Salam olsun İbrahimə



Yüklə 0,98 Mb.
səhifə45/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   68

Əmriyyə

Mürtəza Parsayian


1983-cü il, yanvarın sonları idi. Tehran korpusunda çalışırdım. Bir gün bir nəfərin mənimlə görüşmək istədiyini dedilər. İbrahim idi. Onu görməyimə çox sevindim. Birlikdə binaya girdik. Dostlarımızın çoxu onu tanıyırdı və ya haqqında eşitmişdi.

Mənim israrımla nahar yeməyinə qaldı. Dedim ki, qonağın nahar pulunu öz cibimdən verəcəyəm və beytülmal baxımından problem olmayacaq.

– Dadaş İbrahim, nə əcəb bizi yad elədin?

– İstəyirəm ki, mənə bir əmriyyə alasan, cənuba ezam olunum.

O zaman Bəsic üzvləri ümumi ezamdan xaric cəbhəyə gedəndə xüsusi məktub alırdılar. Ona əmriyyə deyilirdi.

Yeməkxanaya girdik. Həmin il orada xüsusi ab-hava vardı. Heç kim gülməzdi, hamının yaxası bağlı və çox dindar görkəmdə olurdu. Elə bilirdilər ki, bu işlər təqvanı artırır.

İbrahim içəri girən kimi mənə dedi: "Doğrudan, eşitdim nişanlanmısan, düzdür?”

- Bəli, icazənlə. Gərək inşallah toya gəlib oxuyasan...

Hələ sözüm bitməmiş birdən əlini stolun üstünə çırpıb dedi: "Bərəkallah!" Sonra da bir beyt şeir oxudu. Stola vura-vura gülürdü. Mən ətrafdakıların baxışını görüb çox utandım və dedim: "Ağa İbrahim, ayıbdır, korpus rəhbərliyi buradadır”.

Başının işarəsi ilə bildirdi ki, xəbərim var və qəsdən belə edirəm.

Məqsədinin nə olduğunu bilmirdim, amma yeməkxananın nizam-intizamını çox pozdu.

Həmin gün axşamüstü onlara gedib əmriyyəni və qatar biletini verdim. Çox sevindi. Dedim ki, sabah vağzala get və Əhvaz qatarı ilə cənuba yola düş. İnşallah mən də gələcəyəm.

Ertəsi gün öz bölməmizin sədrinin yanına gedib cənuba getmək üçün israrla məzuniyyət istədim. Əməliyyat ətrini hamı duymuşdu. Qəbul etmirdi, amma o qədər israr etdim ki, bir neçə gündən sonra razılaşdılar. Mən cənuba çatanda əməliyyat başlayırdı.

Orada eşitdim ki, İbrahim kəşfiyyatçı uşaqlarla irəli gedəcək. Qısa bir müddət onun yanında oldum. Sanki bu dünyada deyildi, bütün işləri dəyişmişdi. Sonra da təkbaşına yola düşdü.

Mehdi Xəndan, Haşim Kəlhür və digər dostlarla birgə Miqdad batalyonuna getdim. Batalyonla birgə əkiz təpələrə qədər getdik, amma geri çəkilmə əmri verildiyinə görə qayıtmağa məcbur olduq və son görüş həsrəti ürəyimizdə qaldı.

Dostların biri dedi: "İbrahim bu dəfə cəbhəyə gələndə dedi ki, artıq sondur, daha məndən danışılmasını istəmirəm. Sonra sakitcə əlavə etdi: "Sanki bu dünyada İbrahim Hadi adlı bir adam olmayıb. Heç kim məndən danışmasın. Bir qarış torpaq da tutmaq istəmirəm. Mənim üçün məclis keçirməsinlər, məndən danışmasınlar...”

Çox narahat oldum, amma heç nə demədim. İbrahim bu sözləri deyib getdi və dediyi kimi də oldu. İyirmi beş il ondan danışan olmadı, nə xüsusi mərasim keçirildi, nə məzar təyin olundu...

Lakin Allah kimisə ucaltmaq istəsə, heç kim mane ola bilməz. 2015-ci ildə ağa İbrahimə ölkə boyu iyirmidən artıq yerdə il mərasimi keçirildi.

Bir dəfə Yəzd vilayətindən bir nəfər zəng vurub dedi: "Mən bu şəhid üçün nəzir edib il mərasimi keçirdim. Xətib, məddah – hər şey yüksək səviyyədə keçdi. Min nəfərə şam yeməyi verdik. Allah bilir ki, bu məclisdən necə faydalar gördük".

***


İbrahim sonuncu dəfə cəbhəyə çatanda Vəlfəcr-hazırlıq əməliyyatı başlanmalı idi. Komandirlərin son iclası Dehlaviyədə keçirildi. Hər bir komandir öz dviziyasının bir Bəsic üzvü ilə birgə iclas yerinə yollandı.

Hacı Himmət İbrahim Hadini çox istədiyinə görə Hacı Hüseyn Allahkərəmə xəbər yolladı ki, mütləq İbrahim Hadini də özü ilə gətirsin və iclasdan sonra Təvəssül duasını oxusun.

İclas keçirildi. Əsasən sürücü kimi komandirlərlə birgə Dehlaviyəyə gəlmiş Bəsic üzvləri iclas otağının bayırında gözləyirdilər. Bir qədər sonra şam yeməyi gətirdilər. Çörək və kabab qabları iclas otağına girdi. Sonra Bəsic üzvlərinə çörək və kartof gətirdilər.

Şam yeməyindən sonra İbrahim Hadi iclas yerinə girib Təvəssül duasına başlayacaqdı. Lakin komandirlərə yemək verilən zaman bayırdan Təvəssül duasının səsi gəldi. İbrahim Bəsic üzvləri ilə birgə duaya başlamışdı.

Şam yeməyindən sonra nə qədər israr etdilərsə, duanı oxumadı. O, narahat halda deyirdi: "Mən öz duamı oxudum".

İclas bitdi və hamı öz mövqeyinə qayıtmağa hazırlaşdı.

Hacı Hüseyn deyirdi: "Maşına minib yola düşəndə İbrahimə bir qab verib dedim: "Sənə kabab-çörək gətirmişəm".

İbrahim sükanın arxasında maşını sürə-sürə yeməyi aldı və o biri əli ilə pəncərədən bayıra tullayıb dedi: "Mən Bəsic üzvləri ilə birgə kartof-çörək yedim. Qoy bu yeməyi çölün heyvanları yesinlər!"

Bir söz demədim. İbrahim bir neçə saniyədən sonra dedi: "Bizim hamımız Bəsic üzvüyük. Vay o gündən ki, Bəsic üzvü ilə komandirin yeməyi fərqli ola. O vaxt problem yaranacaq".


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin