Sankt-Peterburq
1- ci Gün
Biz öz yolumuzu “Qostinıy dvor” (Qonaq həyəti) metro stansiyasından başlayırıq. Stansiyanın adı təsadüfi deyil – onun yerüstü giriş binası bu şəhərin qədim mağazası olan Qostinıy dvorun birinci mərtəbəsində yerləşir.
1758-ci ildə Sankt-Peterburqda "ober - memar Rastrellinin planı ilə daşdan Qostinıy dvorun tikilişi haqqında" fərman verilir. 1785 – ci ildə Qostinıy dvor tam nəhayət memar J. B. Vallen - Delamotun layihəsi ilə yenidən tikilmişdir.
Metropolitenin yerüstü binasından çıxaraq, biz şəhərin baş küçəsinə - Nevski Prospectə çıxırıq, hansı ki, Admiralteystvadan - Aleksandr Nevski Manastırına kimi 4,5 km məsafəyə uzanır. Nevski Prospektə 240 binaların fasadları çıxır. Onların arasında saraylar, məbədlər və teatrlar.
Hərəkət zamanı, sol tərəfdə çoxsütunlu yarımdairəvi formalı bir binaya Kazan Kilsəsinə (memar A. N. Voronixin) baxın. Bu, şəhərin Kafedral kilsəsidir. Bu Kilsədə, İsa Peyğəmbərin Kazanlı Anası Məryəmin unikal olan qədim ikonası yerləşir. Napoleon ilə müharibədən əvvəl tikilmiş Kilsə, o hadisənin bir növ xatirəsi kimi qaldu. Kilsənin içərisində böyük sərkərdə Mixail İllarianoviç Kutuzov dəfn olunub, eləcə də bayraqlar, ştandartlar və zəbt olunmuş şəhərlərin açarları saxlanılır .
1837-ci ildə, Napoleon üzərində qələbənin 25-ci ildönümünə Kilsənin qarşısında feldmarşal M. İ. Kutuzova və M. B. Barklay de Tolliyə abidə ucaldılmışdır.
Kazan Kilsəsini ziyarətdən sonra biz yenidən Nevski Prospektinə çıxırıq. Solda, küncdəki bina XX əsrin əvvəlində modern dəbində Zinger şirkəti üçün tikilmişdir. Bu bina, Peterburqda metal çərçivə iə tikilmiş ilk bina idi. İndi burada Peterburqun ən böyük kitab mağazası olan kitab Evi yerləşir.
Biz Qriboyedov Kanalını keçirik və İnjenerni küçəsi ilə İncəsənət Meydanına tərəf hərəkət edirik. Bizim önümüzə meydanın ansamblı açılır. O bina Mixaylovski sarayı, Mixaylovski Teatrı, Musiqili Komediya Teatrı Evi, Rus Etnoqrafiya Muzeyi və D.D. Şostakoviç adına Filarmoniyanın Böyük Zalından ibarətdir. Binanın ansamblı XIX əsrin birinci yarısında məşhur memar Carlo Rossinin layihəsi üzrə yaradılmışdir. 1957-ci ildə meydanın parkında heykəltəraş M. Anikuşin və memar V. A. Petrovun zəhməti ilə A. S. Puşkinə abidə ucaldılmışdır.
Dövlət Rus Muzeyi - əsil milli incəsənət xəzinəsidir. Nəqqaşlıq, qrafika, heykəltəraşlıq, geniş qravyura kolleksiyası, şəkillər, tətbiqi və xalq incsənəti əşyaları - bütün bunlar muzeyin zallarında sərgilənir.
Rus muzeyini ziyarət edib, biz İtalyanski küçəsi ilə geriyyə Qriboyedov Kanalının sahilinə qayıdırıq. Qarşımızda bütün gözəllikdə Məsihin Dirilmə Məbədi durur. Məbəd 1883 -1907 illərdə A.A. Parlandın və I. V. Malışevin layihəsi ilə inşa edilib . O, 1 Mart 1881 –ci ildə Rusiya imperatoru, Xilaskar Çar - II Aleksandrın atılmış bomba partlayışından həlak olduğu yerdə ucaldılmışdır.
Məbədi ziyarət etdikdən sonra, biz Konyuşennı meydanına gəldik. 1720 - 1723 -ci illərdə Moika çayının sahilində Konyuşennı dvor inşa edilib. Konyuşennı meydanın mərkəzi hissəsini Spas Nerukotvornı təsvir Kilsəsi (Konyuşennı) təşkil edir. Bu Kilsədə A.S. Puşkinin cənazəsinə dua oxunmuşdur.
Biz sahil boyunca hərəkət edirik və bizə sol tərəfdə Sankt-Peterburq Dövlət Kapellasının möhtəşəm bir binası görünür. Kapella - Rusiyanın ən köhnə peşə təşkilatıdır, formalaşması və inkişafı bütün rus musiqi mədəniyyətinin taleyi ilə sıx bağlıdır.
Bizdən sağ tərəfdə Pevçeski körpü uzanır. Buradan Aleksandrovski Sütununa gözəl mənzərə açılır. Bu abidə 1812 – ci il Vətən müharibəsində Rusiyanın qələbəsi şərəfinə ucaldılmışdır. O mələyin ilanı oxla vurması heykəli ilə taclaşdırılır. Sütunun hündürlüyü 47.5 metr, çəkisi 600 tondur. O dəqiq hesablamalar sayəsində və öz ağırlığı altında durur.
Saray meydanının ansamblından zövq alaraq, biz şəhərin ən əsas diqqətəlayiq yeri olan – Dövlət Ermitajına gedirik.
Ermitajın əsası qoyulma tarixi 1764 – ci il hesab edilir, hansı ki İmpertriçə İİ Ekaterina xarici rəssamların böyük bir kolleksiyasını almışdır. O, kiçik bir muzey yaratdı , harada ki təkbaşına saatlarla vaxtını keçirirməyi sevirdi və bu muzeyi Ermitaj adlandırıb. (fr. dilində ermitage - tənhalıq yeri, zahid daxması). İndi o, şəhərin ən ziyarət edilən muzeyidir: hər il 2 milyondan artıq ziyarətçi Ermitajın görkəmli kolleksiyaları ilə tanış olur.
Dövlət Ermitajı kompleksi bu gün beş korpusdan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Ermitaj Teatrı və Yeni Ermitaj. Onların zallarında muzey ekspozisiyaları yerləşirlər - eksponatların ümumi sayı üç milyondan artıqdır.
Ermitaja ziyarətdən sonra, biz Saray sahili ilə hərəkət edirik. Biz mərmər pilyastrlar ilə bəzənilmiş binanın yanından keçirik. Bu Mərmər sarayıdır. Bu saray II Ekaterinanın sevimlisi (favoriti) qraf Qriqori Orlov üçün tikilmişdir. Bu sarayin fasadları və daxili interyerlərinin bəzədilməsi üçün 32 növ mərmərdən istifadə olunmuşdur.
Saray sahili ilə hərəkəti davam edərək biz görürük ki, sağ tərəfdə Rus sərkərdəsi A. V. Suvorovun abidəsi yüksəlir. O, 5 May 1801- ci ildə, Suvorovun ölümünün 1 – ci ildönümü münasibəti ilə Marsovo (poledə) sahəsində təntənəli surətdə açılmışdır. Generalissimus Mars müharibəsinin qədim Roma tanrısı şəklində təqdim olunmuşdur.
Saray sahili öz başlanğıcını Yay bağından götürür. Sahil tərəfdən bağ şəbəkəli qəfəs ilə bəzədilmişdir. (Memarlar Y. M. Felten və P. E. Yeqorov) onun haqqında şairə Anna Axmatova yazmışdı:
"Mən qızıl güllərə, o yeganə bağa istərəm,
Hahsı ki, dünyada ən yaxşı çəpərdən ... "
Yay bağı – bağ- park ansamblıdır, hansı ki, 1704 - cü ildə I Pyotrun əmri ilə memarlar I. Matveevin və M. Zemtsovun, eyni zamanda bağbanlar Y. Roozen və İ. Surmin tərəfindən yaranmışdır.
Bütün bağı keçərək, biz Moykanın Sahilinə çıxırıq. Bizim qarşımızda əzəmətlə Mixaylov Qalası yüksəlir. O, 1801- ci ildə Rusiya imperatoru I Pavel üçün, onun anadan olduğu köhnə taxta sarayın yerində inşa edilmişdir. Mixaylov qalası gözətçilərlə qorunulan, qaldırma körpülü xəndəklərlə əhatə olunmuşdu. O, burada 11 Mart 1801-ci ildə qalaya köçəndən 40 gün sonra öz yataq otağında vəhşicəsinə öldürülmüşdü. Sonradan qala mühəndis (injenerni) kollecinə verilib və sonradan onu injenerni kimi adlandırdılar.
Sankt - Peterburqla birinci tanış gününü çaylar və kanallar boyunca gəzməklə başa vurmağı təklif edirik. Siz bu unudulmaz səfərə yola düşmək üçün, şəhərin çoxlu çay gəmiləri dayanacaqlarından istifadə edə bilərsiniz. Ən yaxın gəmi dayanacağı Aniçkov Körpüsünün qarşısında, Fontanka çayının sahili, ev 23-də yerləşir, hansı ki, heykəltəraş K. Klodtun at heykəlləri ilə məşhurdur. Atı cilovlamağın dörd mərhələsini təsvir edən heykəllər 19-cu əsrin ortalarında qoyulmuşdur.
Dostları ilə paylaş: |