Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində
Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL)
MARAĞI İFADƏ EDƏN ƏRİZƏlər üçün DƏVƏT
Ölkə: Azərbaycan
Kredit №: 4210 AZ
Layihənin Adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində Səhiyyə Sektorunda
İslahatlar Layihəsi (SSİL)
Tapşırığın adı: Əhalinin səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin aparılmasına, səhiyyə sahəsində aparılan islahatlara və korrupsiyaya dair mübarizənin fəallaşmasına münasibətini öyrənilməsi məqsədilə Bakı şəhərində əhali arasında sosioloji sorğunun və Fokus Qrupların keçirilməsi üzrə Məsləhətçilik
Tapşırıq üçün əsas № : İctimaiyyətlə əlaqələr kampaniyasının dizayn edilməsi /CS/CQS/1.12
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) icrası üçün Dünya Bankından (DB) maliyyə vəsaiti almışdır və onun müəyyən hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.
Məsləhətçi xidmətlərinə (“Xidmətlər”) aşağıdakılar daxildir:
Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi, eləcədə korrupsiyaya dair mübarizənin fəallaşması əhali arasında bu proseslərə olan münasibəti öyrənmək üçün əsas verir. Səhiyyə Nazirliyinin ictimaiyyətlə və KİV-lə işini daha da effektiv qurmaq məqsədi ilə əhalinin keçirilən islahatlara münasibətini öyrənmək üçün sosioloji sorğunun və Fokus Qrupların keçirilməsinə böyük ehtiyac duyulur. Aparılan araşdırmalar nəticəsində üzə çıxan bütün çatışmazlıqlar və nöqsanlar Səhiyyə Nazirliyinin apardığı informasiya siyasətində və ümumi fəaliyyətində nəzərdə saxlanılacaq.
Tapşırığın yeri: Bakı şəhəri
Tapşırığın müddəti: 1 ay ərzində Bakı şəhərində əhali arasında (1500 respondent) sosioloji sorğunun aparılması, məlumat bazasının tərtib olunması, texniki hesabatın hazırlanması və Fokus Qrupların keçirilməsi
Sosioloji sorğu və Fokus Qrupların keçirilməsinin nəticəsində səhiyyə sahəsində aparılan islahatlardan, səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin aparılmasından və korrupsiyaya dair mübarizənin fəallaşmasından sonra əhalinin səhiyyəyə və həkimlərə olan münasibətinin nə dərəcədə dəyişmə tempinin öyrənilməsi nəzərdə tutulur.
Səhiyyə Sektorunda İslahatlar Layihəsi hazırda, bu müsabiqədə iştirak etmək münasib ölkəni təmsil edən məsləhətçi şirkətləri (“Məsləhətçiləri”) qeyd olunmuş Xidmətlərin təmin edilməsində maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan Məsləhətçilər Xidmətlərin icrası üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı təqdim etməlidirlər. İlkin seçimdən keçmək üçün meyarlar aşağıdakılardır:
Məsləhətçi şirkət:
-
Sosial sorğuların keçirilməsində 5 ildən az olmayaraq ümumi iş təcrübəsi;
-
Səhiyyə sahəsi ilə əlaqədar sorğuların keçirilməsində iş təcrübəsi;
-
Ən azı 3 (üç) ədəd sorğunun müvəffəqiyyətlə həyata keçirildiyini təsdiq edən sənədlərin təqdimatı.
Əsas işçi heyəti:
-
Sosial sorğuların keçirilməsində ən azı 3 il iş təcrübəsi;
-
Məlumat bazasının yığılması, indikatorlar və təhlil sahəsində yüksək səviyyəli təcrübə;
-
Statistik məlumat bazası ilə iş sahəsində yüksək bilik və bacarıq;
-
Azərbaycanın mövcud səhiyyə sistemi haqqında məlumatlılıq;
-
Azərbaycan dilində yüksək səviyyəli şifahi və yazılı kommunikasiya bacarıqları.
Maraqlı olan Məsləhətçilərin diqqəti Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi (cari nəşr) (“Məsləhətçi üçün Təlimat”) sənədinin 1.9 bəndinə cəlb edilir, hansı ki Dünya Bankının maraqların toqquşmasına dair siyasətini təsvir edir.
Öz keyfiyyət və bacarıqlarını artırmaq üçün Məsləhətçilər başqa firmalar ilə birgə müəssisə kimi çıxış edə və ya subpodrat formasında məsləhətçilik xidmətlərini təklif edə bilər.
Məsləhətçinin seçimi, Məsləhətçi üçün Təlimdə göstərilmiş “Məsləhətçilərin Ixtisaslarına görə Seçilməsi” üsuluna əsasən həyata keçiriləcək.
Əlavə məlumat aşağıdakı ünvanda iş saatları ərzində, saat 10:00-dan 17:00-dək, əldə edilə bilər.
Marağı İfadə edən Ərizələr 2011-ci il, 14 dekabr tarixinədək aşağıdakı ünvana (şəxsən və ya poçt, və ya faks, və ya elektron poçt vasitəsilə) çatdırılmalıdır.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində
Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu
Kamran Rzayev, Direktor Əvəzi
H.Zərdabi küç. 96, 6-cı mərtəbə, Bakı, AZ1122, Azərbaycan
Tel: +99412-431-1968; Faks: +99412-431-1937
Elektron poçt ünvanı: office@hsrp.az
Dostları ilə paylaş: |