GƏLİRLİLİK QRUPLARI ÜZRƏ SAHİBKARLIQ FƏALİYYƏTİ NÖVLƏRİNİN SİYAHISI
I qrup - aylıq patentin dəyəri 5 min manat:
• dulusçuluq və saxsı mə’mulatlarının düzəldilməsi;
• oyuncaq və hədiyyə düzəldilməsi;
• balıqçılıq alətləri düzəldilməsi (qadağan olunmuş alətlərdən başqa);
• taxta, kağız, sümük, qarğı, tənək çubuğu, küləş və başqa materiallardan mə’mulat düzəldilməsi;
• təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin düzəldilməsi və tə’miri;
• tənhalara, qocalara, əlillərə və əmək qabiliyyəti olmayan başqa vətəndaşlara xidmət;
• biçmə, tikiş və toxuma öyrədilməsi;
• stenoqrafiyanın və makinada yazmanın öyrədilməsi;
• rəqs öyrədilməsi;
• qəfəsdə quş və heyvan, akvariumda balıq yetişdirilməsi.
Dostları ilə paylaş: |