Salat Düzəldən vəzifəsi haqqında məlumat 9 avqust 2007 Vəzifənin adı



Yüklə 37,44 Kb.
tarix21.10.2017
ölçüsü37,44 Kb.
#8275

Salat Düzəldən

vəzifəsi haqqında məlumat

9 avqust 2007



Vəzifənin adı: Salat düzəldən (Salat, disert, meyvə salatı, şirələr)

İyerarxiya daxili: Baş Aşpaza tabedir

İş yeri: Bakı, Azərbaycan

Müqavilənin müddəti: Uzun müddətli

İş rejimi: Bazar ertəsi – Şənbə saat 08.00 -17.00

Məvacib: 1800 - 2400 AZN (illik) + bonuslar + gələcək biznesdə pay

İşin təhvil verilməsi: 10 (on) bank günü öncə

Vəzifənin məqsədi: C`est Bon şirkətinin salat hazırlanmasında səmərəliyini artırmaq və keyfiyyəti yüksək səviyyəyə çatdırmaq. Bunun nəticəsi olaraq C`est Bon müştərilər arasında salatları ən dadlı və keyfiyyətli hazırlayan bir şirkət kimi tanınsın. Müştərilərin 90% -i C`est Bon şirkətinin yeməyinin yüksək qiymətləndirsinlər. C`est Bon şirkətinin salatların satışı ayda 10% artsın.

Vacib məlumat: C`est Bon şirkətinin biznes fəaliyyətində ən əsas risk - qidadan zəhərlənmə halıdır. Bütün işçilər bu hadisənin baş verməməsi üçün şirkətin daxili prosedurlar və qaydalar əsasında fəaliyyət göstərməlidilər!

Salatların hazırlanma

texnologiyası: C`est Bon şirkəti salatların hazırlanmasında öz texnologiyalarını fikirləşib və tədbiq edib. Bu texnologiyalar C`est Bon şirkətinin mülküdir və sirr kimi qorunub və mühafizə edilir. Mətbəxdə çalışan bütün işçilər bu sirri saxlamalıdır və şirkətdən kənar istifadəsinə görə qanuni məxsuliyyət daşıyırlar.

Vəzifələr:

  • C`est Bon şirkətində mövcud olan texnologiyalar əsasında salatlar, disertlər və meyvə salatları hazırlamaq;

  • Salatların hazırlanması üçün bütün tədarükləri əvəlcədən görmək;

  • Ərzaq, meyvə və tərəvəzləri əvvəlcədən kifayyət gədər tədarüklərini görmək;

  • Ət, pendir, pomidor, xiyar, kağı, alma, banan və digər istifadə olunan ərzaq və meyvələri əvvəlcədən yumaq və əl və ya maşın ilə doğramaq;

  • Bütün hazırlanmış salatları və disertləri qablaşdırmaq;

  • Lazım olan ərzaqları əvvəlcədən qaynaatmaq, bişirmək və hazırlamaq;

  • Mətbəxdə salatların hazırlanması üçün ən səmərəli prosessi təşkil etmək;

  • Salatlar üçün gündəlik lazım olan ərzaq və meyvələrin alınması üçün siyahını tutmaq və Baş Aşpaza hər axşam işin sonunda təhvil vermək;

  • Mətbəxə salatlar üçün gündəlik lazım olan ərzaq və meyvələrin kifayyət qədər olmasına cavabdehlik daşımak;

  • Lazım gələrsə mətbəxdə digər işçini əvəz etmək;

  • Lazımi qədər salatların olmasını təmin etmək;

  • Salatlar üçün alınmış sifarişi vaxtında hazırlanmasına və təhvil verilməsinə cavabdehlik daşımak;

  • Hər salata istifadə olunan ərzaq, meyvə və tərəvəzin miqdarını hesablamaq və bu hesab üzrə ərzaqların istifadəsini təmin etmək və cavabdehlik daşımak;

  • Hər salat üçün “Pasport” hazırlamaq və yazılı formada “Baş Aşpaza” təhvil vermək. Pasporta bu məlumatlar öz əksini tapmalıdır: salatın adı, istifadə olunan inqrediyentlər və miqdarı, hazırlamaq texnologiyası, saxlanılma və paketləşdirmə şərtləri və tələbləri, xarici görünüşü;

  • Salat üçün bütün ərzaq mallarını qəbul etmək və onların testdən keçirdmək. Və əmin olmaq ki, bunlar C`est Bon şirkətinin keyfiyyət üzrə tələblərinə və spesifikasiyasına cavab verir;

  • Hər iki aydan bir salatlar üçün yeni menyunun tərtib etmək və “Baş Aşpaza” təhvil vermək;

  • Yeni salatlar hər iki aydan bir hazırlamaq və satışa buraxmaq;

  • Yeni salatları müştərilər arasında testə buraxmaq və nəticələri qeyd etmək. Əldə olunan nəticə əsasında dəyişiklik və əlavə etmək;

  • Yeni salatlar hazırlayandan sonra bütün işçilərə hazırlanmanı başa salmaq;

  • Mətbəxdə sanitariya və gigiyena şərtlərinə riayət etmək və cavabdehlik daşımak;

  • Mətbəxdə başı, üstü və əllərinin örtülü olmasını;

  • Salatların prezentabel formasında müştərilərə hazırlanmasına və qablaşdırmağa görə cavabdehlik daşımak;

  • İşçilərin hər hansı bir sualı yaranarsa onlara ətraflı cavab vermək;

  • Salatların menyuda olana həcmdə və miqdarda olmasını təmin etmək və cavabdehlik daşımak;

  • Salatların dadlı və təzə olmasını təmin etmək və cavabdehlik daşımak;

  • Qeyd olunan vaxtından artıq qalan salatları tullamaq və satışa buraxılmamasına cavabdehlik daşımak;

  • İşçiləri nahar ilə təmin etmək

  • Salatların hazırlanması üçün lazımı avadanlıq, inventar və digər lazım olan əşyaları identifikasiya etmək və alınması üçün lazımi işçiyə siyahını ötürmək;

  • Bilik və bacarığını daimi artırmaq. Bu sahədə lazım olan resursları və imkanları cəlb etmək;

  • İşçilər üçün treyninqlərdə iştirak etmək;

  • Hər səhər 10 dəqiqəlik iclasda iştirak etmək və günün planını, işdə olan nöqsanları, işlə bağlı yeni məlumatları müzakirə etmək;

  • Mətbəxin işinin prosedurların və qaydalarına hər ay fikir vemək, reviziya etmək və lazım gələrsə dəyişiklər və əlavələr etmək;

  • Fast food sektoruna olan dəyişikləri daimi izləmək və bunun əsasında mətbəxdə və menyuda dəyişiklər etmək;

Fəaliyyətin qiymətləndirmə kriteriyaları:

  • Müştərilərin 90% -i C`est Bon şirkətinin salatlarını yüksək qiymətləndirirlər;

  • Müştərilər salatla bağlı şikayyətləri ayda 2-ki dəfədən artıq deyil;

  • Zəhərlənmə halları 0-a bərabərdir;

  • C`est Bon şirkətinin salatları satışı ayda 15% artır;

  • Hər iki aydan bir yeni salatlar müştərilərə təklif olunur və onlar komerssiya müvəffəqiyyəti tapır;

  • Salatlar vaxtında hazırlanır və çatdırılmaq üçün sifariş bölməsinə örtürülür;

  • Mətbəxdə təmizlik və səliqəlilik daimi mövcuddur;

  • Işçilər arasında mehribançılık və hörmət mövcuddur;

  • Mətbəxdə bütün işlər səmərəli təşkil olunub;

  • Bütün salatlar pasportu mövcüddur;

  • İş vaxtı təyin olunmuş digər kriteriyalar;

Namizəd üçün zəruri keyfiyyətlər:

  • Dad və iy duyğusu yüksək olan;

  • Salatların hazırlanmasında və işin qurulması və aparılmasında yaradıcı yanaşan və düşünən olmalıdır;

  • Mətbəxdə iş qurulması üzrə bacarıq və tərcübə;

  • İşə 100% həsr etmək;

  • Lazım olsa axşam və normadan kənar işləmək;

  • Yaradıcı və riskli fikirlərə üstün verən;

  • Liderlik və tez adaptasiya bacarığı olan;

  • Fast Food (tez yemək) layihəsi və ya şirkətində 1 illik iş təcrübəsi

  • Yenilikçilik, biznes təşəbbüsü bacarığı, enerjililik və problemləri uğurla həll etmək bacarığı

  • Üzərinə məsuliyyət götürmək bacarığı

  • Gərgin anlarda qərar qəbul etmək bacarığı

  • Yüksək məsuliyyətlilik

  • Ünsiyyətcillik və komandada işləmə bacarığı

Məvacib və digər faydalar:

  • İllik məvacib uğurlu namizədin bacarığı əsasında təyin olunacaq. Məvacib hər ayın axırı verilir. İşçinin uğurlu fəaliyyətindən asılı olaraq məvacib ildə iki dəfə artılacaq

  • Iş vaxtından artıq və bayramlar günü (overtime) fəaliyyət vaxtı məvacib 1.5 vurulacaq;

  • Il ərzində 21 gün və rəsmi məzuniyyət;

  • İş yüksək səviyyədə avadanlıqla təchiz olunub

  • Professional inkişaf üçün imkanlar

  • Bütün işçilər biznes və sahə üzrə professional treyninqlər ilə təmin olunurlar

  • Hər ayın axırı müvəfiqiyyətli və professional fəaliyyətə görə Bonuslar (pul mükafatı);

  • Yeni salatlar komerssiya uğuru tapırsa Bonus (pul mükafatı) alır;

  • C`est Bon şirkətində uzun müddətli çalışdığına görə gələcək biznesdə Pay.

Müraciət etmək:

Bütün namizədlər C`est Bon şirkətinə aşağıdaki ünvana 20 avqust 2007, saat 16:00 –dan sonra müraciət etsinlər:

Bakı ş., İstiqlaliyyət küç 43, mən 21 (Skazka şirniyyət evin yanı) yerləşir.

Tel: 492 65 87, 511 82 20 və Mob: 050 450 77 01



Email: cestbonazerbaijan@yahoo.com

Namizədlər özləri haqqında CV-ni cestbonazerbaijan@yahoo.com ünvanına göndərə billərlər.

C`est Bon is fast food company aimed to create handmade natural, fresh and high-quality sandwiches avoiding any chemicals, additives and preservatives.


Yüklə 37,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin