Сащибкарлыьа вя Базар Игтисадиййатынын


SAHİBKARLIQ HAQQINDA QANUNVERİCİLİK



Yüklə 51,18 Kb.
səhifə3/11
tarix05.01.2022
ölçüsü51,18 Kb.
#111897
1   2   3   4   5   6   7   8   9   10   11
2. SAHİBKARLIQ HAQQINDA QANUNVERİCİLİK

Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq AR Konstitusiyası, AR Mülki Məcəlləsi, «Mülkiyyət haqqında» AR qanunu, «Sahibkarlıq haqqında» AR qanunu, «Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında» AR qanunu, habelə «Fiziki şəxslərin gəlirindən vergi haqqında (gəlir vergisi)» Dövlət Baş Vergi Müfəttişliyinin təlimatı və digər normativ aktlarla tənzimlənir.



3. HÜQUQİ ŞƏXS YARATMADAN SAHİBKARLIQ FƏALİYYƏTİNİN DÖVLƏT QEYDİYYATI
«Sahibkarlıq fəaliyyəti haqqında» AR qanununa əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotunu vətəndaşın yaşadığı və ya fəaliyyət göstərdiyi yerin vergi orqanları aparır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs uçota alınması üçün aşağıdakı sənədləri təqdim etməlidir:

• ərizə - şəxs ərizədə soyadını, adını, atasının adını, anadan olduğu vaxtı və yeri, şəxsiyyətini təsdiq edən sənəd haqqında mə’lumatları, yaşadığı yeri, ümumi şəkildə sahibkarlıq fəaliyyətinin növünü göstərməlidir. Ərizə notarial qaydada təsdiq edilməlidir (əlavə №1);

• yaşayış yerindən arayış;

• foto (3\4 nisbətdə, 1 ədəd);

• pasport.


Vergi orqanı sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin uçota alınması üçün ayrı-ayrı fəaliyyət növləri üzrə yuxarıda göstərilənlərdən əlavə sənədlər də tələb edə bilər. Məsələn, mənzilin kirayə verilməsi üçün lisenziya almaqdan ötrü bunlar əlavə olunmalıdır:

• mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd (kupçi);

• icarə müqaviləsi (notarial qaydada təsdiq olunmuş).

Sənədlər təqdim olunduqdan sonra müvafiq vergi orqanı 5 gün müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsə qeydiyyata alınma haqqında müvafiq şəhadətnamə verir (əlavə №2).

Fiziki şəxslərin qeydiyyata alınmasına görə dövlət rüsumu tutulmur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeydiyyatdan öz ərizələrinə əsasən çıxa bilərlər.


Yüklə 51,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin