Salam olsun İbrahimə


Böyük insandan qısa xatirələr



Yüklə 0,98 Mb.
səhifə55/68
tarix10.01.2022
ölçüsü0,98 Mb.
#108171
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   68

Böyük insandan qısa xatirələr

Ayaqyalın


Nəşriyyatın ofisinə kitab almağa gəlmişdi. Deyirdi ki, bu axşam heyətimizin məclisi var, şam yeməyi ilə birgə onların ruhlarını da qidalandırmaq istəyirəm.

Bir qədər “Salam olsun İbrahimə” kitabı aldı. Kitabların birini götürüb həsrətlə Şəhid Hadinin üzünə baxdı. Təbəssüm edib öz-özünə dedi: "Gör insan haralara çata bilir!"

Təəccüblə ona baxdım.

– Siz ağa İbrahimi tanıyırsınız? Ondan xatirə bilirsiniz?

Bir neçə dəqiqə fikrə getdi, sonra dedi: "İnqilabdan öncə Ziba xiyabanında yaşayırdıq. Təxminən bütün məhəllə İbrahimi tanıyırdı. İbrahim gözəl əxlaqı ilə hamıya kömək edirdi. Onun gözündə dünyanın dəyəri yox idi. Kimsə İbrahimə "köynəyin nə qəşəngdir" – desəydi, inanın ki, alt geyimi olsaydı, elə oradaca köynəyini çıxarıb ona bağışlayardı.

Bir gün bekar idim, gedib küçənin başında oturdum. Hava çox isti idi. Fikirləşdim ki, evdə ventilyatorun altında otursam, daha yaxşı olar. Getmək istəyəndə Ziba xiyabanı tərəfdən İbrahimin gəldiyini gördüm. Öz-özümə dedim ki, onunla görüşüm, sonra gedərəm. Yaxınlaşanda gördüm ki, ayaqyalındır. İsti havada ayaqları yana-yana gəlirdi. Ayaqlarını tez-tez yerə qoyub-götürür, kölgəliklə gəlməyə çalışırdı. Təəccüblə ona baxırdım. Fikirləşdim ki, yəqin məsciddə ayaqqabılarını oğurlayıblar. Mənə çatanda salamlaşıb görüşdük. Tez kölgəyə çəkildi. Ayaqlarını göstərib dedim: "Bəs ayaqqabıların hanı? Bu istidə necə ayaqyalın gəzirsən?! Dayan, sənə bir çəkələk gətirim. Yoxsa ayaqqabılarını məsciddə oğurlayıblar?”

– Yox, özüm birinə verdim.

Təəccübləndim.

– Kimə? Axı adam bu havada ayaqqabısını hədiyyə verib özü ayaqyalın qalar?!

O qədər sual verdim ki, axırda deməyə məcbur oldu. Adətən belə işləri heç kimə deməzdi.

Üzümə baxıb dedi: "Məscidin önündə bir qoca dilənçilik edirdi. Durumu çox pis idi. Ayaqqabılarının altını göstərib cırıldığını və geyinməyə bir şeyi olmadığını dedi. Dedi ki, bu istidə ayağım yanır. Mənim də üstümdə pul yox idi, ayaqqabılarımı çıxarıb ona verdim".

Çəkələk gətirməmi gözləmədi, sağollaşıb getdi”.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin