Sankt –Petersburq 3 gün ərzində


Sankt-Peterburq 2 - ci Gün



Yüklə 130 Kb.
səhifə3/7
tarix10.01.2022
ölçüsü130 Kb.
#106165
1   2   3   4   5   6   7
Sankt-Peterburq
2 - ci Gün

Biz Sankt-Peterburqda yeni günümüzü "Qorkovskaya" metro stansiyasından başlayırıq. 5000 nəfər yerləşdirməyə malik olan, Avropada ən böyük Sabornı məscidi, yolun qarşı tərəfində yerləşir. Məscidin binası 11 il ərzində (1909 - 1920) – ci illərdə memar N. V. Vasilyevin layihəsi və mühəndis S. S. Kriçinskinin və memar A. I.fon Qoqenin iştirakı ilə inşa edilmişdir.

Məscidin yanında, Kuybışev küçəsi ilə Kronverkski prospektinin kəsişməsində gözəl bina yerləşir. Bu böyük balerina Matilda Kşesinskinin villasıdır. O 1904 – 1906 - cı illərdə inşa edilmiş bu bina öz gözəlliyi ilə cəlb edir. Bu gün bu villanın binasında Rusiya Siyasi Tarix Muzeyi yerləşir.

Şəhərin ən qədim meydanı olan və Sankt-Peterburqun ilk inzibati mərkəzi olan – Troitski meydanını keçirik. Bu meydan bir zamanlar Sankt-Peterburqun mərkəzi idi. O meydanda, Qostinıy dvor (qonaq evi), gömrük, bazar, restoran, nəşriyyat, Senat, Sinod və mərkəzi hökumət idarələri yerləşirdi. Lakin, 1730-cu illərdə bu mərkəz statusunu itirdi.


Biz Petrovski sahilinə enirik, hansında ki, Sankt-Peterburqun qədim binası olan İ Pyotrun kiçik Evi yerləşir. Bu şəhərin ilk ağac binası 1703 - 1708 – ci illərdə İ Pyotrun müvəqqəti yaşadığı evdir. Kiçik ev 1703 – cü ildə Mayın 24-dən 26 –na kimi cəmi üç günə inşa edilib. 1930-cu ildə bu də muzey açılmışdır. Burada siz I Pyotrun artefaktları və məişət əşyaları ilə tanış ola bilərsiniz

Kiçik Evi ziyarət etdikdən sonra, biz Petrovski sahili ilə məşhur "Aurora" kreyserinə tərəf hərəkət davam edirik. Kreyserin tikintisi 1897-ci ilin May ayında başlanmış və 1900 -ci ilin May ayında suya buraxılmışdır. Creyser Tusima döyüşündə iştirak etmiş, və 1917-ci ildə Qış sarayına hücum siqnalı üçün yaylım atəşi məhz ondan açılmışdır.
Ağ sütunlu mavi bina – Naximovski dənizçilik məktəbidir. O, 1909 - 1910 -ci illərdə inşa edilib. Məktəb görkəmli vətən flotçusu, 1853- 1856 – illərdə Krım müharibəsinin qəhrəmanı Admiral Pavel Stepanoviç Naximovun şərəfinə adlandırılmışdır.

"Avrora" kreyserinə baxandan sonra biz Petrovski sahilinə dönürük. Bizim diqqətimizi daşdan düzəldilmiş qəribə canlılar cəlb edir. "Şir - qurbağalar" hündürlüyü 4,5 metr, hər birinin çəkisi 2400 kq olan Mançjur qranitinin böyük parçasından hazırlanmışdır.


Sahil boyunca marşrutumuzu davam edərək, biz Sankt-Peterburqun unikal tarixi - memarlıq abidəsinə - Petro pavlovski qalasına doğru egedirik.
Qala 1703-cü ildə Şimal müharibəsi zamanı kiçik bir Dovşan adasında təsis edilmişdir. Qalanın uzunsov, kurtinalarla birləşdirilmiş, 2 bürcdən, kronverkdən və 6 künclü istehkamlardan ibarət forması var. İstehkamların tikintisinə tək İ Pyotr deyil, eyni zamanda onun ən yaxın adamları da başçılıq edirdi.
Qalanın içində olarkən, onun layihələri ilə, o cümlədən Petro-Pavlovski kilsəsi daxil olmaqla, bir çox binalar tikmiş, memar D. Trezininin dahiliyinə heyran qalarsan.

Petro-Pavlovski kilsəsi şəhərin tarixi hissəsinin memarlıq əsasını təşkil edir. Kilsənin zəng hissəsi Sankt-Peterburqun simvolu sayılan uçan mələk zərli mil ilə taclanmışdır.




Yüklə 130 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin