MARKETİNQİN TƏŞKİLİNƏ NƏZARƏT. Şirkətinizdə marketinq üzrə yüksək ixtisaslı müdir vardırmı? Marketinq şöbəsindəki digər əməkdaşlarınızın ixtisas səviyyəsi necədir? Peşəkar hazırlıq və yenidən hazırlıq aparılırmı? Təşəbbüs necə həvəsləndirilir? Marketinq tədbirlərinin həyata keçirilməsi üzrə məsuliyyət necə bölünüb? Əməkdaşlar marketinq konsepsiyasını anlayırlarmı? Ondan alınan nəticə və tövsiyələrdən istifadə edirlərmi?
MALLAR. Şirkətin əsas malları hansılardır? Hər bir malın "həyat sikli"nin mərhələsi necədir? Hər bir malın hər bir bazar və ya seqmentdə rəqabət qabiliyyətliliyi necədir? Çeşidi nəyə görə və necə genişləndirmək və ya ixtisara salmaq lazımdır? Hansı yeni malları və nəyə görə hansı bazar və seqmentlərə yeritmək lazımdır? Hansı məhsulları və nəyə görə istehsaldan çıxarmaq lazımdır?