Salam olsun İbrahimə



Yüklə 0,69 Mb.
səhifə10/28
tarix17.11.2018
ölçüsü0,69 Mb.
#83878
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
    Bu səhifədəki naviqasiya:
  • Toyota

Pis işlərə qarşı rəftarı

Hüseyn Cahanbəxş


İnqilab ərəfəsində dörd gün İbrahimin yeri bilinmədi. Hamı narahat idi. Nəhayət, inqilabın qələbəsindən sonra qayıtdı. Harada olduğunu soruşanda dedi: "Küçə qarşıdurmalarında dostlarla birgə idik. İşrətabad qarnizonunu ələ keçirəndə Cavad Aradaninin yanında idim. Cavad mənim çəkimdə idi və Əbu-Müslim klubunda güləşərkən rəqibim olurdu. Güclü və çox yaxşı oğlan idi. Qarşıdurma zamanı onun sol çiyninə bir J3 gülləsi dəydi. Qarnizonu ələ keçirəndən sonra onu ekspertizaya apardım. Orada bədənləri parçalanmış çoxlu şəhid vardı. Heç kim onlara yaxınlaşmağa cürət etmir və işlərini görmürdü. Buna görə də, orada qalıb işləri sahmana salmağa başladım. Bəzi cəsədlər yanmışdı, bəzilərinin kimliyi bilinmirdi və axtarıb ailələrini tapmalı idik. Bu işləri görməyə heç kim yox idi. İnqilab qələbə çalmış, hərbi işlər azalmışdı. Bizim də əlimizdən bu gəlirdi".

Hələ inqilabın qələbəsindən bir neçə gün ötməmiş İbrahim komitəyə qoşuldu. Komitə Xorasan meydanında, Fürutən qarajında yerləşirdi. Komitənin işçiləri hər iş görürdülər. Bəzi mərkəzlərdə bir ruhani vardı və şəriət məhkəməsini əvəz edirdi. Orada araq içənlərə şallaq vurulduğunu da görmüşdüm.

***

Bir axşam Xorasan meydanının yaxınlığında bir avtomobilə “Dur” işarəsi verdilər. Avtomobilin içindəki iki gənc buna məhəl qoymayıb qaza basdılar. Bir qədər irəlidə İbrahim cəsarətlə maşının önünü kəsdi, hər iki sərnişini maşından çıxarıb dedi: "Baqajı açın".



Qaçmalarının səbəbini bildik. Baqajda bir qutu xarici araq vardı. Həmin iki gənc qorxudan əsirdilər. Yalvarırdılar ki, sən Allah, bizi polisə vermə, şallaqdan qorxuruq, bizi rüsvay eləmə.

İbrahim onlara baxdı. Əmin idim ki, ən yaxşı qərarı verəcək. Bunun nədən ibarət olacağını isə səbirsizliklə gözləyirdim.

İbrahim şərab qutusunu götürüb kanalın yanında oturdu, sonra hər ikisinə dedi: "Bir yolu var: bu şüşələri bir-bir açıb kanala boşaldın".

Onlar şərab şüşələrini bir-bir açıb kanala boşaltmağa başladılar. İbrahim fürsətdən istifadə edib şərabın mənfi cəhətlərindən danışmağa başladı: "Peyğəmbərimiz buyurub ki, şərab bütün pis işlərin açarı və ən böyük günahlardandır. Allah qiyamət günü rəhmət nəzərini şərab içəndən çəkər. İmam Sadiq (ə) də buyurub ki, şərab içən adam cənnətə girməz; Bütün pis əməllərin qıflı var və şərab bu qıfılların hamısının açarıdır".

Onlar qulaq asırdılar. Bütün şüşələr boşalandan sonra İbrahim onlarla hal-əhval tutub dedi: "İslam bu qanunları təyin edib ki, cəmiyyət düzgün yolla getsin. Əks təqdirdə, mənim və sizin namusumuz küçədə rahat gəzə bilməz".

Onlar təşəkkür etdilər və sağollaşıb getdilər. Mən əmin idim ki, hətta pis əməl qarşısında düzgün rəftar da müsbət bəhrəsini verəcək.

***

İnqilabın qələbəsindən bir neçə ay ötdü. Mən İbrahimlə birgə hələ də komitədə qeyri-rəsmi fəaliyyət göstərirdim. Bizim peşəmiz müəllimlik idi, amma komitə ilə əməkdaşlıq edirdik. İbrahim bir gün günorta vaxtı evimizin önünə gəlib məni səslədi. Qapıya çıxıb onu içəri dəvət etdim, o isə dedi: "Xeyir iş üçün bir qədər pul lazımdır; yəni gərək pulun qayıtmasını gözləməyəsən. Əgər vaxtın varsa, gəl birlikdə gedək, gör kimə istəyirəm".



Həmin gün ona yüz tümən verdim. Sonra gedib Mustafa, Əmir, Səid və digərlərinin hərəsindən yüz tümən də aldı və təxminən min tümən topladı.

Birlikdə Xorasan komitəsinin önünə getdik. Qapının ağzında təxminən iyirmi yaşlı bir gənc oturmuşdu. İbrahim dedi: "Sizin probleminiz həll olundu?"

Cavan narahat halda dedi: "Yox. Mən nə edim?"

İbrahim içəri girdi və bir neçə dəqiqədən sonra qayıtdı. Özü ilə nisbətən böyük bir taxta qutu gətirmişdi. Qutunun içinə maqnitofon kasetləri düzülmüşdü.

Bildim ki, bu gənc səyyar satıcı imiş və icazəsiz musiqi kasetləri satırmış. İbrahim gənci bir tərəfə aparıb qutunu ona verdi.

Kasetlərin çoxunu sındırmışdılar. Cavan qutunun içinə baxdı. Qutunun dibində yalnız bir neçə kaset qalmışdı. Onun bütün mayası əlindən çıxmışdı. İbrahim gəncin baxışından hər şeyi anladı.

– Dadaş can, adam gərək halal yolla qazansın, haram pulla bir şey əldə edə bilməzsən. Bunlara nə qədər xərc çəkmişdin?

– Təxminən yüz kaset idi, hər biri beş tümənə.

İbrahim əlini cibinə salıb dedi: "Bu min tümən halal puldur. Get bu pulla halal bir işə başla".

Gənc sevincindən uçmaq istəyirdi. İbrahimin üzündən öpüb getmək istəyəndə o, fürsəti əldən verməyib dedi: "Dadaş can, haram musiqi adamı dindən çıxarar, bu yolla qazanılan pulun bərəkəti olmaz. Sən daha bu işlərlə məşğul olma, Allahdan istə kömək etsin".

– Baş üstə! Allaha and olsun, biz də halal pul istəyirik. Mən bu kasetlərin haram olduğunu bilmirdim. Əmin olun ki, daha bu işi görmərəm.

Cavan kasetlərin qalanını zibilqabıya töküb bizdən uzaqlaşdı. Gedə-gedə hərdən dönüb bizə baxırdı. İbrahim ixlasla onu doğru yola gətirdi və mən əmin idim ki, öz təsirini göstərəcək.


Toyota

Abbas Hadi


İnqilabın əvvəlləri idi, hələ müharibə başlamamışdı. İbrahim bir dövlət idarəsində işləyirdi. Mən də bir müddət idi Teleradio şirkətinin mühafizə xidmətində çalışırdım. Biz o zaman Ziba xiyabanında, Məhəmmədi məscidinin yaxınlığında yaşayırdıq. Bir gün axşamüstü küçədə dayanmışdım. Birdən İbrahimin gəldiyini gördüm. Onun bu gəlişi çox fərqli idi; bahalı bir avtomobillə gəlirdi.

Ağ rəngli yeni toyota avtomobilini evin önündə saxladı. Təəccübdən ağzım açıq qalmışdı. Yaxınlaşıb dedim: "Nə gözəl maşındır! Haradandır? Neçəyə aldın?”

Maşının qapılarını bağlayıb evə girdi.

Onun ardınca gedib hamının yanında maşınını tərifləməyə başladım. Sonra dedim: "Açarı ver, bir az sürüm".

İbrahim sakit qalmışdı, heç nə demirdi. Bir qədər sonra dilləndi: "Yox, bu maşın bizə yaramaz. Qorxuram ki, bizi yıxar".

Məgər motosikletdir ki, yıxılasan?!

Sözlərini yenidən təkrarlayıb dedi: "Bu maşın da bizi yıxa, bizi hər şeydən uzaqlaşdıra bilər: Allahdan, xalqdan... Günü sabah başqasına verəcəyəm”.

– Kimə? Bunu haradan almısan?

– Alim ağaların biri idarədə hədiyyə verdi, amma mənim işimə yaramaz.

– Eybi yoxdur, qoy qalsın, mən istifadə edərəm. Ən azı, anam və uşaqlar bir yerə getmək istəyəndə...

– Yox, bizə yaramaz.

Ertəsi gün işə maşınsız getdi. Axşamüstü qapının zənginə çıxdım. Qapının ağzında bir kişi dayanmışdı. Salamlaşandan sonra maşına baxa-baxa dedi: "Maşının açarını almağa gəlmişəm. Bura ağa Hadigilin evidir, düzdürmü?"

Təəccüblə dedim: "Bəli. Siz kimsiniz?"

– Məni ağa İbrahim göndərib. Siz də Abbas ağa olmalısınız.

Verdiyi əlamətlərdən əmin olub açarı verdim. O da maşınla getdi. Həmin axşam İbrahimlə çox danışdım. Dedim ki, nə üçün özünə bir şey saxlamırsan, əlinə nə düşür, bağışlayırsan?! Sənin də gələcəyin var, ailən var...

Adəti üzrə gülümsəyirdi. Mənə yalnız bir cümlə dedi: "O maşının getməyi çox yaxşı oldu".

Gördüyü işlərin doğruluğuna əmin idi. Bilirdi ki, cəmiyyətdən, xalqın arasından çıxıb sonradan dəbdəbəli həyat tərzinə qurşananlar belə işlərdən başlayıblar; əvvəlcə bahalı maşın, böyük ev...

Ertəsi gün dostu Hüseyn Cahanbəxşin köhnə avtomobilini alıb qapının önündə saxladı və dedi: "Bu da maşın. Bir yerə getmək istəsən, maşın var".

Mən köhnə maşına etinasızlıqla həyətə girdim.


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin