Saytının qurulmasına dair açıq müsabiqə (tender)



Yüklə 9,32 Kb.
tarix25.11.2018
ölçüsü9,32 Kb.
#84887



Tender: www.euintegration.az Saytının Qurulmasına dair Açıq Müsabiqə
Avrasiya Əməkdaşlıq Fondu (AƏF), Avro İnteqrasiya ilə bağlı onlayn resurs olan www.euintegration.az saytının qurulmasına dair açıq müsabiqə (tender) elan edir.
Müsabiqə (Tender) haqqında
Müsabiqə (tender), Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə www.euintegration.az saytının yenidən qurulmasını nəzərdə tutur. Bu müsabiqənin (tenderin) məqsədi, Azərbaycan Respublikasının Avropa İttifaqına inteqrasiyasını və Avropa ittifaqının Azərbaycanla bağlı bütün sahələrində siyasətini dolğun formada verəcək təşəbbüsləri dəstəkləmək və avro inteqrasiya ilə bağlı cəmiyyəti məlumatlandırmaqdır. Sayt ingilis və azərbaycan dillərində fəaliyyət göstərəcəkdir. Saytda dövlət qurumları, ictimai təşkilatlar, o cümlədən Avropaya inteqrasiyada maraqlı olan bütün təşkilatlarla bağlı xəbərlər, müsahibələr, şərh və təhlillər veriləcəkdir.
Səhifə üzrə nəzərdə tutulan işlər


  • www.euintegration.az veb karkasının, veb xəritəsinin yığılması və texniki cəhətdən saytın tam vəziyyətdə sifarişçinin tələbləri əsasında hazırlanması;

  • Sayt üçün müvafiq həcmli host ünvanın alınması;

  • Saytın bir ay müddətinə hazırlanması;

  • Sifarişçi tərəfindən göndərilən məlumatların operativ şəkildə saytda yerləşdirilməsi;

  • Sayta 1 illik xidmət və təhlükəsizlik zəmanətinin göstərilməsi: 1 il müddətində sayta sifarişçinin sifarişi əsasında əlavə texniki parametrlərin artırılması, azaldılması və yaxud da meydana çıxan texniki və peşəkar dəstəyin göstərilməsi;

  • 1il müddətində davalı və gündəlik arxivləşdirilmə sisteminin qurulması, saytın gündəlik yenilənməsinin təmin olunması;

  • Sayta dair sifarişçi tərəfindən təqdim olunmuş məlumatların ingilis dilindən azərbaycan dilinə, azərbaycan dilindən isə ingilis dilinə materialların tərcümə olunması;

  • Saytın tam hazır vəziyyətdə bir ay müddətinə sifarişçiyə təqdim olunduqdan sonra bir illik olaraq sifarişçiyə yuxarıdakı xidmətlərin göstərilməsi ilə yanaşı, domeynin vaxtının mütəmadi artırılması.

Müsabiqə (tender) təklifinin təqdim olunması

Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketi aşağıdakı məlumatlar daxil olmalıdır:

• müraciət edən barədə ətraflı məlumat
• oxşar əvvəlki təcrübə
təklif olunan büdcə

Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketləri aşağıdakı ünvana 31 yanvar, 2012-ci il tarixinə qədər təqdim olunmalıdır.



Avrasiya Əməkdaşlıq Fondu, Cəfər Cabbarlı 44,
Caspian Plaza, 6-cı mərtəbə
Faks: 994 12 437-29-44
info@epfound.az
Yüklə 9,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin