29. Sub-mədəniyyətin düzgün izahını verən variant:
A) müştərək həyat təcrübəsinə və situasiyalara əsaslanaraq dəyər sistemlərini bölüşdürən bir qrup insan
B) insanın cəmiyyət institutlarından və ailədən öyrəndiyi əsas dəyərlər, hisslər, istəklər və davranışlar toplusu
C) cəmiyyətin nisbətən daimi və müəyyən qanunauyğunluğuna cavab verən təbəqələr
D) insanın dünyada varlığının qərarlaşmış formasıdır
E) hər hansı bir potensial müştəri tərəfindən yeni kimi qəbul olunan ideya
30. Mübadilənin baş verməsi üçün vacib olan şərtlər:
A) cavabların hamısı düzdür
B) hər bir tərəf digər tərəf üçün lazım olan dəyərə malik olmalıdır
C) hər iki tərəf kommunikasiya və çatdırma qabiliyyətinə malik olmalıdır
D) tərəflərin hər biri seçimdə sərbəst olmalıdır
E) iki və daha artıq tərəflərin mövcudluğu
31. İstehsalçıların təklif etdikləri məhsul və xidmətlərdən tam razı qalan müştəri bazarı necə adlanır:
A) mövcud bazar
B) gizli bazar
C) formalaşan bazar
D) “qara” bazar
E) sirf rəqabət bazarı
32. Şirkətin mənfəət səviyyəsinin yüksək olmasını təmin edən göstərici:
A) bazar payının çox olması
B) məqsədli seqmentin seçilməsi
C) təklifin tələbi üstələməsi
D) satış heyyətinin çox olması
E) istehsal həcminin artması
33. Mövqeləşdirmə prosesinə aid olmayan mərhələ:
A) yüksək istehsal həcminə nail olmaq
B)hədəf istehlakçılarının istəklərini öyrənmək
C) hədəf seqmentinin seçilməsi haqqında qərar
D) istehlakçıları razı salacaq məhsul və ya ticarət markası yaratmaq
E) hədəf istehlakçıları ilə kommunikasiya qurmaq
34. İnnovasiya növünə aid olmayan variant:
A) nisbi innovasiya
B) dinamik fasiləsiz innovasiya
C) fasiləsiz innovasiya
D) fasiləli innovasiya
E) variantların heç biri düz deyil
35. Yeni innovasiyaya, məhsula istehlakçının alışması prosesi:
A) tanınma, maraq, qiymət, sınaq, qəbuletmə
B) qiymət, maraq, sınaq, paylama, bölüşdürmə
C) maraq, tanınma, xidmət, sınaq, qəbuletmə
D) tanınma, maraq, sınaq, qəbuletmə, paylama
E) sınaq, risk, tanınma, maraq, qəbuletmə
Dostları ilə paylaş: |