234) İ İ V infeksiyasında inkubasiya dövrü nə qədərdir ?
A) Bir neçə saatdan 2 - 3 günə
B) 120 gün
C) 14 gün
D) Bir neçə aydan 10 ilə qədər
E) 5 gün
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 226
235) İ İ V infeksiyasına hansı yolla yoluxmaq olmaz ?
A) Qan soran həşəratların dişləməsi zamanı
B) Stomatoloji prosedur zamanı
C) Cinsi yolla
D) Üzv və toxumaların köçürülməsi zamanı
E) Qan köçürmə zamanı
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
236) İ İ V infeksiyası ilə yoluxma nə vaxt baş verir ?
A) Yoluxmuş anadan dölə, süd vermə zamanı
B) Hovusda çimən zaman
C) Xəstə ilə əllə görüşdükdə
D) Xəstənin qab – qacağından,darağından istifadə etdikdə
E) Ağcaqanad dişlədikdə
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 224
237) Vəbaya görə əlverişsiz ölkədən gələn turist hal - hazırda sağlamdır. Ona qarşı hansı tədbir aparılmalıdır?
A) 5 günə boksda hospitallaşdırılır
B) Bakerioloji müayinə edilir
C) Əks epidemik tədbirlər aparılır
D) Əksepidemik tədbirlər aparılmır
E) Yaşayış yerində 5 gün müddətinə nəzarətdə saxlanılır
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 187
238) 4 aylıq uşaq doğum evində vərəm əleyhinə vaksin almayıb. Bu vəziyyətdə ona qarşı hansı tədbir aparılır?
A) Dərhal peyvənd etmək lazımdır
B) Vərəm əleyhinə peyvəndi AGDT və poliomielit vaksinasiyasından sonra aparmaq lazımdır
C) 7 yaşından sonra qədər petvənd etmək lazımdır
D) Mantu sınağı mənfi olduqda kliniki müayinədən sonra peyvənd aparmaq lazımdır
E) Kliniki müayinədən sonra peyvənd etmək lazımdır
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”, Modul 1. İdarəolunan xəstəlliklər. 2007, səh 12
Dostları ilə paylaş: |