Сащибкарлыьын вя базар игтисадиййатынын инкишафына йардым фонду


Biznes-plan anlayışının tərifi



Yüklə 71,19 Kb.
səhifə2/18
tarix05.01.2022
ölçüsü71,19 Kb.
#111225
1   2   3   4   5   6   7   8   9   ...   18
1. Biznes-plan anlayışının tərifi.
Biznes-plan kifayət qədər geniş və tutumlu anlayışdır. Layihənin texniki-iqtisadi əsaslandırılması (TİƏ), investisiya layihəsi kimi terminlər ona çox yaxındır. Buna görə də biznes-plan anlayışının mənasını araşdırmamışdan əvvəl terminologiyadakı bir sıra fərqləri aşkarlamağa cəhd göstərək.

Göstərilənlər içərisində biznes-plan ən ümumi termindir, çünki adı çəkilən hər iki termini özündə birləşdirir. Bununla yanaşı, TİƏ həmişə həm biznes-planın, həm də investisiya layihəsinin tərkib hissəsidir. İnvestisiya layihəsi isə kənardan əlavə vəsaitlərin cəlb edilməsinə və ya vəsaitlərin tərkib hissələri arasında yenidən bölünüb paylanmasına əsaslanır. Biznes-plan, bir qayda olaraq, investisiyaların cəlb edilməsinə istiqamətlənərək mövcud biznesin iqtisadi dərk edilməsi məqsədilə və ya özünün gəlirlərinin toplanması hesabına onun daxili inkişafı məqsədilə tərtib edilə bilər. Bundan əlavə, investisiya layihəsi dedikdə elə ənənəvi layihələr nəzərdə tutulur ki, iqtisadi mənfəət gətirməyə qadirdir. Müəyyən sosial səmərə gətirməyə yönəlmiş investisiya proqramı da biznes-plan sayıla bilər.

Biznes-plan dedikdə müəsisə və təşkilatın təsisi, rekonstruksiyası, fəaliyyəti üzrə işçi sənədlərin hazırlanmasının nəticəsi nəzərdə tutulur. Bu nəticə müəyyən zaman kəsiyində və müəyyən şərtlər daxilində biznesin iqtisadi dayanıqlılığını və səmərəliliyinin dərəcəsini dərk etməyə və təsvir etməyə istiqamətləndirilmişdir. Biznes-plan dedikdə yeni istehsalat müəssisəsinin və ya mal və xidmətlərin satılması sisteminin yaradılmasına və ya fəaliyyət göstərən köhnəsinin modernləşdirilməsinə yönəldilmiş əsaslı tikintini, texnologiyanın əldə edilməsini, avadanlığın alınmasını, kadrların hazırlanması tədbirlərini özündə birləşdirən kompleks plan nəzərdə tutulur.

Biz bu söhbətimiz dairəsində bəzi şərtlər daxilində, göstərilmiş terminologiya çərçivəsində qısa və sadə şəkildə ancaq biznes-layihələndirmə üzərində dayanmaq istərdik. Birincisi, investisiya qoyuluşunun məqsədi kimi biz ancaq iqtisadi mənfəəti gözdən keçirəcəyik. Çünki investisiyaların sosial səmərəsini adətən böyük çətinliklə müəyyən etmək mümkündür və kapital qoyuluşlarının bazar iqtisadiyyatında qəbul olunmuş hesablanmaları sistemi daha böyük çətinlik törədir. İkincisi, bizim tərəfimizdən ancaq real investisiyalara və ya maddi aktivlərin (maddi kapitalın) qoyuluşlarına baxılacaq. Maliyyə investisiyasına və qiymətli kağızlara qoyuluşlarla (səhmlər, veksellər, istiqrazlar və s.) isə spesifik xüsusiyyətlərinə görə burada baxılmayacaq.

Yaxşı yazılmış biznes-plan müfəssəl olan, lakin məlumatla həddindən artıq doldurulmamış sənəddir ki, onun tərtibatında iştirak etməmiş şəxs onu oxuduqda sizin planlaşdırma məntiqinizi asan anlayacaq. Müxtəlif rubrikaların (başlıqlar və sərlövhələr) istifadəsi sizin oxucunuza çox yardım etmiş olar. Və yadda saxlayın ki, təfərrüatların çoxluğu onu yora bilər. Faktların şərhində ixtisarlara, qısaltmalara yol verməyin.

Biznes-plan sizin keçmiş, indiki və gələcək fəaliyyətinizin qısa yazılı şərhidir. İş görməyə hazırlaşdığınızda biznes-planın əsas məqsədi maliyyə və istehsal sahələri üzrə hər şeyin planlaşdırılması və əsaslandırılmasında sizi arxayın etməkdir. Biznes-plan sizin oyununuzun planıdır. O, fəaliyyətinizin məqsədlərini, istiqamətlərini və əsas mərhələlərini müəyyənləşdirir.

İdeal halda biznes-plan şirkətin sahib(lər)i və ya müdir(lər)i tərəfindən hazırlanmalıdır. Ştatdankənar mütəxəssislərdən də istifadə etmək olar, amma plan şəxsən sizin özünüzünkü olmalıdır və siz onu təqdim etməyə, onun haqqında qısa şərh verməyə, verilən suallara cavab verməyə qadir olmalısınız.

Biznes-plan hər il yeniləşdirilir. Bu halda işçi variantdan istifadə olunur. Belə olduqda siz köhnə nəticə və ifadələrə uyğun olaraq bəzi maddələri düzəldə eləcə də proqnozun keyfiyyətini və hesablamaların həqiqiliyini artıra, yeni yaranmış şərtləri nəzərə ala bilərsiniz. Yadda saxlayın ki, biznes-plan hətta siz onun hansısa mərhələlərini keçmişsinizsə də fəaliyyət müddəti ərzində sizin planınız olaraq qalır.

Qeyd etmək lazımdır ki, biznes-planın təqdim forması ixtiyaridir, amma əgər siz potensial müştəri ilə danışıqlara başlayırsınızsa, onda beynəlxalq təcrübədə qəbul olunmuş üslub və formadan istifadə etsəniz sizin biznes-planın oxunaraq xoşluqla qəbul olunacağı ehtimalı dəfələrlə artmış olacaq. İkibaşlı məna verən və ya düzgün başa düşülməyəcək ifadələrdən qaçın, ara sözləri işlətməyin.

Biznes-plan rəsmi sənəddir. Onun yazılması üçün çoxlu miqdarda işçi məlumat materialı tələb olunur. Ona görə də əvvəlcə işçi biznes-plan tərtib edin. Oradakı məlumat rəsmi planda olan sərlövhələr altında yerləşir. İfadələr sadə və aydın olmalıdır.

Sizin rəsmi biznes-plan 1.5-dən az olmayan intervalla çap olunmalıdır, qeydlər üçün müvafiq ölçüdə kənarlarda yer olmalıdır (soldan 3.5sm, sağdan 2-2.5sm, yuxarıdan və aşağıdan 2.5sm), səhifələr nömrələnməlidir, ümumi görünüş sanballı olmalıdır. Planın özündə isə üzərində şirkətin adı, planın fəaliyyət vaxtı göstərilən titul vərəqi olmalıdır. Sonra isə müfəssəl mündəricat gəlməlidir.

Etibar etdiyiniz kənar şəxsdən sənədin son variantını oxumağı xahiş edin. Sonra isə soruşun ки, bu məlumatda çatışmazlıqlar varmı ? Sənədi daha da təkmilləşdirmək olarmı ?

2. Biznes-planın tərkibi.

2.1. Titul vərəqi

Hər şeyi ardıcıllıqla başlayaq. Biznes-plan titul vərəqindən (title sheet) başlanır. Titul vərəqində aşağıdakıları göstərmək kifayətdiр:

• şirkətin tam adı;

• "BİZNES-PLAN" yazmalı və planın tam adını (ad sənədin mahiyyətini tam əks etdirməlidir) göstərməli;

• biznes-planın fəaliyyət müddətini göstərməli (məs.: 1997-1999-ъу illər və ya 1-ci və 2-ci illər);

• planın yazıldığı tarix.

Loqotip, fabrik və ya mal nişanlarının göstərilməsi və ya digər qrafik təsvir mümkündür. Layihənin ümumi həcminin və tələb olunan investisiyaların həcminin titul vərəqində göstərilməsi də təcrübədə rаст эялиняндир.




Yüklə 71,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin