Vəzifənin adı: Salat düzəldən (Salat, disert, meyvə salatı, şirələr)
İyerarxiya daxili: Baş Aşpaza tabedir
İş yeri: Bakı, Azərbaycan
Müqavilənin müddəti: Uzun müddətli
İş rejimi: Bazar ertəsi – Şənbə saat 08.00 -17.00
Məvacib: 1800 - 2400 AZN (illik) + bonuslar + gələcək biznesdə pay
İşin təhvil verilməsi: 10 (on) bank günü öncə
Vəzifənin məqsədi: C`est Bon şirkətinin salat hazırlanmasında səmərəliyini artırmaq və keyfiyyəti yüksək səviyyəyə çatdırmaq. Bunun nəticəsi olaraq C`est Bon müştərilər arasında salatları ən dadlı və keyfiyyətli hazırlayan bir şirkət kimi tanınsın. Müştərilərin 90% -i C`est Bon şirkətinin yeməyinin yüksək qiymətləndirsinlər. C`est Bon şirkətinin salatların satışı ayda 10% artsın.
Vacib məlumat: C`est Bon şirkətinin biznes fəaliyyətində ən əsas risk - qidadan zəhərlənmə halıdır. Bütün işçilər bu hadisənin baş verməməsi üçün şirkətin daxili prosedurlar və qaydalar əsasında fəaliyyət göstərməlidilər!
Salatların hazırlanma
texnologiyası: C`est Bon şirkəti salatların hazırlanmasında öz texnologiyalarını fikirləşib və tədbiq edib. Bu texnologiyalar C`est Bon şirkətinin mülküdir və sirr kimi qorunub və mühafizə edilir. Mətbəxdə çalışan bütün işçilər bu sirri saxlamalıdır və şirkətdən kənar istifadəsinə görə qanuni məxsuliyyət daşıyırlar.
Vəzifələr:
-
C`est Bon şirkətində mövcud olan texnologiyalar əsasında salatlar, disertlər və meyvə salatları hazırlamaq;
-
Salatların hazırlanması üçün bütün tədarükləri əvəlcədən görmək;
-
Ərzaq, meyvə və tərəvəzləri əvvəlcədən kifayyət gədər tədarüklərini görmək;
-
Ət, pendir, pomidor, xiyar, kağı, alma, banan və digər istifadə olunan ərzaq və meyvələri əvvəlcədən yumaq və əl və ya maşın ilə doğramaq;
-
Bütün hazırlanmış salatları və disertləri qablaşdırmaq;
-
Lazım olan ərzaqları əvvəlcədən qaynaatmaq, bişirmək və hazırlamaq;
-
Mətbəxdə salatların hazırlanması üçün ən səmərəli prosessi təşkil etmək;
-
Salatlar üçün gündəlik lazım olan ərzaq və meyvələrin alınması üçün siyahını tutmaq və Baş Aşpaza hər axşam işin sonunda təhvil vermək;
-
Mətbəxə salatlar üçün gündəlik lazım olan ərzaq və meyvələrin kifayyət qədər olmasına cavabdehlik daşımak;
-
Lazım gələrsə mətbəxdə digər işçini əvəz etmək;
-
Lazımi qədər salatların olmasını təmin etmək;
-
Salatlar üçün alınmış sifarişi vaxtında hazırlanmasına və təhvil verilməsinə cavabdehlik daşımak;
-
Hər salata istifadə olunan ərzaq, meyvə və tərəvəzin miqdarını hesablamaq və bu hesab üzrə ərzaqların istifadəsini təmin etmək və cavabdehlik daşımak;
-
Hər salat üçün “Pasport” hazırlamaq və yazılı formada “Baş Aşpaza” təhvil vermək. Pasporta bu məlumatlar öz əksini tapmalıdır: salatın adı, istifadə olunan inqrediyentlər və miqdarı, hazırlamaq texnologiyası, saxlanılma və paketləşdirmə şərtləri və tələbləri, xarici görünüşü;
-
Salat üçün bütün ərzaq mallarını qəbul etmək və onların testdən keçirdmək. Və əmin olmaq ki, bunlar C`est Bon şirkətinin keyfiyyət üzrə tələblərinə və spesifikasiyasına cavab verir;
-
Hər iki aydan bir salatlar üçün yeni menyunun tərtib etmək və “Baş Aşpaza” təhvil vermək;
-
Yeni salatlar hər iki aydan bir hazırlamaq və satışa buraxmaq;
-
Yeni salatları müştərilər arasında testə buraxmaq və nəticələri qeyd etmək. Əldə olunan nəticə əsasında dəyişiklik və əlavə etmək;
-
Yeni salatlar hazırlayandan sonra bütün işçilərə hazırlanmanı başa salmaq;
-
Mətbəxdə sanitariya və gigiyena şərtlərinə riayət etmək və cavabdehlik daşımak;
-
Mətbəxdə başı, üstü və əllərinin örtülü olmasını;
-
Salatların prezentabel formasında müştərilərə hazırlanmasına və qablaşdırmağa görə cavabdehlik daşımak;
-
İşçilərin hər hansı bir sualı yaranarsa onlara ətraflı cavab vermək;
-
Salatların menyuda olana həcmdə və miqdarda olmasını təmin etmək və cavabdehlik daşımak;
-
Salatların dadlı və təzə olmasını təmin etmək və cavabdehlik daşımak;
-
Qeyd olunan vaxtından artıq qalan salatları tullamaq və satışa buraxılmamasına cavabdehlik daşımak;
-
İşçiləri nahar ilə təmin etmək
-
Salatların hazırlanması üçün lazımı avadanlıq, inventar və digər lazım olan əşyaları identifikasiya etmək və alınması üçün lazımi işçiyə siyahını ötürmək;
-
Bilik və bacarığını daimi artırmaq. Bu sahədə lazım olan resursları və imkanları cəlb etmək;
-
İşçilər üçün treyninqlərdə iştirak etmək;
-
Hər səhər 10 dəqiqəlik iclasda iştirak etmək və günün planını, işdə olan nöqsanları, işlə bağlı yeni məlumatları müzakirə etmək;
-
Mətbəxin işinin prosedurların və qaydalarına hər ay fikir vemək, reviziya etmək və lazım gələrsə dəyişiklər və əlavələr etmək;
-
Fast food sektoruna olan dəyişikləri daimi izləmək və bunun əsasında mətbəxdə və menyuda dəyişiklər etmək;
Fəaliyyətin qiymətləndirmə kriteriyaları:
-
Müştərilərin 90% -i C`est Bon şirkətinin salatlarını yüksək qiymətləndirirlər;
-
Müştərilər salatla bağlı şikayyətləri ayda 2-ki dəfədən artıq deyil;
-
Zəhərlənmə halları 0-a bərabərdir;
-
C`est Bon şirkətinin salatları satışı ayda 15% artır;
-
Hər iki aydan bir yeni salatlar müştərilərə təklif olunur və onlar komerssiya müvəffəqiyyəti tapır;
-
Salatlar vaxtında hazırlanır və çatdırılmaq üçün sifariş bölməsinə örtürülür;
-
Mətbəxdə təmizlik və səliqəlilik daimi mövcuddur;
-
Işçilər arasında mehribançılık və hörmət mövcuddur;
-
Mətbəxdə bütün işlər səmərəli təşkil olunub;
-
Bütün salatlar pasportu mövcüddur;
-
İş vaxtı təyin olunmuş digər kriteriyalar;
Namizəd üçün zəruri keyfiyyətlər:
-
Dad və iy duyğusu yüksək olan;
-
Salatların hazırlanmasında və işin qurulması və aparılmasında yaradıcı yanaşan və düşünən olmalıdır;
-
Mətbəxdə iş qurulması üzrə bacarıq və tərcübə;
-
İşə 100% həsr etmək;
-
Lazım olsa axşam və normadan kənar işləmək;
-
Yaradıcı və riskli fikirlərə üstün verən;
-
Liderlik və tez adaptasiya bacarığı olan;
-
Fast Food (tez yemək) layihəsi və ya şirkətində 1 illik iş təcrübəsi
-
Yenilikçilik, biznes təşəbbüsü bacarığı, enerjililik və problemləri uğurla həll etmək bacarığı
-
Üzərinə məsuliyyət götürmək bacarığı
-
Gərgin anlarda qərar qəbul etmək bacarığı
-
Yüksək məsuliyyətlilik
-
Ünsiyyətcillik və komandada işləmə bacarığı
Məvacib və digər faydalar:
-
İllik məvacib uğurlu namizədin bacarığı əsasında təyin olunacaq. Məvacib hər ayın axırı verilir. İşçinin uğurlu fəaliyyətindən asılı olaraq məvacib ildə iki dəfə artılacaq
-
Iş vaxtından artıq və bayramlar günü (overtime) fəaliyyət vaxtı məvacib 1.5 vurulacaq;
-
Il ərzində 21 gün və rəsmi məzuniyyət;
-
İş yüksək səviyyədə avadanlıqla təchiz olunub
-
Professional inkişaf üçün imkanlar
-
Bütün işçilər biznes və sahə üzrə professional treyninqlər ilə təmin olunurlar
-
Hər ayın axırı müvəfiqiyyətli və professional fəaliyyətə görə Bonuslar (pul mükafatı);
-
Yeni salatlar komerssiya uğuru tapırsa Bonus (pul mükafatı) alır;
-
C`est Bon şirkətində uzun müddətli çalışdığına görə gələcək biznesdə Pay.
Müraciət etmək:
Bütün namizədlər C`est Bon şirkətinə aşağıdaki ünvana 20 avqust 2007, saat 16:00 –dan sonra müraciət etsinlər:
Bakı ş., İstiqlaliyyət küç 43, mən 21 (Skazka şirniyyət evin yanı) yerləşir.
Tel: 492 65 87, 511 82 20 və Mob: 050 450 77 01
Email: cestbonazerbaijan@yahoo.com
Namizədlər özləri haqqında CV-ni cestbonazerbaijan@yahoo.com ünvanına göndərə billərlər.
C`est Bon is fast food company aimed to create handmade natural, fresh and high-quality sandwiches avoiding any chemicals, additives and preservatives.
Dostları ilə paylaş: |