Salam olsun İbrahimə



Yüklə 0,69 Mb.
səhifə9/28
tarix17.11.2018
ölçüsü0,69 Mb.
#83878
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

Allah adamı

Mehdi Həsən Qumi


Ziba xiyabanında yaşayırdıq. Atamın buz dükanı vardı. Mən bir neçə il dərs oxuyandan sonra məktəbi buraxıb işləməyə başladım. Qardaşlarımın hamısı işləyirdilər.

Ziba xiyabanında işlədiyim günlərdə başını aşağı salıb məktəbə gedən arıq uzun bir gənci görürdüm, amma onunla heç bir ünsiyyətim olmamışdı.

Nəhayət, zorxanaya getdim. İlk günlərdə həmin gənci orada gördüm. Onun məndən öncə oraya gedib-gəldiyini bilmirdim.

Müəllim onu meydançaya dəvət edib dedi: "Ağa İbrahim Tehran üzrə güləş çempionudur".

Ondan çox xoşum gəldi. Çempion olsa da, çox başıaşağı və sakit idi. Meydançaya girməzdən öncə hamıya əl verib görüşdü. Mən o zaman yeniyetmə idim və idmana təzə başlamışdım. O mənimlə də görüşdü.

Orada məni hamıdan çox İbrahim sayırdı. O gündən onunla dostlaşdıq. Mən buna çox sevinirdim; yaxşı insani xüsusiyyətlərin cəm olduğu bir dost tapmışdım.

İlk günlərdə mənimlə danışıb bilmədiyim çox şeyi başa saldı. O mənə kimlərlə dostluq etməli və kimlərdən uzaq gəzməli olduğumu deyirdi.

Nəsihətləri hələ də yadımdadır. İbrahimdən fərqli olaraq, zorxanada çox ləyaqətsiz insanlar da vardı. İbrahim onların xüsusiyyətlərini izah edir və cəmiyyətin ozamankı pis şəraitinə görə deyirdi: "Mehdi, elə adamla dost ol ki, ondan güclü olasan və səni incidə bilməsin".

Evimizdə bizə vaxt qoyacaq, yaxşı-pisi başa salacaq bir adam yox idi. İbrahim bizə çox vaxt ayırır və nəsihət verirdi. Nəsihətlərinin çoxu dolayı yolla olurdu. Sonra da bizi məscidə apardı.

Əvvəldə çox da dindar deyildim, İbrahim dəstəmaz almağa gedən kimi məsciddən qaçırdım. Lakin onun şəxsiyyəti get-gedə bizi məscidə cəlb etdi. Onu sevdiyimə görə məscidə gedirdim.

İbrahim özünəməxsus xüsusiyyətləri olan bir gənc olsa da, bəzi işləri mənə qəribə gəlirdi.

Bir dəfə məscidin tualetinə getmək istəyəndə zirzəmidən qalxan iki nəfər dedi: "Kanalizasiya tutulub, namaza evə gedirik". Mən də qayıtmaq istəyəndə İbrahim gəldi. Məsələdən xəbər tutan kimi qollarını çırmayıb tualetə girdi və qapını bağladı.

15 dəqiqədən sonra qapını açdı. Kanalizasiyanı açmış, hər yeri yuyub təmizləmişdi. Sonra da əllərini yumağa başladı.

İbrahim Allah qarşısında özünə şəxsiyyət tanımırdı. Allahın razılığından ötrü bacardığı hər bir işi görürdü. O, özünü Allah qarşısında kiçik görür, təvazökarlıq edirdi. Allah da buna görə insanların yanında ona böyük hörmət vermişdi.

***

Deyirlər ki, dost adamı cəhənnəmə, yaxud cənnətə apara bilər. Quranda da buna bənzər ayə var. Cəhənnəmə gedənlərin bir çoxu səbəbi dostlarında axtarmalı olacaqlar. Mən bu illərdə dinsiz adamlarla dostluğa görə məhv olan, həmçinin əksinə, İbrahim kimilərlə dostluğa görə cənnətə gedən çoxlu insanlar görmüşəm. Yaxşılarla dostluq edənlərin bir çoxunun ad və şəkilləri bu gün məhəlləmizin küçələrini bəzəyir.



Məhəllədə gənclər heyəti yaradıldı. İbrahim heyətin əsas fiqurlarından idi, amma heç vaxt vəzifə qəbul etmirdi. Ondan fərqli olaraq, biz vəzifəni çox sevirdik. O da heyətin işlərini bizə tapşırırdı.

İbrahim çox adi şəkildə və riyasız halda məddahlıq edirdi. Dəfələrlə görmüşəm ki, bir yeniyetmə Əhli-beytdən oxumaq istəyəndə məclisin ortasında sözü ona vermiş, məclisi idarə etməsinə kömək də etmişdi.

Məclisdə başqa bir məddahın olduğunu biləndə heç vaxt oxumurdu. Onun İmam Hüseyn (ə) məclisinə dair düşüncəsi bizdən fərqli idi. O yalnız bəhrələnmək məqsədilə Əhli-beyt məclisinə gedirdi. Yadımdadır, Hacı Mustafa Təqvayinin evində keçirilən məclisdə Mustafanın atası nə qədər israr etdisə, oxumadı. O deyirdi: "Hacı Maşallah Abidi buradadır, mən oxuya bilmərəm".

İbrahimin xüsusiyyətlərindən nə qədər danışsam, azdır. Həyatda hər cür insanla rastlaşmış atam mənə deyirdi: "İbrahim Hadi dostlarının hamısından yaxşıdır. O nə desə, qulaq as".

Mənim dini məsələlərə marağı olmayan qardaşım da İbrahimi təsdiqləyir və onun sözünün üstünə söz demirdi. Əminliklə deyirəm ki, Allah İbrahimi mənim qarşıma çıxarmasaydı, taleyim ayrı cür olardı.

Yalnız mən yox, məhəllənin gənclərindən çoxu İbrahimi örnək seçməsəydi, vəziyyətləri fərqli olardı.

İbrahimin idmanla məşğul olması da ixlası və mənəviyyatı ilə əlaqədar idi. O bu yolla Allah bəndələrinə xidmət etmək istəyirdi.

İbrahim deyirdi: "Güləşə başlayan gün atam mənə nəsihət verib dedi: "Güləşməkdə məqsədin çempionluq olmasın, başqalarını məğlub etməklə özünü ucaltmağa çalışma. Çalış ki, idmanla xalqa xidmət edəsən".

Allah İbrahimi həyatda bizim qarşımıza çıxardı ki, həqiqi bir insan görək.

Mən onun şəxsiyyətini tanımanız üçün başqa bir misal çəkəcəyəm.

Ziba xiyabanında bir narkoman yaşayırdı. Narkotik aludəsi olduğuna görə ailəsini çox incidirdi. İbrahim onu narkotikdən uzaqlaşdırmaq üçün çox çalışdı, amma bacarmadı. Sonra onunla danışıb dedi: "Nə üçün ailəni incidirsən?" O, cavab verdi: "Əlimdə deyil. Narkotik maddələr üçün mənə həftədə müəyyən qədər pul lazımdır. Pulum olsa, onlarla işim olmaz".

İbrahim ailəsini incitməməsi şərtilə bir il onun narkotik pulunu verdi. Ailəsi və qohumları bir il rahat yaşadılar. Sonra İbrahim şəhid oldu, bir müddətdən sonra o da dünyadan köçdü.


Allah yolu

Mehdi Həsən Qumi


Ağa İbrahimin Allaha bəndəlikdən sonra ən üstün xüsusiyyəti insanların hidayət olunması və insanlara yardım üçün əlindən gələni etməsi idi. Onun üçün başqalarının nə söylədiyi, nə düşündüyü önəmli deyildi. Bəzən insanları Allah yoluna gətirməkdən ötrü özünü dedi-qodu təhlükəsinə atırdı.

Yadımdadır, bir dəfə Əbu-Müslim idman klubunda idik. İbrahim onunla həmyaş idmançı dostlarından bir neçəsinin gecələr bəzi böyüklərlə birgə Tehranın əxlaqsız məhəllələrindən birinə getdiklərini öyrəndi. Onlar bu haqda açıq danışırdılar.

İbrahim onlarla çox söhbət etdi, amma faydası olmadı. Qərara gəldi ki, bir dəfə onlarla gedib həmin fəsad mərkəzini yola gətirsin.

Bir dəfə idmandan sonra çox ciddi şəkildə onlara dedi: "Bu qədər tələsik haraya gedirsiniz? Bir dəfə məni də aparın".

Onlar təəccüblə bir-birinə baxıb dedilər: "Eybi yox, sən də gəl".

İbrahim də onlarla getdi.

Ertəsi gün axşamüstü İbrahimi görüb nə baş verdiyini soruşdum. İdmana başlamazdan öncə dərin bir ah çəkib dedi: "Allah hamımızı hidayət eləsin! Mən yolda bu dostlarla çox danışdım, amma onlar ancaq bu böyük dostlarını dinləyirdilər. Onlar özlərindən yaşca böyük olan fəsad mənbəyi ilə dost olmuşlar".

Sonra əlavə etdi: "Mən onların vəziyyətlərinin bu qədər bərbad olduğunu düşünməzdim. Onlar rahatlıqla Tehranın fəsad dolu Gömrük məhəlləsinə girdilər. Nə qədər ayə və hədis dedimsə, faydası olmadı. Hamısını özü kimi fəsada qərq etmiş dostları mənim sözlərimi eşidən kimi qışqırıb dedi: "İbrahimi tutun, qaçmasın. Onu da aparmalıyıq!" Məni tutmaq istəyəndə əllərindən qaçdım. Arxamca qaçdılar, amma çata bilmədilər”.

İbrahim narahat halda dedi: "Bu dostlara ürəyim yanır. Onlar öz gələcəklərini məhv edirlər. Onların yaxşı valideynləri var, amma bu haram işlər onları həlak edəcək".


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin