Salam olsun İbrahimə



Yüklə 1,08 Mb.
səhifə59/82
tarix10.01.2022
ölçüsü1,08 Mb.
#109450
1   ...   55   56   57   58   59   60   61   62   ...   82

İlan hadisəsi

Mehdi Əmizadə


Axşam saat 10 idi. Küçədə futbol oynayırdıq. Ağa İbrahimin adını məhəllə uşaqlarından eşitmişdim, amma onunla ünsiyyətim olmamışdı.

Oyun əsnasında küçənin başından bir nəfərin əsa ilə gəldiyini gördüm. Uzun saqqalından və axsaq ayağından bildim ki, odur.

Kənarda dayanıb oyunumuza tamaşa etdi. Uşaqların biri soruşdu: "Ağa İbrahim, oynayırsan?"

– Bu ayaqla oynaya bilmərəm, amma istəsəniz, qapıda dayanaram.

Mənim oyunum çox yaxşı idi, lakin nə qədər etdimsə, ona qol vura bilmədim. Peşəkar qapıçılar kimi oynayırdı.

Yarım saatdan sonra topu ayağının altında saxlayıb dedi: "Uşaqlar, sizcə, gec deyil?! Camaat yatmaq istəyir".

Topu və qapıları yığışdırıb onun yanında oturduq. Uşaqlar dedilər: "Mümkünsə, bizə cəbhə xatirələrindən danış".

Orada eşitdiyim xatirə heç vaxt yadımdan çıxmaz.

- Qərb bölgəsində Cavad Əfrasiyabi ilə kəşfiyyata getmişdik. Gecənin yarısı idi. Düşmən səngərlərinin yaxınlığında gizlənmişdik. Hava işıqlaşanda düşmən mövqelərinə dair məlumatlarımızı tamamlamağa çalışdıq. İşimizi görən yerdə birdən çox böyük bir ilanın düz bizim gizləndiyimiz yerə gəldiyini gördüm. O vaxta qədər elə böyük ilan görməmişdim. Yerimizdə donub qaldıq. Əlimizdən bir şey gəlmirdi.

Atəş açsaydıq, iraqlılar bilər, qaçsaydıq, görərdilər. İlan da sürətlə yaxınlaşırdı. Fikirləşməyə macal yox idi.

Boğazım qurudu. Qorxu içində yerə oturdum, gözlərimi bağlayıb "Bismillah” dedim və Allahı həzrət Fatimeyi-Zəhraya (ə) and verdim.

Zaman ağır keçirdi. Bir neçə saniyədən sonra Cavad qoluma vuranda gözlərimi açdım. İlan bizim yanımıza qədər gəlmiş, sonra yolunu dəyişmişdi.

Həmin axşam ağa İbrahim bizə bir neçə gülməli xatirə də danışdı və biz çox güldük. Sonra dedi: "Çalışın camaat yatmaq istəyəndə oynamayın".

Ondan sonra hər gün ağa İbrahimi axtarırdım. Sübh namazına məscidə getdiyini biləndən sonra mən də ona görə məscidə getməyə başladım.

Ağa İbrahimin mənə və digər məhəllə uşaqlarına təsiri o qədər böyük idi ki, namazı da onun kimi astadan və diqqətlə qılırdıq.

Bir müddətdən sonra cəbhəyə getdi. Biz də dayana bilməyib onun ardınca cəbhəyə yollandıq.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin