III qrup - aylıq patentin dəyəri 30 min manat:
• stenoqrafiya, makinada yazı və cildçilik;
• sosial-mədəni və başqa sahələrdə qanunvericiliklə qadağan olunmamış başqa sahibkarlıq fəaliyyəti (əvvəlki qruplarda və abzasda göstərilənlərdən başqa).
IV qrup - aylıq patentin dəyəri 45 min manat:
• xarici dillərdən tərcümə;
• əlavə öyrətmə qaydasında məşğələlər keçirilməsi;
• əhaliyə musiqi xidməti (xanəndəlikdən savayı);
• mebel, digər xarratlıq mə’mulatı düzəldilməsi və tə’miri;
• mənzillərin, bağ evlərinin, qarajların və başqa binaların tikilməsi, tə’miri, avadanlıqla tə’min edilməsi və abadlaşdırılması;
• metal mə’mulatının, məişət maşınlarının və cihazlarının, radio-televiziya aparatlarının tə’miri;
• bərbərlik xidmətləri, habelə müalicə və ya cərrahlıq fəaliyyəti ilə bağlı olmayan kosmetika xidmətləri;
• şəxsi minik avtomobillərinin sahibləri tərəfindən əhaliyə nəqliyyat xidməti;
• mənzilin kirayə verilməsi;
• əmlakın icarəyə verilməsi.
Dostları ilə paylaş: |