Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə48/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   44   45   46   47   48   49   50   51   ...   82

Abbas Hadi


1982-ci ilin martı idi. İbrahim məzuniyyətə gəlmişdi.

Gecə evə gəldi və bir qədər söhbət etdik. Cibində böyük bir pul dəstəsi var idi.

– Doğrudan, dadaş, bu qədər pulu haradan gətirirsən? Mən neçə dəfə camaata kömək etdiyini, əzadarlıq heyətinə pul xərclədiyini görmüşəm. İndi də cibində bu qədər pul var.

Sonra zarafata keçdim.

– Düzünü de, xəzinə tapmısan?!

Güldü.


– Yox əşi. Bunları dostlar verirlər, özləri də deyirlər ki, hansı işə xərcləyim.

Ertəsi gün İbrahimlə bazara getdik. Bir neçə döngədən keçib bir mağazaya girdik.

Təxminən böyük bir mağaza idi. Mağazanın qoca sahibi və onun gənc köməkçisi İbrahimlə görüşüb öpüşdülər. Bildim ki, onu yaxşı tanıyırlar.

Bir qədər söhbətdən sonra İbrahim dedi: "Hacı, inşallah sabah Gilanqərbə gedirəm".

- İbrahim can, uşaqların nəyəsə ehtiyacı var?

İbrahim cibindən bir kağız çıxarıb qocaya verdi.

- Bunlardan əlavə bir videokameraya ehtiyacımız var. Çünki bu qəhrəmanlıqlar qeyd olunmalıdır. Gələcək nəsillər bu dinin və bu ölkənin necə qorunduğunu bilməlidirlər.

Sonra əlavə etdi: "Döyüşçü uşaqların özlərinə də bir qədər çəfiyə lazımdır".

Bu yerdə qocanın oğlu yaxınlaşıb dedi: "Kamera heç, amma ağa İbrahim, çəfiyə nə üçündür? Məgər siz lotu kimi boynunuza dəsmal atırsınız?”

İbrahim bir qədər dayanıb dedi: "Qardaş, çəfiyə boyun dəsmalı deyil. Döyüşçülər dəstəmaz alanda çəfiyə dəsmaldır, namaz qılanda səccadədir, yaralananda sarğıdır..."

Qoca İbrahimin sözünü kəsib dedi: "Baş üstə, ağa İbrahim, onu da həll edərik".

Ertəsi gün günortadan öncə həmin qoca yük dolu bir vanetlə1 gəldi. Tez İbrahimi çağırdım.

Qoca İbrahimə bir videokamera və digər şeylər verib dedi: "İbrahim can, bu da bir vanet çəfiyə".

İbrahim sonralar dedi ki, o çəfiyələrdən Fəthülmübin əməliyyatında istifadə etdik.

Get-gedə çəfiyədən istifadə İslam döyüşçülərinin simvoluna çevrildi.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin