Sarsilmaz coş Makdauell Kristobal Kruzenin



Yüklə 222,76 Kb.
səhifə21/31
tarix05.01.2022
ölçüsü222,76 Kb.
#111623
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
«Dostum, deyəsən sən özünü gözə soxmaq üzrə ustasan», — deyə mən fikirləşdim.

Cənab Brayt sevinclə başını yellədərək dedi:



  • Biz Məsihi öz həyat taxtımıza qaldıraraq, Müqəddəs Ruhdan bizi doldurmasını və doldurmağa davam etməsini xahiş edəndə məhz bu keyfiyyətlər ön plana çıxır.

  • Doldurmağa davam etsin? — mən soruşdum.

  • Oğlum, Müqəddəs Ruh səni, hətta qıraqlarından dolub daşana qədər doldurmaq istəyir. Axı Müqəddəs Ruhla birlikdə sizi qarşıda ciddi işlər gözləyir! — cənab Brayt qrupumuza göz gəzdirdi. Biz onun sonra nə deyəcəyini gözləyərək nəfəsimizi içimizə çəkmişdik.

  • Oğlanlar, mən özüm Oklaxomadanam. O yerlərdə həmişə quyular qaynayır, neft axtarırlar. Texasın ucqarlarında bir kovboy yaşayırdı. Qocaldıqda heyvanları otarmağı buraxdı və özünün heç kəsə lazım olmayan baxımsız fermasında yaşamağa başladı. O, öləndə onun sahəsinə axtarış şirkətindən gəldilər, quyunu qazdılar, oradan isə neft çıxdı. Elə-belə neft yox, o qədər neft çıxdı ki, qoca kovboy qızıla bürünə bilərdi. Neft, sanki bir xəzinə kimi onun torpağında gizlənmişdi, o isə həmişə yuxarıda oturaraq nəyin üstündə oturduğunu heç ağlına belə gətirməmişdi. Cibində bir qəpik də olmadan ölmüşdü. Bax, Müqəddəs Ruhun da gücü o neft kimidir. Əgər siz Məsihə maliksinizsə, Ruh artıq sizin üzərinizdədir və sizdən püskürmək üçün fürsət axtarır... quyudan püskürən neft kimi! Siz Onun gücünə bağlanmalısınız. Bunu isə dua vasitəsilə etmək olar.

Cənab Brayt düz mənə baxdı:

  • Nə deyirsən? Müqəddəs Ruhun gücünü almaq istəyirsən?

  • İndi?

  • Elə indi.

  • Bəli, cənab, bu əla olardı.

Cənab Brayt stolun ətrafında gəzərək hər birimizə həmin sualı verdi. Hər kəs «hə» cavabını verdi, sonra isə cənab Brayt dua edərkən biz gözlərimizi yumduq:

  • Əziz Atamız, bizim Sənə ehtiyacımız var. Biz etiraf edirik ki, bütün bu vaxtlar ərzində həyatımızı özümüz idarə etmişik və nəticədə Sənə qarşı günah etmişik. Məsih vasitəsilə günahlarımızın bağışlanmasını əldə etdiyimizə görə həlimliklə Sənə minnətdarlığımızı bildiririk. İndi iman vasitəsilə hər birimiz Məsihi, Ona layiq olan yeri, həyatımızın taxtını tutmağa dəvət edirik. Biz yenə də iman vasitəsilə Səndən xahiş edirik ki, Öz Kəlamında vəd etdiyin kimi bizi Müqəddəs Ruhla doldurasan. Sənə minnətdarıq və Səni izzətləndiririk. Məsihin adı ilə, amin.

  • Amin! — biz birlikdə dedik.

  • İndi isə dərindən nəfəs alın, — cənab Brayt özü də dərindən nəfəs alaraq dedi. Hər birimiz dərindən nəfəs aldıq. — İndi isə nəfəsinizi buraxın.

Biz birlikdə nəfəsimizi buraxdıq. O, tapşırığı təkrar etdi:

  • Nəfəsinizi çəkməklə Müqəddəs Ruhu qəbul edin, nəfəsinizi buraxmaqla isə günahlarınızı çıxarın — o, dedi. — Ondan tamamilə azad olun. Yenə də Tanrının bağışlamasını qəbul edin. Mərhəmətli Müqəddəs Ruhu qəbul edin.

Bu zaman o, susdu və bizə göz gəzdirdi:

  • Müqəddəs Ruh Şəxsiyyətdir. Bunu heç zaman unutmayın. O, gəldi ki, bizə təsəlli versin, öyrətsin və dünyanın ucqarlarına qədər Onun şahidləri olmağımız üçün bizə güc versin. İndi isə, cənablar, mən Nyu-York qatarına tələsməliyəm. Sizinlə görüşün mənə nə qədər xoş hisslər bəxş etdiyini sözlə ifadə edə bilmirəm və sizlərdən bəziləri ilə yenə də görüşəcəyimizdən əminəm.

  • Bizim üçün dua etdiyiniz üçün təşəkkür edirik, — mən ayağa qalxıb onun əllərini sıxaraq dedim.

  • Məmnuniyyətlə... — o, adımı deyəcəyimi gözləyərək susdu.

  • Coş. Coş Makdauell.

Cənab Brayt mehribanlıqla başını yellədərək cavab verdi:

  • Nəfəs almağı unutma, Coş.

  • Oho, bunu heç zaman unutmayacağıma əminəm!

  • Sən adi vaxtlarda nəfəs aldığın kimi nəfəs almalısan. Belə yox ki, bir dəfə nəfəs aldım və vəssalam, unutdum. Bu, fasiləsiz olaraq, bu gün, sabah və beləliklə, günbəgün davam etməlidir. Bunu həmişə, ömrünün sonuna qədər etmək lazımdır, başa düşürsən?

  • Başa düşürəm, cənab. Marafon kimi.

Cənab Brayt maraqla mənə baxdı və öz çantasını götürüb iri addımlarla kafeteriyadan çıxaraq dəmiryol vağzalına yollandı.


Yüklə 222,76 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin