Yaxşı, gəl görüşək — atam dedi. — Yerləşən kimi mənə dərhal yaz ki, sənin ünvanını bilim. Mən də sənə yazacağam.
«Bax, bu, əla! — deyə mən fikirləşdim. — Doğma atandan məktub. Axır ki!»
Narahat olma, mütləq yazacam.
Mən maşını işə saldım və geri hərəkət etdim. Arxa işıqlar bir anlıq qaranlıqdan atamın fiqurunu çıxararaq arxa güzgüdə xəyal və cisimsiz kimi mənə göstərdi və sonuncu dəfə mənə əl edərək qaranlıqda itdi.
İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür (1 Korinflilərə 13:13).