Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə51/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   47   48   49   50   51   52   53   54   ...   82

Tapança

Əmin Məncər


1982-ci il, martın ortaları idi. Silahları və digər əşyaları təhvil alıb cənuba doğru hərəkətə hazırlaşdıq. Xuzistanda böyük bir əməliyyat olacaqdı. Korpusun və Bəsicin əksər şəxsi heyəti oraya gedirdi.

Əndərzqu dəstəsi Gilanqərb korpusunun uşaqları ilə birgə cənuba hazırlaşırdı. Son günlərdə isə Kermanşah korpusundan bir xəbər gəldi: "Qardaş İbrahim Hadi bir kolt tapançası alıb, hələ təhvil verməyib".

İbrahim onda kolt tapançasının olmadığını söylədi, amma faydası olmadı. Dedim ki, İbrahim, bəlkə almısan, təhvil vermək yadından çıxıb. Bir az fikirləşib dedi: "Yadıma gəlir ki, təhvil aldım, amma Məhəmmədə verdim ki, təhvil versin". Sonra soruşub öyrəndik ki, silah Məhəmməddə qalıb və hələ təhvil verməyib, özü də bir həftə öncə Tehrana qayıdıb. Tehrana gedib Məhəmmədin ünvanını soruşduq. Öyrəndik ki, oradan da gedib və İsfahan-Yəzd yolunda yerləşən Kuhpayə adlı kəndlərinə dönüb.

Silahı təhvil vermək İbrahim üçün çox vacib idi. Buna görə dedi ki, gəl birlikdə Kuhpayəyə gedək. Axşam İsfahana yola düşdük, oradan da Kuhpayə kəndinə getdik. Səhər tezdən kəndə çatdıq. Hava bir qədər soyuq idi. İbrahimə dedim: "Yaxşı, indi hara getməliyik?"

– Allah-Taalanın Özü yolu göstərəcək.

Kəndin içində bir qədər fırlandıq. Yolda qoca bir qarı yad adam olduğumuzu bilib bizə baxırdı. İbrahim maşından enib ucadan dedi: "Salam, ana".

Qarı gülərüzlə dedi: "Salam, canım. Kimi axtarırsan?"

– Nənə, Məhəmməd Kuhpayəni tanıyırsan?

– Hansı Məhəmməd?

– Cəbhədən təzə gəlib, təxminən 20 yaşı var.

Qadın gülümsəyib dedi: "Gəlin bura". Sonra evinə girdi.

Maşını kənara çəkib biz də evə girdik.

Qadın bizə rəngarəng səhər yeməyi hazırladı.

– Siz İslam əsgərlərisiniz, yeyin ki, güclü olasınız.

Sonra əlavə etdi: "Məhəmməd mənim nəvəmdir, bizdə yaşayır. İndi isə şəhərə gedib, axşama qədər də qayıtmayacaq".

İbrahim dedi: "Nənə, bağışlayın, sizin bu nəvəniz elə bir iş tutub ki, cəbhədən buraya qədər gəlmişik".

Qadın təəccüblə soruşdu: "Məgər nə edib?"

– Məndən tapança alıb, təhvil verməyib, özü ilə gətirib. İndi də mənə deyirlər ki, o silahı tapıb təhvil verməlisən.

Qadın ayağa qalxıb dedi: "Bu oğlanın işlərinə bax!"

– Ana, zəhmət çəkmə, biz əziyyət verməyəcəyik.

– Buraya gəlin.

İbrahimlə bir otağa girdik. Qadın dedi: "Məhəmmədin əşyaları bu şkafdadır. Mən gördüm, bir neçə gün öncə bir şey gətirib buraya qoydu. İndi özünüz qıflını açın".

İbrahim dedi: "Ana, icazəsiz kiminsə əşyalarını qurdalamaq yaxşı deyil".

– Bacarsaydım, özüm açardım.

Sonra gedib, bir vintaçan gətirdi və mən şkafın kiçik qıflını açdım.

Qapı açılan kimi əşyaların üstündə ağ parçaya bükülmüş tapança uzaqdan bilindi. Silahı götürüb çıxdıq.

Sağollaşanda İbrahim soruşdu: "Ana, bizə nə üçün inandın?"

– İslam əsgəri yalan danışmaz. Məgər siz bu nurani sima ilə yalan deyərsiniz?!

Tehrana yola düşdük. İsfahan yolunda gözüm ordunun bir artilleriya qarnizonuna sataşdı.

- Ağa İbrahim, yadındadır, Sərpol-Zəhabda ordu artilleriyasının bir komandiri vardı, əməliyyatlarda bizə çox kömək elədi.

– Ağa Məddahı deyirsən?

– Hə. İsfahan artilleriyasının komandiri olub, bəlkə də indi buradadır.

– Onda gedək ziyarət edək.

Qarnizonun önündə dayandıq. İbrahim maşından enib nəzarət-buraxılış məntəqəsindən soruşdu: "Salam. Ağa Məddah buradadır?"

Keşikçi İbrahimi başdan-ayağa süzdü. Kürd şalvarı və uzun köynək geyinmiş sadə bir adam qarnizonun komandirini soruşurdu! Mən yaxınlaşıb dedim: "Qardaş, biz ağa Məddahın dostlarıyıq, cəbhədən gəlmişik. İmkan varsa, onu görmək istəyirik".

Keşikçi əlaqə saxlayıb bizim gəlişimizi xəbər verdi. Bir neçə dəqiqədən sonra komandir qərargahından qapıya iki SUV avtomobili gəldi. Polkovnik-leytenant Məddah bizi görən kimi birinci İbrahim olmaqla ikimizi də qucaqlayıb öpdü, sonra israrla qərargaha dəvət etdi və iclas zalına apardı. Təxminən iyirmi zabitlə iclas keçirirmiş.

Ağa Məddah iclasın sədri idi. İki stul gətizdirdi və biz zabitlərin yanında oturduq. Sonra söhbətə başladı: "Dostlar, hamınız məni tanıyırsınız; həm inqilabdan öncə doqquzgünlük müharibədə, həm də müharibənin ilk ilində Cəsarət medalı almışam. Mənim artilleriya qrupum ən çətin tapşırıqları gözəl şəkildə yerinə yetirib və bütün əməliyyatlarda uğurla çıxış edib. Mən ölkə daxilində və xaricdə çox ağır və mühüm hərbi təlimlər keçmişəm.

Lakin mənim bütün öyrəndiklərimi sual altına aparan adamlar var".

Sonra bir misal çəkdi: "Dünya müharibələrinin qanunu deyir ki, hücum etdiyiniz yerdə yüz nəfər varsa, siz üç yüz nəfər olmalısınız; silah-sursatınız da onlardan çox olmalıdır".

Komandir bir qədər dayandı və sonra əlavə etdi: "Bu ağa Hadi və onun dostları çox qəribə işlər görürlər. Bunlar bir əməliyyatda yüz nəfərdən az şəxsi heyətlə düşmənə hücum etmiş, öz saylarından artıq düşmən öldürmüş və əsir tutmuşlar. O zaman mən onlara hava dəstəyi verirdim. Yadımdadır, bir dəfə Bazideraza hücuma keçmək istəyirdilər. Mən onların vəziyyətini görəndə dostuma dedim ki, mütləq məğlub olacaqlar. Lakin həmin əməliyyatda düşmən mövqelərini ələ keçirməkdən əlavə, öz saylarından da artıq düşmən qüvvəsini məhv etdilər".

İclasdakı gənc zabitlərin biri dedi: "Ağa Hadi, əməliyyatlarınızın hansı formada baş tutduğunu açıqlayın, biz də öyrənək".

İbrahim başını aşağı salıb oturmuşdu.

– Yox, qardaş, biz bir iş görməmişik. Ağa Məddah çox təriflədi, biz bir karə deyilik, hamısı Allahın lütfü olub.

Ağa Məddah dilləndi: "Onun və dostlarının bizə öyrətdiyi budur ki, şəxsi heyətin və silah-sursatın sayı əsas deyil, müharibədə birinci sözü deyən döyüşçülərin ruhiyyəsidir. Bunlar bir təkbirlə düşmənin canına elə qorxu salırdılar ki, yüz top və tankdan təsirli olurdu".

Sonra əlavə etdi: "Bunların fiziki baxımdan kiçik, amma qüvvə və cəsarətcə böyük olan bir dostları vardı. Adı Əsğər Vüsali idi. O, müharibənin ilk günlərində öz adamları ilə düşmənin qarşısını aldı və şəhadətə qovuşdu. Mən Bəsic üzvü olan bu ixlaslı uşaqlardan bu Quran ayəsini öyrəndim: "İçərinizdə iyirmi dözümlü kişi olsa, iki yüz kafirə, yüz dözümlü kişi olsa, min kafirə qalib gələr". (Ənfal, 65)

Bir qədər sonra iclas iştirakçılarından üzr istəyib Tehrana yola düşdük. Mən yolda baş verənlər haqda fikirləşirdim.

İbrahim macəra dolu tapançasını korpusa təhvil verib Əndərzqu dəstəsinin uşaqları ilə Xuzistana getdi.

Təxminən 14 aylıq Gilanqərb dövrü bütün acı və şirin xatirələri ilə birgə sona çatdı. Bu dövrdə böyük qəhrəmanlıqlara şahid olduq. Bu müddət ərzində İraq ordusunun üç hərbi briqadası kiçik bir partizan dəstəsinin hücumları qarşısında aciz qalmışdı.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin