Sankt –Petersburq 3 gün ərzində



Yüklə 130 Kb.
səhifə7/7
tarix10.01.2022
ölçüsü130 Kb.
#106165
1   2   3   4   5   6   7
Aşağı park da öz əzəməti, muzeyləri və fəvvarələri ilə valeh edir.

"... Fəvvarələr sakit şıppıldayır,

Soyuq yuxu ilə bağ yuxlayır...."

F. İ. Tyutçev

Əsas 112 hektardan böyük olan Aşağı parkın görüntüləri fotoşəkillərdə və Peterqofun şəkilləri olan kart-postallarda daha çox rastlanır. Aşağı parkın əsas iftixarı Peterqofa dünya şöhrəti gətirən onun fəvvarələridir. İlk fəvvarələri 1721-ci ildə I Pyotrun və əyanlarının hüzurunda işə saldılar. Peterqofda cəmisi 150 fəvvarə4 kaskad var. Böyük kaskad -bu I Pyotr tərəfindən planlanmış əzəmətli kompleksdir.1735-ci ildə burada "Samson" fəvvarəsi, sonradan isə -böyük K.Rastrellinin yaratdığı heykəltəraşlıq qrupu meydana çıxdı.

Böyük kaskadın altında məşhur Yuxarı və Aşağı kahalar yerləşmişdir. Kahalar fəvvarə kompleksinin mərkəzi sayılır. Onlar 1720-ci ildə I Pyotrun planı ilə tiklmişdir. Mərmər və zərli heykəltəraşlıqla bəzədilmiş kahaların tağları heyran edir. Aşağı kahada keçmişin fəvvarə işləri ustaları haqqında hekayə edən ekspozisiya ilə tanış olmaq olar.

Aşağı parkda- 8 saray və pavilyonlar var. Ən məşhurları - I Pyotrun çox sevdiyi, Peterqofun ilk binası olan "Monplezir" sarayı "Ermitaj" pavliyonu, "İmperator yaxtası" , "Hamam korpusu" və "Marli" sarayı.

Əgər siz Çarski selonu seçmişsinizsə, O zaman ora "Moskovski" metro stansiyasından 342, 545 nömrəli marşurut taksiləri ilə ("Dövlət muzeyi-Çarskoye selo" qoruğu dayanacağı) və "Kupçino" metro stansiyasından (avtobus nömrə 186) gedə bilərsiniz.

Çarski selonun ən əsas görməli yerlərindən biri-bu Yekatrina sarayıdır. Burada imperatritsa Yelizaveta Petrovna və II Yekatrina dövrlərindən ən yaxşılar toplanıb, rəsm və heykəltəraş kolleksiyaları təqdim olunmuşdur.Sarayda-yenidən bərpa olunmuş kəhraba otağı, öz gözəlliyi ilə bənzərsiz və qiymətlidir. Romanovlar sülaləsi haqqında hekayə edən ekspozisiya xüsusilə maraqlıdır.

Yekatrina sarayı ilə qonşuluqda Aleksandrovski litseyi yerləşir. Bu dvoryan uşaqlar üçün 1811-ci ildə İmperator I Aleksandr tərəfindən əsası qoyulmuş imtiyazlı təhsil müəssisəsidir. Orada 1811-ci ildən 1817-ci illərdək A.S. Puşkin təlim və təhsil almışdır.



"O günlər sirli vadilərdə,

Yazda, Qu quşunun çığırışında,

Sakilikdə parlayan yaxın sularda,

Mənə ilham peyda oldu.

A.S. Puşkin.

Burada şairin gəncliyindən, onun poyeziya yaradıcılığından və Rusiyanın XIX əsr, XX əsrin əvvəllərində bu öndə gedən təhsil müəssisəsində hekayə edən ekspozisiyalar təqdim olunmuşdur. Muzey birinci buraxılış litseyçilərin yaşayıb-oxuduqları şəraiti, hansı ki, onlar ən parlaq sayılan və sonradan "Puşkin" buraxılışı adlandırılmış şəraiti yenidən canlandırır. Litsey-muzeyin açılışı 1974-cü ildə Puşkində oldu.

Çarski seloya yaxında yerləşən Pavlovsk-Sankt Peterburqun şəhər kənarları həmayılında daha bir incidir. Pavlovsk sarayı və parkı XVIII əsrin sonu XIX əsrin əvvəllərində saray-park ansanblının tərkibidir. Pavlovsk sarayının əsası 1782-ci ildə qoyulmuşdur.10 il ərzində Pavlovsk ansanblının yaradıması üzərində məşhur memar Ç. Kameron çalışmışdır.Onun ideyaları təkcə sarayın deyil, həmçinin parklı malikanə kompozisiyası və planlaşdırılmasının, körpülərin, xiyabanların və bağ-park tikintilərinin əsasını təşkil etdi. Saray İmperator I Pavelin və onun ailəsinin yay iqamətgahı kimi istifadə olunurdu. Pavlov sarayının daxili quruluşu rus memarlığının ən yüksək nailiyyətlərindəndir.

Pavlov parkı 600 hektarlıq ərazisi ilə Avropada ən böyük mənzərəli park hesab olunur. Bu XVIII əsrin sonları XIX əsrin əvvəllərində bağ-park incəsənətinin öndə gələn əsəridir.

Parkda təbiət landştaftının və memarlıq sənətinin gözəl ahəngi, insan dünyası və əhatə edən təbiətin tam harmoniyası müşahidə edilir.

"Mənə görünür Pavlovsk zirvələri,

Yumru çəmənlik, hərəkətsiz su,

Çox yorğun və çox kölgəli

Axı heç vaxt unutmaq olmaz onu"

A. A. Axmatova



Bizim Sankt Peterburqla və onun şəhər kənarları ilə tanışlığımız sona çatdı. Sankt Peterburqda olduğunuz müddətdə siz məşhur muzeyləri, sarayları, məbədləri və parkları ziyarət etmək sizə nəsib oldu. Biz çalışdıq ki, sizin hər gününüz Neva üzərindəki Şəhərdə dolu və unudulmaz olsun!

Ümid edirik ki, siz qonaqpərvər Sankt Peterburqun gözəlliyindən zövq almaq üçün bizə yenidən qonaq gələcəksiniz!

© Sankt Peterburqun şəhər turist-informasiya bürosu.
Yüklə 130 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin