Salam olsun İbrahimə



Yüklə 0,69 Mb.
səhifə2/28
tarix17.11.2018
ölçüsü0,69 Mb.
#83878
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   28

Nümunəvi insan


Şəhid İbrahim Hadinin şəxsiyyəti sadəliyi ilə yanaşı güclü və təsirlidir. Cəsarətlə deyirəm ki, onun xüsusiyyətləri haqda bir neçə kitab yazılsa, film və serial çəkilsə, yenə azdır. Bu gənc elə bir örnəkdir ki, müxtəlif baxışlı insanlar ondan bəhrələnə bilərlər. O, maddi dünyadakı 25 illik həyatında bütün insanlara düzgün yaşamaq, düzgün bəndə olmaq və haqq yolunda düzgün hərəkət etmək dərsini öyrətdi. Onun əhvalatları idmançılar, inqilab müdafiəçiləri, məddahlar, müəllimlər, tərbiyəçilər və Allahın əmrlərini yerinə yetirmək istəyən bütün insanlar üçün çox öyrədicidir.

İbrahimin yazılı vəsiyyətnaməsi yoxdur, amma haqqında danışılanlarda elə dərin tərbiyəvi dərslər var ki, yatmış vicdanları oyatmağa kifayət edir.

"Salam olsun İbrahimə" kitabının ilk çapından yeddi il ötəndən sonra müxtəlif yerlərdən bizə çox gözəl xatirələr çatdı. Biz kitabın birinci çapında o xatirələri əldə edə bilməmişdik.

Mən bu xatirələri birinci kitaba əlavə etmək istəyirdim, amma dostlar razılaşmadılar. Çünki kitabın həcmi olduqca çox olacaqdı. Digər tərəfdən, insanların onunla tanışlığından sonra çoxlu kəramətlər də baş verdi. Onların bəzisi hətta televiziyadan da elan olundu. Bizə onları işıqlandırmaq dəfələrlə tövsiyə olunurdu. Çünki şəhidlərin yaşadığını və hadisələrdə iştirak etdiyini göstərirdilər.

2016-cı ilin baharından işə başladıq, birinci kitaba müsahibə verməyənlərin bəzilərini razı saldıq, bəziləri özləri buna razı olduqlarını bildirdilər. Birinci kitabda olduğu kimi yenə də problemlər vardı və bu problemlər işin həzzini artırırdı. Bəzi dostlarla müsahibədən ötrü bir aydan artıq vaxt qoyduq, dəfələrlə Tehranın o başına getdik və nəhayət, müsahibə almağa müvəffəq olduq.

Düşünürdük ki, bu işi görmək lazımdır, insanlar öz həyatlarına böyük təsir etmiş bir şəxsin digər xatirələrini də eşitmək istəyirlər. Bunu öz həmsöhbətlərimizdən dəfələrlə eşitmişdik. Biz də səyimizi artırdıq və nəhayət, iş daha tez ərsəyə gəldi. Bu illərdə öz həyatımızda və işlərimizdə də Şəhid İbrahimin kəramətlərini gördük.

“Salam olsun İbrahimə” kitabı yüzüncü dəfə çap olundu. Böyük Rəhbərimizin şəxsən tövsiyə etdiyi kitabları nəzərə almasaq, bu say yeni rekord idi. Təbii ki, bunlar Allahın lütfü ilə, heç bir dövlət və media dəstəyi olmadan baş verdi. Üstəlik, kitab digər dillərə də tərcümə olundu.

Ümidvarıq ki, Allah bizi də İbrahimin getdiyi yolda möhkəm saxlasın, bizə İmam Mehdinin (ə) ordusunda şəhadət nəsib etsin!


Anası haqda

Şəhidin qardaşı


İbrahim dünyaya gəlməzdən öncə bir neçə ev dəyişmişdik. Kirayəçi idik, o dövrün çoxlu insanları kimi rahat yaşamırdıq. Yadımdadır, bir müddət qədim Cahanpənah, indiki Şəhid Əcəbgül xiyabanında kirayədə qaldıq. Ev sahibi çox təqvalı bir qadın idi. Quran müəlliməsi idi və qadın məclislərində dini söhbətlər edirdi.

Onun evində qalanda anamızın əxlaqı və rəftarı çox dəyişdi. Quran və dua oxumağa çox əhəmiyyətli yanaşırdı. Anamız çox imanlı və mənəviyyatlı bir qadın idi, amma həmin il daha da mənəviyyatlı oldu.

Günlər ötdü, 1957-ci ilin 20 aprelində, mübarək ramazan ayının düz 21-ci gecəsində həmin evdə İbrahim dünyaya gəldi. Valideynlərimiz onu çox sevirdilər. Həm göyçək, həm də çox şirin uşaq idi.

Zaman ötdükcə İbrahimi bütün ailə üzvlərimiz daha çox sevməyə başladılar. Atam dəfələrlə deyirdi: "Mənim bütün övladlarım yaxşıdır, amma İbrahimi ayrı cür istəyirəm, gecə namazlarımda onun üçün ürəkdən dua edirəm. Allah onu dünya və axirətdə başıuca etsin!"

Anam da İbrahimə qarşı eyni hissləri keçirirdi. O, İbrahimi o qədər sevirdi ki, nə istəsəydi, tez yerinə yetirirdi.

Anamız dünyagörmüş və çox düşüncəli bir qadın idi. Qohum-qonşular arasında kimin ailə problemi olurdusa, bizə gəlirdi. Evimiz sözün əsl mənasında ailə məhkəməsinə, anamız da hakimə dönmüşdü.

Anama problemlərini deyənlər ən yaxşı tövsiyələri eşidirdilər. O həmişə çalışırdı ki, gənc ailələr dağılmasın. Mən anamın nəsihətləri nəticəsində müştərək həyata davam edən çoxlu ailələr görmüşəm.

İbrahim də anamdan geri qalmırdı. Onun nəsihətlərini eşitdiyinə görə bir neçə ailə mübahisəsinə müdaxilə etdi. Mən ona etiraz edib deyirdim ki, bu adamlar səndən böyükdürlər, sən subaysan, nə üçün bu işlərə qarışırsan? O isə işin öhdəsindən yaxşı gəlirdi.

Qonşu oğlanlarımızın biri bir tacir qızı ilə ailə qurdu. Qızın atası İbrahimin dostlarından idi. Toylarından bir müddət sonra dava-dalaş səsləri küçəyə gəlməyə başladı.

İş o yerə çatdı ki, hətta küçədə də dalaşıb özlərini rüsvay edirdilər. Bir neçə nəfər vasitəçilik etdi, amma sonda hamısı dedi ki, bunlar ayrılmalıdırlar, başqa yol yoxdur.

Onlar ayrı yaşayırdılar. Nəhayət, bir gün İbrahim oğlanla görüşdü. Məhəllədə hamı İbrahimi mömin bir idmançı kimi tanıyırdı. O, qızın atası ilə dost olduğuna görə bu ailənin problemini həll etmək istəyirdi.

Bizim həyətimizdə pilləkənin üstündə oturdular. İbrahim saatlarla onunla danışdı. Təzə bəy ondan böyük olsa da, sakitcə qulaq asırdı. Bir azdan İbrahim evə anamın yanına qaçdı və nə danışdıqlarını söylədi.

– İndi nə deməliyəm? Bu oğlan mənim sözümü qəbul edir.

Anam İbrahimə nə deməli olduğunu başa saldı.

Sonra İbrahimin israrı ilə anam bir neçə dəfə gəlinlə görüşüb söhbət etdi. Özü də anamın tapşırıqlarını dəqiqliklə yerinə yetirdi. Qonşu oğlan İbrahimin dediklərini edirdi.

Dostlarımızın çoxu, hətta özüm də İbrahimə müdaxilə etməməsini söyləsəm də, sözündəki ixlas bəhrəsini verdi. Bəylə gəlin yenidən müştərək həyata başladılar. Bir neçə ildən sonra İbrahim cəbhəyə gedəndə onların uşaqları olmuşdu. İndi həmin hadisədən qırx il ötür, onlar normal həyat sürürlər və hətta nəvələri var.

Onlar bütün həyatlarını İbrahimə borcludurlar. İbrahimin bu işləri həzrət Əlinin (ə) Nəhcül-bəlağənin 47-ci məktubunda yer almış fikirlərinin real nümunəsidir: "Müsəlmanlar arasında barışıq yaratmaq bütün (müstəhəb) namaz və oruclardan üstündür".

***


İbrahim cəbhədə olanda anam həmişə nigaran qalırdı. Məzuniyyətə gələndə isə çox sevinir və onu əzizləyirdi.

İbrahimin şəhadət xəbəri anamızı sarsıtdı. Onun şəhid olub cəsədinin itkin düşdüyünü eşidəndən sonrakı halını təsvir edə bilmərəm. Hacı Hüseyn Allahkərəm kəşfiyyat uşaqları ilə bizə gəlib şəhadət xəbərinin dəqiq olduğunu bildirdi. Lakin hər gün biri yeni xəbərlə gəlirdi. Biri deyirdi ki, İraq radiosundan onun səsini eşidib; digəri deyirdi ki, şəhid olub, döyüşçülər onu görüblər... Nəhayət, ona bir yas məclisi keçirildi.

Yas məclisində anamız oğlunun şəhid olduğunu qəbul etdi, lakin elə həmin məclisdən sonra bir nəfər gəlib İbrahimin yaşadığını söylədi və dedi: "Bir cindar gətirmək istəyirəm ki, cinin köməyi ilə sağ olub-olmadığını öyrənsin".

Həmin adam ertəsi gün sevincək gəlib dedi: "Ana, muştuluğumu ver, cindar deyir ki, İbrahim yaşayır".

Belə xəbərlər anamızı İbrahimin şəhadətindən çox üzürdü. O, içdən yanır, İbrahimin şəkli önündə oturub zar-zar ağlayırdı. Əsirlər azad olandan sonra isə halı çox pisləşdi. Vəziyyəti elə bir həddə çatdı ki, soyuducudan buzları götürüb yeyir və deyirdi: "Qəlbim yanır, bir az sakitləşmək istəyirəm".

1993-cü ilin noyabrında anamın yanına getdim. Ürəyi ağrıyırdı. Onu israrla xəstəxanaya apardım və təcili yardım bölməsinə yerləşdirdik. Həkim onu müayinə etdi. Halı çox da pis deyildi.

Mən bayırda oturub həkimin onu evə buraxmasını gözləyirdim. Bir dəfə də belə olmuşdu. Lakin bir-iki saatdan sonra həkim yaxınlaşıb dedi: "Başınız sağ olsun!"

Gözlərim hədəqədən çıxmaq üzrə idi.

- Nə?! Səhv eləmirsiz? Anamın halı pis deyildi.

Başı üstə qaçdım. Sakitcə yatmışdı. Daha İbrahimdən ayrılığa dözə bilməmiş, övladına qovuşmuşdu.



Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin