Sarsilmaz coş Makdauell Kristobal Kruzenin



Yüklə 222,76 Kb.
səhifə23/31
tarix05.01.2022
ölçüsü222,76 Kb.
#111623
1   ...   19   20   21   22   23   24   25   26   ...   31
Fevralın 29-u necədir? — mən zarafat etməyə çalışdım.

Linn «təxirə salınmadan» yazdı və biz bir-birimizi öpdük. Mən həyatımın qar topası kimi dağdan sürüşdüyünü hiss etdim.
****

Mənə təsəlli verən yeganə şey Linnin sonuncu kursdakı təhsilimi başa vurmaq üçün məni tərk edərək dərhal Miçiqana evlərinə qayıtması oldu. O mənə heç birinə də cavab yazmadığım saysız-hesabsız məktublar göndərirdi. Biz bir-neçə dəfə telefonla danışdıq. Ola bilsin ki, o, hər şeyin qaydasında olmadığını hiss etmişdi. Lakin onun bütün suallarına mən yayınaraq cavab verirdim. Öz şübhəli sirlərim haqqında ona deməyə cəsarət etmirdim. Bütün bunlardan bir qədər sonra telefon danışıqlarımızdan birində onu həqiqətən sevdiyimə əmin olmadığımı bildirdim. Lakin Linnin cavabı mənim lap müqavimətimi qırdı: «Başa düşürəm, əzizim. Lakin sən narahat olma. Hisslər qeyri-sabit və aldadıcıdır. Vaxt keçdikcə hər şey qaydasına düşəcək, görəcəksən.»

Xoşbəxtlikdən, dərslərə, yaxınlaşan imtahanlara və işlədiyimə görə münasibətlərimizin daha sonra necə davam edəcəyi haqqında çox narahatlıq keçirmirdim. Bəlkə də, o, haqlıdır. Ola bilsin zamanla hər şey düzələcək. Bir şey mənə aydın idi— sevgi əvvəlki kimi mənim anlayışım üçün əlçatmaz qalmışdı. Qadınlar da. Bəlkə də hər ikisi.

Diplomlarımızın verilmə mərasiminə Billi Qrem özü gəlmişdi. On doqquz il əvvəl o da Uitonu bitirmişdi. İndi isə Çikaqoda müjdə toplantıları keçirirdi. Lakin həmin iyun səhəri o bizə məhz bu sözləri deməyə gəlmişdi:



  • Sizinlə bizim ətrafımızda — əvvəlki kimi özünü Tanrıya bütünlüklə həsr edən insanı gözləməkdə olan bütün dünya var, — o özünün giriş sözünü tamamladı. — Bu nəhəng dünyada yenə də xəstəxanalar tikilməli, gənclərə savad verilməli və Müjdə xəbəri çatdırılmalıdır. Öz İlyas peyğəmbərini və Vəftizçi Yəhyasını gözləyən dünya. Bəli, qarşıda sizi əla iş gözləyir — sərhədləri fəth etmək. Bu işdə Tanrı bizimlə olacaq.

Hündür və qədd-qamətli, iri açılmış gözləri, öz sözləri və imanının doğruluğuna əminliklə alışıb yanan bu insan mənim üçün sanki cənub ləhcəsi ilə danışan mələk idi. Bu dəfə mən keçən payızda olduğu kimi çaşqınlığımı başqalarından gizlətmək üçün qaçdığım kimi auditoriyadan qaçmadım.

Yaşıdlarıma göz gəzdirərək bir bədən olduğumuz və Xoş Xəbəri dünyanın ucqarlarına çatdırmaq üçün birlikdə çalışmağımız haqqında düşünərək, uğurlarımıza görə qürur hissi duydum. Lakin məni digər məzunlardan fərqləndirən bir şey də vardı. Boynum əvvəlki kimi məni narahat edirdi və iri ağ bandajı, hətta buraxılış mərasiminə də geyinməli olmuşdum.




Yüklə 222,76 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin