Sanitar feldşer 1 Hansı profilaktik tədbirlər epidemik prosesin ikinci zəncirinə qarşı yönəldilir?


) Hansı infeksion xəstəlik vertikal yolla yayılmır?



Yüklə 259,59 Kb.
səhifə69/289
tarix01.01.2022
ölçüsü259,59 Kb.
#105940
1   ...   65   66   67   68   69   70   71   72   ...   289
243) Hansı infeksion xəstəlik vertikal yolla yayılmır?
A) İ İ V infeksiyası

B) B viruslu hepatiti

C) Toksoplazmoz

D) Dizenteriya

E) Məxmərək
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 173

244) Vertikal yoluxma mexanizmi ilə törədicinin yayılması necə baş verir?
A) Anadan dölə

B) Məişət tozları vasitəsilə

C) Yoluxmuş tərəvəzdən

D) Yoluxmuş sudan

E) Yoluxmuş torpaqdan
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 38

245) Hansı xəstəlik sapronoz infeksiyalara aiddir?
A) Legionelyoz

B) Eşerixoz

C) A viruslu hepatit

D) Enterobioz

E) Difteriya
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 36

246) Xəstə insan infeksion xəstəliyin hansı dövrlərində ətraf mühit üçün təhlükəli deyil?
A) Xəstəliyin kəskin dövründə

B) İnkubasiya dövrünün son günündə

C) Klinik əlamətlərin ilk meydana çıxdığı dövrdə

D) Qızdırma dövründə

E) Bütün inkubasiya dövrü ərzində
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 33

247) Salmonelyozun yayılma yolları və amillərinin zərərsizləşdirilməsi üzrə kompleks tədbirlərə nə aid deyil?
A) Xəstəxanadaxili salmonelyozun xəbərdarlığı üçün stasionarlarda sanitar – gigiyenik qaydaların və əksepidemik rejimin gözlənməsi

B) Qida məhsullarının hazırlanması, saxlanması və istifadəsi üzərində sanitar-baytar nəzarəti

C) Əhalinin immunoprofilaktikası

D) Heyvanların saxlanması və kəsilməsi üzərində –sanitar- baytar nəzarəti

E) Anbarlarda dezinfeksiya işləri
Ədəbiyyat: Л.П.Зуева, Р.Х.Яфаев. Эпидемиология. 2006, səh 471

248) İ İ V infeksiyasının simptomsuz forması ilə yoluxmuş uşağa hansı vaksini yeritmək olmaz?
A) Parotit vaksini

B) ADT vaksini

C) AGDT vaksini

D) Vərəm əleyhinə vaksini

E) Qızılca vaksini
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma”. Modul 2. Vaksinlər, səh 22


Yüklə 259,59 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin