Dəhşətli xatirələrdən son dərəcə
fövqəladə lütf yoluna keçən insanın
həqiqi həyat hekayəsi
SARSILMAZ
Coş Makdauell
Kristobal Kruzenin müəllifliyi ilə
“Taym”
NƏŞRİYYATI
2015
Originally published in English under the title:
UNDAUNTED
by Josh McDowell
First printed by Tyndale House Publishers, Inc.
All rights reserved.
Makdauell, Coş
Sarsılmaz/ rus dilindən tərcümə: Taym, 2015. — 198 səh.
Bu kitabda Coş Makdauell özü haqqında açıq və səmimi danışır. Coş hələ gənc yaşlarından, İsa Məsihin İlahiliyi barədə təlimin uydurma olduğunu sübut etməyə çalışmışdı. Bu məqsədlə də o, qədim dövrlərdə bu hadisələr barədə yazılmış bir çox tarixi sənədləri araşdırmağa başlamış və bu mövzudan başı çıxan adamlarla uzun-uzadı söhbətlər etmişdi. Nəticədə isə İsa Məsihin sadiq ardıcılına çevrilmişdi.
Bu kitabı böyük sevgilərlə
övladlarım – Kelliyə, Şona, Kiterə və Xizerə,
eləcə də onların həyat yoldaşları – Maykla, Stefaniyə,
Cerriyə və Devidə ithaf edirəm.
Eyni zamanda bu səhifələri nəvələrim
– Skotti, Şone, Kvin, Bekket və Brennenin
əziz xatirələrinə və onlardan sonra bu dünyaya gələn
nəvə-nəticələrimə həsr edirəm
(biz səbirsizliklə sizin gəlişinizi gözləyirik!).
Mən dua edirəm ki, mənim həyat tarixçəm
sizin hər birinizi istənilən vizyyətlərdə Rəbbimizə
iman etməyə ruhlandırsın. Hər zaman Müqəddəs ayəni
Romalılara 1:16 xatırlayıb ona əsasən yaşayın.
Dostları ilə paylaş: |