Tapşırıqların verilməsi və qəbulu: Tapşırıqlar vaxtında tələbəyə təqdim olunmalı və nəzərdə tutulmuş müddətdə icra olunaraq, təhvil verilməlidir. Gecikdirilmiş tapşırıq qəbul edilməyəcək.
Təqdimatlar: Mövzu üzrə təqdimatlar, layihələr, hesabatlar və digər tapşırıqlar akademik saat ərzində təqdim olunur.Onların qiymətləndirilməsi də dərs zamanı aparılır.
Tələbənin müstəqil işi üçün tapşırıqlar
Semestr ərzində 2 sərbəst iş tapşırığı verilir, hər tapşırığın yerinə yetirilməsi 5 balla qiymətləndirilir. Sərbəst işin mövzuları - qiymətləndirmə üsulu şifahi sorğu olduqda- əlyazma (referat), təqdimat olduqda isə Power Point təqdimatı formasında təhvil verilməlidir.
Sərbəst iş tələbənin fərdi fikirlərinin nəticəsi olduğundan plagiat yolverilməzdir.
Dostları ilə paylaş: |