344. Başlıca ideyası “cəmiyyətin tələblərini nəzərə almaqla istehlakçılara lazım olanı istehsal edirəm” olan marketinq konsepsiyasının adı nədir?
A) Sosial- etik konsepsiya
B) Istehsalın təkmilləşdirilməsi konsepsiyası
C) Əmtəənin təkmilləşdirilməsi konsepsiyası
D) Qarşılıqlı təsir marketinqi
E) Reklam və satışın həvəsləndirilməsi
345. Başlıca ideyası “bacardığımı istehsal edirəm” olan marketinq
konsepsiyasının adı nədir?
A) Istehsalın təkmilləşdirilməsi konsepsiyası
B) Sosial- etik konsepsiya
C) Əmtəənin təkmilləşdirilməsi konsepsiyası
D) Qarşılıqlı təsir marketinqi
E) Reklam və satışın həvəsləndirilməsi
346. Xarizm nədir?
A) Liderin şəxsi keyfiyyətlərinin gücünə əsaslanan hakimiyyətdir
B) Məntiqə əsaslanan hakimiyyətdir
C) Ənənəyə əsaslanan hakimiyyətdir
D) Liderin maddi imkanlarına əsaslanan hakimiyyətdir
E) Qohumluğa əsaslanan hakimiyyətdir
347. “İstehsalın təkmilləşdirilməsi” konsepsiyasının təkamül illəri hansı variantda düzgün göstərilmişdir?
A) 1860-1920
B) 1720-1860
C) 1930-1950
D) 1960-1980
E) 1980-1995
348. Hansı rəhbərlik üslubları (stilləri) vardır?
A) Avtokratik, demokratik, liberal
B) Avtomatik, mexaniki, fiziki
C) Avtokratik, demokratik, siyasi
D) İqtisadi, sosial, ictimai
E) İqtisadi, maddi, mənəvi
349. Şəxslərarası kommunikasiyada sözdən başqa istənilən simvollardan istifadə olunması hansı maneələr qrupuna daxildir?
a) Qeyri-verbal maneələr
b) Semantik maneələr
c) Qəbul etmə ilə şərtlənən maneələr
d) Neqativ əks əlaqə
e) Texniki vasitələrdə nasazlıq
350. Şəxsin digərləri ilə münasibətlərini qurmağa üstünlük verdiyi qaydalar məcmusu necə adlanır?
A) Kommunikasiya üslubu
B) Davranış
C) Əks əlaqə
D) Neqativ əks əlaqə
E) Stereotip
Dostları ilə paylaş: |