Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Ailə və mütaliə



Yüklə 14,66 Kb.
tarix20.05.2018
ölçüsü14,66 Kb.
#51043

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Ailə və mütaliə

(Fəaliyyət proqramı)

картинки по запросу чтение в семье

2016

Giriş

Mütaliə bir mədəniyyətdir. Bu mədəniyyətə yiyələnmənin əsasları uşaq yaşlarından ailədə qoyulmalıdır. Vaxtilə nənələrimizin və analarımızın söylədikləri nağıllar, dastanlar, rəvayətlər bu gün üçün kifayət deyildir. Dünyagörüşü genişlənən, həyata tamamilə başqa cür baxan müasir gəncliyin daha çox yeni bədii məhsula ehtiyacı vardır. Müasir valideyn də öz övladlarının tələbatını ödəmək üçün internetə üz tutur. Çox təəssüf ki, ata-analar uşaqların suallarını cavablandırmaq, onları daha ətraflı məlumatlandırmaq üçün çıxış yolunu ancaq bunda görürlər. Valideynlər kitabın böyüməkdə olan nəslin təlim-tərbiyəsində, mənən zənginləşməsində əvəzsiz rol oynadığını unudurlar.

Düzgün əxlaqi tərbiyə, zəruri həyati vərdişlərin aşılanmasında kitabla mütaliənin, xüsusilə ailədə kitablara müntəzəm şəkildə üz tutmanın əhəmiyyəti böyükdür. Ailə klassik ədəbiyyatla yanaşı, ən yeni kitabları da əldə etmək üçün kitabxanaya müraciət etməlidir. Çünki kitabxanalar sosial sistem olan tərbiyədə və təhsildə daha çox üz tutulan mədəni-maarif müəssisələri, pedaqoji fəaliyyət sahələridir. Buradan zövqə və yaşa görə istənilən ədəbiyyatı götürüb oxumaq, valideynlərlə birlikdə kitabxanaçıdan müxtəlif məsləhətləri almaq olar. Kitab və kitabxana ailənin mənən birləşməsində əlaqələndirici qüvvələrdən biri kimi çıxış edir, yaşlı və böyük, yaşından asılı olmayaraq hamının qəlb və düşüncə tərzlərini dəyişdirir.

Bütün bu məsələləri yaxşı başa düşən Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi kitabların ailələrə daha yaxından çatdırılması, ailədə mütaliə bacarığının artırılması məqsədilə “Ailə və mütaliə” adlı proqram hazırlamışdır. Proqramda təyin edilən istiqamətlər üzrə ailədə mütaliəyə maraq yaradan müxtəlif tədbirlərin keçirilməsi və kitabxana fondlarının daha geniş şəkildə təbliği nəzərdə tutulur. Görülən işlər ailədə mütaliənin rolunun daha da artırılmasına kömək edəcəkdir.



  1. Oxucuların ailələri ilə birlikdə kitabxanaya dəvət edilməsi;

  2. Ailə üzvlərinin iştirakı ilə ucadan oxuların, qiraət saatlarının, mütaliə günlərinin keçirilməsi;

  3. Kitabxanada “Ailədə mütaliənin rolu” mövzusunda mühazirə, məlumat saatlarının keçirilməsi, məsləhət günlərinin təşkili;

  4. “Ailə və kitabxana” mövzusunda dəyirmi masaların təşkili;

  5. Ailə üzvləri üçün yazıçı və şairlərlə görüşlərin, söhbətlərin təşkili;

  6. Ailədə mütaliə üçün kitab seçiminə kömək edəcək kitab sərgilərinin hazırlanması və təqdimatı;

  7. Ailə kitabxanalarındakı kitablardan ibarət sərgilərin hazırlanması;

  8. Oxucuların ailə üzvləri ilə birlikdə oxunulmuş kitablar haqqında rəylərin toplanılması və təhlili;

  9. Uşaq mətbuatı günlərinin keçirilməsi;

  10. Rayon üzrə ailələrin iştirakı ilə “Mənim sevimli kitabım” adlı ümumoxucu konfransının keçirilməsi.

Yüklə 14,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin