Сащибкарлыьа вя Базар Игтисадиййатынын


SAHİBKARLIQ FƏALİYYƏTİ ÜÇÜN LİSENZİYA VERİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ



Yüklə 51,18 Kb.
səhifə4/11
tarix05.01.2022
ölçüsü51,18 Kb.
#111897
1   2   3   4   5   6   7   8   9   10   11
SAHİBKARLIQ FƏALİYYƏTİ ÜÇÜN LİSENZİYA VERİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bə’zi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilə bilər.

AR Prezidentinin «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 4 oktyabr 1997-ci tarixli fərmanı ilə lisenziya tələb olunan fəaliyyət növlərinin və onları verən icra orqanlarının siyahısı təsdiq edilmişdir. Fərmana əsasən, lisenziyalar mərkəzləşdirilmiş qaydada deyil, ayrı-ayrı fəaliyyət növləri üzrə aidiyyatı üzrə müvafiq icra orqanları - nazirliklər, dövlət komitələri və s. təşkilatlar tərəfindən verilir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, Bakı şəhəri üzrə:

• şəhərdaxili sərnişin daşımaları;

• şəxsi daşınmaz əmlakın alqı - satqısı üzrə vasitəçilik;

• kino və video filmlərin nümayiş etdirilməsi üçün lisenziyaların verilməsi Bakı Şəhər Lisenziyalaşdırma İdarəsinin səlahiyyətinə aid edilmişdir.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs lisenziya almaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:

• ərizə - şəxs ərizədə soyadını, adını, atasının adını, anadan olduğu vaxtı və yeri, şəxsiyyətini təsdiq edən sənəd haqqında mə’lumatları, ünvanı, fəaliyyətinin növünü göstərməlidir (əlavə №3);

• lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

• şəxsin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti.

Lisenziya verən icra orqanı ayrı-ayrı fəaliyyət növləri üzrə yuxarıda göstərilənlərdən əlavə qanunvericilikdə nəzərdə tutulan digər sənədləri də tələb edə bilər. Məsələn, «Azərbaycan Respublikasında şəhərdaxili sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»na əsasən:

• sürücünün fasiləsiz iş stajı haqqında mə’lumat (üç ildən az olmayaraq), onun təhlükəli yük daşıyan avtonəqliyyat vasitələrinə icazə- buraxılış sənədinin, bu barədə xüsusi tə’limat keçməsi haqqında şəhadətnamənin surəti;

• şəxsin özünün və bu fəaliyyətə cəlb ediləcək sürücülərin vəsiqələrinin surəti;

• avtonəqliyyat vasitələrinin növləri və növlər üzrə sayı, onların qeydiyyat sənədləri, sığorta şəhadətnamələri, sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqələri və stajları haqqında məlumatlar.

Hər bir fəaliyyət növü üçün ayrıca lisenziya alınmalıdır. Şəxsin fəaliyyəti çoxprofilli olduqda o, bir neçə lisenziyaya malik ola bilər.

Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxsə verə bilməz. Lisenziya razılığı lisenziyanın sahibi ilə birgə fəaliyyət, o sıradan onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.



Yüklə 51,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin