Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycanın işğal olunmuş torpaqları



Yüklə 15,1 Kb.
tarix25.07.2018
ölçüsü15,1 Kb.
#57531

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Azərbaycanın işğal olunmuş torpaqları:

Şuşa


(8 May 1992-ci il)

Elektron kitab sərgisi



Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində türk tayfalarına məxsus Sosu (latın dilində “ş” səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu “Şuşa”(şüşə) adlandırmışlar.

Bu ərazilər tarixi Azərbaycan torpaqlarının-Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və inkişaf etmişdir.

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk çağlarda Şuşa adı ilə yanaşı, şəhəri xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayırdılar, burada “Pənahabad” adlanan gümüş sikkə zərb edilirdi.

Şuşanı Zaqafqaziyanın Şirazı, Şərqin konservatoriyası hesab edirlər. Bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük sənətkarların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.

Azərbaycanın ilk peşəkar pedaqoqu, görkəmli maarifçi, “Vətən dili”nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşdur.

Tarixin bir çox ağır sınaqlarına qalib gələn Şuşa, çox təəssüf ki, 1992-ci ilin mayın 8-də sınaqdan çıxa bilmədi. Şəhər və ona yaxın olan ərazilər erməni işğalçıları tərəfindən işğal edildi.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır.






Bu gecə yuxuma girmişdi Şuşa,

Cabbar ağlayırdı, Xan ağlayırdı.

Dönmüşdü qanadı qırılmış quşa,

Qarabağ başa-baş qan ağlayırdı.

(Zəlimxan Yaqub)





Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur.”



Heydər Əliyev




Yüklə 15,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin