Scip peşə Tədris Mərkəzi üçün peşə standartlarının və kurikulumların hazırlanması – İlkin Hesabat



Yüklə 304,64 Kb.
səhifə1/8
tarix04.01.2022
ölçüsü304,64 Kb.
#54241
  1   2   3   4   5   6   7   8


Sumqayıt Kimya Sənaye Parkı Peşə Tədris Mərkəzi üçün peşə standartlarının və kurikulumların hazırlanması



İLKİN HESABAT

Füzuli küç. 39, mən. 5


AZ1014, Bakı

Azərbaycan

Tel : +99412-511-6035

Faks : +99412- 596-3220

E-poçt : office@seftcons.com

Web : www.seftcons.com




2014


Hesabat dövrü::

22 sentyabr – 22 oktyabr 2014-cü il



Qeyd:

Bu hesabat Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL) çərçivəsində hazırlanmışdır.
Hesabatda əks olunan fikirlər və məlumatlar üçün yalnız “SEFT Consulting” məsuliyyət daşıyır və onlar sifarişçinin fikirlərini əks etdirmir.

AKRONİM VƏ ABREVİATURALARIN SİYAHISI


DB

Dünya Bankı

DİKPGL

Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi

ƏƏSMN

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

İSN

İqtisadiyyat və Sənaye Nazirliyi

KS

Kvalifikasiya Standartı

MTP

Modul təlim proqramı

PS

Peşə Standartı

SCIP

Sumqayıt Kimya Sənaye Parkı

TN

Təhsil Nazirliyi

PTT

Peşə Təhsili və Təlimi


MÜNDƏRİCAT



LAYİHƏNİN QISA İCMALI 6

1.GİRİŞ 7

2.İDARƏETMƏ VƏ LOQİSTİKA 8

3. HƏYATA KEÇİRİLMİŞ TƏDBİRLƏR 9

4. NÖVBƏTİ ADDIMLAR 21

Əlavə-1: İŞ Qrafİkİ 23

ƏLAVƏ-2: Görüşülən və əlaqə saxlanılan şəxslərİN SİYAHISI 24

ƏLAVƏ-3: SEKTOR KOMİTƏNİN TƏRKİBİ 25




LAYİHƏNİN QISA İCMALI





Layihə

Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL)

Tapşırıq

Sumqayıt Kimya Sənaye Parkı Peşə Tədris Mərkəzi üçün peşə standartlarının və kurikulumların hazırlanması

Müqavilənin nömrəsi

4595 AZ-CQ-102

Ölkə

Azərbaycan

Başlanma tarixi

22 sentyabr 2014-cü il

Müddət

5 ay


Ümumi məqsəd

Tapşırığın ümumi məqsədi Sumqayıt Kimya Sənaye Parkı Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə dəstək verməkdir. Bu tapşırıq mexatronika, kimya və inşaat sahələrində 6 prioritet ixtisas profillərinin müəyyən edilməsi, müvafiq peşə standartlarının, səriştə vahidlərinin və kurikulumların hazırlanmasını əhatə edir.


Hesabat və Nəticələr

#




İcra vəziyyəti

Hesabatlar



İlkin hesabat

Təqdim olunub



Birinci aralıq hesabat

2-ci ayın sonunda təqdim ediləcək



İkinci aralıq hesabat

4-cü ayın sonunda təqdim ediləcək



Yekun hesabat

5-ci ayın sonunda təqdim ediləcək

Nəticələr



Azərbaycanda mövcud vəziyyətin xülasəsi

Hazırlanıb və təqidim edilib



Altı prioritet peşə profillərinin müəyyən edilməsi

8 peşə profili müəyyənləşdirilib və təqidim edilib



Altı profil üzrə peşə standartlarının hazırlanması

2-ci ayın sonunda təqdim ediləcək



Altı profil üzrə səriştə vahidlərinin (kvalifikasiya standartlarının) hazırlanması

2-ci ayın sonunda təqdim ediləcək



6 profil üzrə kurikulumların hazırlanması

4-cü ayın sonunda təqdim ediləcək



Kurikulumdan istifadə üzrə təlimatın hazırlanması

4-cü ayın sonunda təqdim ediləcək
  1. GİRİŞ

Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı əmək bazarının diversifikasiyasını artırmaqla işçi qüvvəsinə olan tələbdə də sürətli dəyişikliklərin baş verməsi ilə müşahidə edilir. Bu gün əmək bazarında ən aktual məsələlərdən biri də baş verən sürətli dəyişikliklərə cavab verən kadrların hazırlanmasıdır.


İlk peşə-ixtisas təhsili əmək bazarına daha yaxın təhsil forması hesab olunur. Lakin keçmiş sovet ölkələrində bu təhsil forması tələb yönümlü olmamış və praktik bacarıqların formalaşmasına zəif istiqamətlənmişdir. Azərbaycanda ilk peşə-ixtisas təhsili müstəqillik dövrünün ilk illərində tənəzzül ilə üzləşmişdir. Maddi texniki baza və təhsil proqramlarının təkmilləşdirilməməsi, müəllimlərin peşəkarlığının artırılmaması məktəb və liseylərə əmək bazarının tələblərinə cavab verməyə imkan vermir. Sadalanan problemlər ilk peşə-ixtisas təhsili müəssisələrinin çox zaman işəgötürənlər tərəfindən tələb olunan bilik və bacarıqlar təmin edə bilməməsi ilə nəticələnmişdir.
Bu təşəbbüsün həyata keçirilməsinin uzunmüddətli hədəfi ölkənin iqtisadi hədəflərini dəstəkləmək üçün qabaqcıl beynəlxalq təcrübə əsasında müvafiq mütəxəssisləri hazırlamaq və onların bilik və bacarıqlarını inkişaf etdirməkdir. Bu məqsədlə “Sumqayıt Kimya Sənaye Parkı” nəzdində fəaliyyət göstərəcək Peşə Təlim Mərkəzinin1 fəaliyyətinin təşkilinə yardım göstəriləcəkdir ki, bu da ölkə üçün mühüm əhəmiyyət kəsb edən bacarıq və innovasiyalara malik ixtisaslı kadrların hazırlanmasına dəstək verəcəkdir. Layihənin əsas məqsədi mexatronika, kimya və inşaat sahələrində 6 prioritet peşə profillərinin müəyyən edilməsi, əmək bazarının ehtiyacları əsasında müvafiq peşə standartlarının, səriştə vahidlərinin və kurikulumların hazırlanmasıdır.
Diqqətinizə təqdim edilən İlkin Hesabatın məqsədi Layihə çərçivəsində hesabat dövrü ərzində yerinə yetirilmiş işlərin nəticələri haqqında məlumat vermək və növbəti addımları müəyyənləşdirməkdir.
Beləliklə, İlkin Hesabatın ikinci fəsli idarəetmə və loqistika haqqında məlumat verir, üçüncü fəsil həyata keçirilmiş tədbirlərin icrasını təqdim edir, dördüncü fəsildə gələcək fəaliyyətlər göstərilir. Hesabata edilən Əlavə 1-də Layihənin İş Qrafiki, Əlavə 2-də Görüşülən və əlaqə saxlanılan şəxslərin siyahısı və Əlavə 3-də Sektor Komitənin tərkibi verilmişdir.
Layihənin icrası zamanı göstərilən köməkliyə və əməkdaşlığa görə Təhsil Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rəhbərliyinə və əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.

  1. Yüklə 304,64 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin