Sankt –Petersburq 3 gün ərzində


Rusiya imperatorları Kilsənin



Yüklə 130 Kb.
səhifə4/7
tarix10.01.2022
ölçüsü130 Kb.
#106165
1   2   3   4   5   6   7
Rusiya imperatorları Kilsənin daxilində dəfn edilmişdirlər.
Kilsənin yanında böyük knyazlıq türbəsi yerləşir. Uzun müddət qala dövlət cinayətkarları və inqilabçılar üçün siyasi həbsxana idi. 1924 - cü ildən qala muzeyə çevrildi. Binaların çoxunda və obyektlərdə sərgilər və ekspozisiyalar yerləşirlər.

Petro Pavlovski qalası ilə tanışlıqdan sonra, siz istirahət edə bilərsiniz və onun ərazisində olan restoranların birində qəlyanaltı edə bilərsiniz. Dovşan adasını tərk edərkən, biz Kronverkski sahili boyunca Birja körpüsünə doğru və Vasilyev adasına tərəf hərəkət edirik ki, Vasilyev adasının oxları ansamblını və məşhur Kunstkameranı görə bilək.

Vasilyev adası I Pyotrun vaxtlarında tikilməyə və formalaşmağa başladı. O, şəhəri mədəni və işgüzar mərkəzi etmək qərarına gəlib. Bu məqsədlər üçün D. Trezini 1719 - 1721 - ci illərdə dövlət müəssisələrinin - On iki Kollegiyaların binasını, Birjanı, Qostinıy dvoru və Kilsənin tikintisi üçün layihə hazırladı.

Memar Toma de Tomonun layihəsi ilə yeni Birjanın binası inşa edilmişdir. O, yüksək klassisizm üsulunda tikilmişdir və qədim məbədə oxşayır. Binanın qarşısında, memar ətəyində alleqorik xadimləri ilə Volqa, Dnepr, Neva və Volxov kimi böyük rus çaylarını təcəssüm edən iki Rostral sütun quraşdırıb. Ansamblı indi Zooloji Muzeyi və Torpaqşünaslıq Muzeyi yerləşən cənubi və şimali anbarların binaları Birjadan ayrılan qanadları ilə tamamlayır.

Bizim sağ əlimiz tərəfdə, Neva çayının sahilində Sankt-Peterburqun tarixi mərkəzində XVIII əsrin əvvəllərində tikilmiş Kunstkamera yerləşmişdir. Muzey, təbiətdə yaranmış və insanın əli ilə toplanmış nadir əşyaların tədqiqatı və kolleksiyalanması məqsədi ilə I Pyotrun fərmanı ilə təsis edilib. Birinci dəfə 1714-cü ildə onun qapılarını ziyarətçilər üçün açıldı. Hal - hazırda, Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin (Kunstkameranın) kolleksiyası bir milyondan çox eksponatlardan ibarətdir.

Çayın digər sahilində, Nevanın sol sahilində ilk binanın - Admiralteystvanın mili yüksəyə qalxır. Əvvəlcədən, o I Pyotr tərəfindən tərsanə kimi nəzərdə tutulmuşdur. Admiralteystva Baltik Donanmasının gəmilərinin tikintisi üçün lazım idi. Bu Admiralteystvanın milinin üstündəki gəmi Sankt-Peterburq şəhərinin simvollarından biridir.


Biz öz marşrutumuzu Universitet sahili ilə Blaqoveşenski körpüsünə tərəf davam edirik. Bizdən sağ tərəfdə qranit postamentin üstündə M. V. Lomonosovun abidəsi qoyulmuşdur. Abidə ənənəvi klassik stildə yerinə yetirilmişdir. Abidənin sağ tərəfində On iki Kollegiyanın binası, hal – hazırda Sankt-Peterburq Dövlət Universiteti yerləşir.


On iki Kollegiyanın binasının tikilişi 1722-ci ildə, İmperator I Pyotrun əmri ilə Vasilyev adasında inzibati kvartal yaratmaq planının bir hissəsi kimi başladı. Zənn edildiyi kimi, burada Senatın, Sinodun və 10 Kollegiyaların binaları yerləşməli idi. Tikinti D. Trezininin, Şvertfegerin və M. Zemtsovun nəzarəti altında aprılırdı.

Sonra biz D. Trezini meydanına tərəf hərəkət edirik və bizim diqqətimizi qum rəngli ayrı duran bina - Sankt-Peterburqun birinci qubernatoru A. D. Menşikovun sarayı cəlb edir. O, pyotr Barokkosunun parlaq bir nümunəsini təqdim edir.

Universiteti sahilndə daha bir təhsil müəssisəsi yerləşir – Bu öz tarixini İmperator İncəsənət Akademiyasından aparan, Rusiya ən qədim və ən böyük incəsənət təhsil müəssisəsi olan – I. E. Repin adına Sankt - Peterburq Dövlət Rəsm, Heykəltəraşlıq və Bədii Akademiyasıdır.

Bədii Akademiyaının qarşısındakı gəmi dayanacağını Sfinkslərı qoruyurlar - Qədim heykəltəraşlarının yaratdığı heykəlləri, 1832-ci ildə Misirdən Sankt-Peterburqa gətirilib. Sfinkslər Universitet sahilində öz yerlərini1834-cü ildə tutdular. Universitet sahilindəki sfinkslər Sankt-Peterburqun qeyri-rəsmi rəmzlərindən biridir.

Biz Blaqoveşensk körpüsünə dönürük və onu keçib yenidən Neva çayının sol sahilinə düşürük. Blaqoveşensk körpüsü - Neva çayından keçən ilk daimi körpüdür. O, Vasilyevski və Admiralteyski adalarını birləşdirdi.
Körpüdən keçib, biz sola dönürük və Anqliyski sahili boyunca hərəkət edirik. Bizim qarşımızda Senat meydanının ansamblı açılır, burada Senat və Sinod binaların kompleksi - Sankt-Peterburqun arxitektur abidələri yerləşir. Əvvəlcədən onlar memar Carlo Rossi tərəfindən Rusiya imperiyasının iki dövlət orqanları: Senat və Müqəddəs Dövlətidarəedici Sinod üçün inşa edilmişdir.

2008-ci ilin May ayından binanın bir qanadında Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin əsas bölmələri yerləşdirilib. 2008-ci ilin May ayından binanın digər qanadında B. N. Yeltsin adına Prezident Kitabxanası yerləşir.

Senat Meydanının mərkəzində şəhərin qurucusu I Pyotrun abidəsi qoyulmuşdur (heykəltəraş E. M. Falkone). Bu abidə XVIII əsrin Avropa incəsənətinin ən yüksək nailiyyətlərindən biridir. Abidənin ideya məzmunu və duruş şəklili öz parlaq əksini Aleksandr Puşkinin şeirində tapmışdır. Heykəlin adı – “Tunc atlı” məşhur şairin “Peterburq povesti" sayəsində kök salmışdır.

Tunc atlınin arxasında öz əzəməti ilə diqqəti cəlb edən İsaakiy kilsəsinin möhtəşəm günbəzi görünür. Onu görmək üçün biz Alexandrovski bağından keçəcəyik.

Kilsənin qızıl günbəzi praktiki olaraq, şəhərin demək olar ki, hər tərəfindən görünür, belə ki Sankt-Peterburqda Pyotr və Pavel kilsəsindən sonra hündürlükdə ikinci tarixi binasıdır. Kilsənin adı Müqəddəs İssaki Dalmatskinin adından irəli gəlir, hansının ki, xatirə günü pravoslav təqviminə görə, I Pyotr anadan olduğu gündür.
Binanın hündürlüyü – 101,5 metrdir. Kilsə boz rəngli təbii mərmərlə üzləşdirilib, bayraqlar qırmızı qranitli monolit sütunlarla bəzədilmişdir. Hündürlüyü 17 metr və çəkisi 114 ton olan 48 sütunların quraşdırılması mühəndislik incəsənətinin ən böyük nəailiyyəti idi. Kilsənin 400-ə yaxın heykəl kompozisiyalarını İncil motivləri bəzəyir. 1858-ci ildə kilsə təqdis olundu və paytaxtın baş kilsəsi oldu. Hal - hazırda, kilsə muzey statusuna malikdir, lakin ən mühüm pravoslav bayramı günlərində ibadət keçirilir.

Kilsə eyni adlı meydanda yerləşir. Meydanın mərkəzində 1856 - 1859 -ci illərdə inşa quraşdırılmış I Nicholayın abidəsi yerləşir. Abidənin layihəsinin müəllifi O. Monferrandır, yaradılmışdır atçılıq heykəltəraşlıq\ğı K. Klodta məxsusdur. Postament alleqorik Hikmət, Güc, Inam və Ədliyyə qadın fiquraları ilə bəzədilmişdir, hansılarda ki, I Nikolayın arvadının və qızlarının üz xüsusiyyətlərini görmək olar. Postamentdə olan kabartmalar I Nikolayın çarlığı dövründə ən mühüm hadisələri təmsil edir.

Heykəlin arxasında Mariinski sarayı yerləşir. Bu 1838 - 1844 –cü illərdə I Nikolayın qızı Mariya üçün memar A. I. Ştakenşneyder inşa edib. 1907- ci ildə L.N. Benua Dövlət Şurası üçün yığıncaqlar Zalı tikib. Sarayın yuxarısında qəhrəman şəhər Leninqradın layiq olduğu mükafat və medallarla asılıb. İndi binada Sankt-Peterburqun Qanunvericilik Məclisi yerləşir.

Siz çətin ekskursiya günündən sonra, İsaakiy meydanın yaxınlığında yerləşən restoranda nahar edə bilərsiniz, və ya Nevski Prospektə qədər gəzərək, asudə nahar üçün iki nəfərlik rahat yer seçə bilərsiniz.




Yüklə 130 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin