211) Antirabik vaksin yeritdikdə hansı reaksiya yarana bilməz ?
A) Vaksinyeridilən yerdə hiperemiya
B) Vaksinin yerində ağrılı infiltrat
C) Baş ağrısı, baş gicəllənmə
D) Yüngül formalı hidrofobiya
E) Regional limfadenit
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 268
212) Dabaq xəstəliyində infeksiya mənbəyi aşağıdakılardan hansı sayılır?
A) Gəmiricilər
B) Xəstə heyvanlar
C) Balıqlar
D) Xəstə insanlar
E) Quşlar
Ədəbiyyat: В.И.Покровский, С.Г.Пак, Н.И.Брико, Б.К.Данилкин. Инфекционные болезни и эпидемиология. 2000, səh 351
213) Göbələklərin (mikrosporiya,trixofitiya) törətdiyi xəstəliklərin yoluxma yolları hansıdır?
A) Aerogen
B) Fekal - oral
C) Təmasla
D) Ana bətnində
E) Transmissiv
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 374
Dostları ilə paylaş: |