananda birdən bütün bədənim keyidi. Heç bir şey hiss etmirdim. Sanki məni elektrik cərəyanı vurmuşdu. Çox gümrah idim, amma nə qədər etdimsə, əl-ayaqlarımı tərpədə bilmədim. İraqlı zabit də üzümün qanından öldüyümə əmin oldu, yanımdan keçib getdi. O anlarda bildim ki, güllə boynuma xəsarət yetirib. Tərpənə bilmədiyimə görə onurğanın kəsildiyini zənn etdim.

Ürəyimdə Allahla danışıb dedim: "İlahi! Mən əlil olmaq istəmirəm. Bəndələrinə kömək etmək üçün bədənimi sağlam elə; əlbəttə, əgər məsləhətdirsə. Yox, məsləhət əlil olmağımdırsa, mən tabeyəm".

Bir neçə dəqiqə belə keçdi. Ürəyimdə zikr deyir və həzrət Zəhraya (ə) təvəssül edirdim.

Bir neçə dəqiqə hərəkətsiz qalandan sonra qanaxmam dayandı. Hiss elədim ki, ayaqlarımı tərpədə bilirəm. Yavaşca ayağımı çəkdim.

Sonra barmaqlarıma hissiyyatın qayıtdığını bildim, əllərimi açıb-bağladım.

İnanılmaz idi. Mən on beş dəqiqə yerimdən tərpənə bilməmişdim, onda isə...

Allaha şükür edib əlimi tərpətdim və səhərin ala-toranlığında silahımın kəmərini hiss etdim. Silahı yavaşca özümə çəkib qundağını sinəmə qoydum.

Bəəsçi zabit hələ səngərdə pulemyotla atəş açırdı və döyüşçülərimizin yolunu bağlamışdı. O məndən bir neçə metr aralıda idi. Məni görən kimi ona atəş açdım. Zabit öləndən sonra səngərdəki əsgərlər qaçdılar. Döyüşçülərimizin oraya çatıb məni görmələrinə qədər bir neçə dəqiqə çəkdi. Sonra məni geriyə apardılar. Güllə üzümə dəyib boynumdan çıxsa da, əhval-ruhiyyəm yaxşı idi, bədənimdə zəiflik hiss etmirdim. Əməliyyatda iştirak etmək istəyirdim, amma həmin istiqamətdə işimiz uğurla başa çatmışdı.

Burada Nəcmiyyə xəstəxanasında bütün həkimlər deyirlər ki, bu, möcüzədir; güllə düz onurğa sümüklərinə dəyib, amma onurğan sağlamdır. Deyirlər ki, oxşar hadisələrin hamısında yaralının onurğası kəsilmişdir".

İbrahimin topuğu isə çox ağır zədələnmişdi və altı ay cəbhəyə gedə bilmədi.

Yadımdadır, bir aydan sonra İbrahim, Cavad Əfrasiyabi və Mustafa Təqvayi motosikletlə İmam Sadiq (ə) liseyinə mənə baş çəkməyə gəldilər. İbrahim dedi: "Məktəb nə üçün boşdur?"

– Şəhid gətiriblər. Şəhid Qəmxar məktəbimizin ilk şagird şəhididir. İndi o tərəfə apardılar, amma məddahımız yoxdur. Dadaş İbrahim, səni Allah yetirdi.

Tez mikrofonu götürüb oxumağa başladı. Çox möhtəşəm məclis keçdi. O oxuyur, hamı ağlayırdı.

Axırda bir beyt şeir oxudu, hamı təkrarladı və sonra cənazəni götürdülər:

Mehdi! Ey Mehdi! Anan Zəhraya and veririk,

Bu axşam bizim qələbəmizi imzala!

Məktəbdəkilər dağılışdılar. Ağa İbrahim dostları ilə getməyə hazırlaşanda məktəbin həyətində oturub boynunun tikiş yerini göstərdi: "Hüseyn, bura bax". Əlimi vurub baxdım. Onurğa sümüyünün yeri deşilmiş və tikilmişdi. Həkimlər haqlı olaraq bunu möcüzə adlandırırdılar.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin