Sarsilmaz coş Makdauell Kristobal Kruzenin


Altıncı fəsil Hərbi-hava qüvvələri



Yüklə 222,76 Kb.
səhifə8/31
tarix05.01.2022
ölçüsü222,76 Kb.
#111623
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Altıncı fəsil

Hərbi-hava qüvvələri


Məktəbdəki buraxılış günü elə də xüsusi olmadı. Mən attestat alıb, onu fəxrlə anama təqdim etdim. Bir neçə həftədən sonra isə, bəzi sinif yoldaşlarımla birlikdə Milli orduya yazıldıq. Onlar orduda da bizim ayrılmaz dostlar olacağımıza söz verdilər. Lakin hər şey bizim istədiyimiz kimi getmədi. Təlim hissəsini bölüşdürdükləri zaman, bizim qrupu dərhal ayırdılar. Məndən başqa dostlarımın hamısını, Liklenddəki hərbi hava qüvvələri bazasına göndərdilər. «Yox, belə olmaz, axı biz döyüşçülər dəstəsiyik və hamımız bir yerdə olmalıyıq!» — deyə qərar verdim. Sonra HHQ-nin (hərbi hava qüvvələri) yerli kapitanına yaxınlaşıb dedim:

  • Mən də öz dostlarımla Liklendə getmək istəyirəm!

  • Heç cür mümkün deyil — deyə o, gözlərini belə qaldırmadan bir top kağız vərəqlər arasında nəsə axtarmağa davam etdi.

  • Cənab, siz mənə «yox» deyə bilməzsiniz.

Kapitan gözaltı mənə baxdığı zaman, dərhal əlavə etdim:

O, baxışları ilə məni başdan-ayağa qədər süzərək gülümsədi və dedi:

  • Ümumiyyətlə, bir yol var.

  • Eşidirəm, cənab.

  • Əgər sən HHQ-nə yazılsan, dostlarınla birlikdə ola bilərsən

  • Ola ... bilərəm...?

  • Bilərsən, bilərsən.

  • Mən yazıla bilərəm....

  • Hə, düzdür, sən yazıla bilərsən.

  • Hərbi hava qüvvələrinə?

  • Bəli. Hərbi hava qüvvələrinə.

Dilim-dodağım bir-birinə dolaşdı, həyatımın dörd ilini hərbi kazarmada keçirməyin nə olduğunu təsəvvür etməyə çalışdım. Burada məni narahat edib həyəcanlandıracaq bir şey görmürdüm. Kapitan yenidən kağızları vərəqləməyə başladı.

  • Razıyam! — deyə gözlənilmədən cavab verdim.

Kapitan gülümsədi.

Bir müddətdən sonra andiçmə mərasimi oldu. Andiçmənin sözlərini səsləndirdiyim zaman, düşüncəmdəki: «Eh, sən çox əbəs yerə buna razılaşdın»... — fikri mənə rahatlıq vermirdi.

Lakin tezliklə məlum oldu ki, HHQ-i xidməti, o qədər də çətin bir sınaq deyilmiş. Mən öz məqsədimə çataraq iki həftə dostlarımla «təlimlərdə» iştirak etdim (hərbi xidmətə getmək üçün çox yaxşı səbəbdir). Artıq hərbi hissədə yerləşdiyimiz zaman, orada öyrənə biləcəyim hər şeyə əl atırdım. Texnika ilə işləmək mənim həmişə xoşuma gəlib və ona görə də HHQ-nin Delaver ştatının Duvr şəhərində yerləşən bazasına təyinat aldım. Burada C-124 təyyarələrinin təmiri və xidməti ilə məşğul olurdular.

Beləliklə, rəhbərlik bacarıqlarımı dəyərləndirərək mənim aviamexanik işindən daha yaxşı bir işlə məşğul ola biləcəyimə qərar verdi. İdmanda qazandığım uğurları nəzərə alaraq məni öz hərbi hissəmizin basketbol komandasına qoşdular. Biz bu komanda ilə bütün şərq sahillərini dolaşa-dolaşa digər hərbi hissələrin komandaları ilə yarışlar aparmağa başladıq. Başqa bir yerdə deyil, yalnız Bermudda bizim nə qədər yarışlar keçirdiyimizi təsəvvür edin! İdman komandasında iştirak etmək böyük şərəf hesab olunurdu və buna görə də bizim vzvod serjantı Uilyams, xidmətdə mənə bəzi güzəştlər etməyə həmişə hazır idi.

Beləliklə, bəzən mexanik məsuliyyətlərini də yerinə yetirməli olurdum. Bir dəfə təyyarələrin saxlanıldığı və təmir olunduğu binanın içindən keçirdim. Bu vaxt iki mexanik C-124 təyyarəsinin təmiri ilə məşğul idi. Birdən kiminsə xəbərdarlıq qışqırığını eşitdim. Başımı yuxarı qaldıranda orada işləyən insanların əllərindən düşən ağır çıxış borusunun düz üstümə gəldiyini gördüm. Lakin çevrilmək və ya kənara çəkilmək imkanım qalmadığına görə, boru düz başıma düşdü. Gözlərim qaraldı, yerə sərildim... və sonra ayıldığım zaman Filadelfiyanın hərbi xəstəxanasında olduğumu gördüm. Saysız-hesabsız analizlər və yoxlamalar nəticəsində aldığım zədənin çox ciddi olduğu məlum oldu. Beynimin sağ hissəsinə qan yığılmışdı. Yarım ay gecə-gündüz aparılan müalicələrdən sonra, həkimlər növbəti yoxlanış üçün məni xəstəxanada saxladılar. Yəni, mən hər gün səhər saat səkkizdən axsam saat beşə qədər xəstəxanada olmalı idim. Günün qalan saatlarında isə sərbəst idim.

Bəzən qatara oturub aviabazadakı dostlarımı görmək üçün Duvra gedirdim. Çox vaxt isə hərbi hissənin qonşuluğunda olan klubda laqqırtı vururdum.



Bir gün növbələrini dəyişən bir neçə tibb bacısı başıma toplaşıb söhbət edirdik. Uzaqda, yaşlı qadınların əhatəsində olan tanımadığım bir qız gördüm. Onlar xeyriyyəçi təşkilatlardan birindən gələn ianələri yerbəyer edirdilər. «Görəsən, bu cür gözəl qız qoca qarıların arasında nə edir?» — deyə maraqla düşündüm. Üzr istəyib stuldan qalxdım və qadınlar dayanan yerə yaxınlaşaraq dedim:

  • Salam, mənim adım Coşdur.

Qız sakitcə başını tərpətdi.


Yüklə 222,76 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin