Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Birlikdə mütaliə edək (Fəaliyyət proqramı) 2016 Giriş



Yüklə 9,18 Kb.
tarix30.07.2018
ölçüsü9,18 Kb.
#62807

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Birlikdə mütaliə edək

(Fəaliyyət proqramı)

2016

Giriş

Mütaliə pedaqoji-psixoloji proses kimi cəmiyyətin sosial həyatına, ictimai maraqların formalaşmasına, yeni ideyaların meydana gəlməsinə imkan yaradır. Hər bir kəsin özünəməxsus marağı və tələbatı vardır ki, bu da onun mənəvi inkişafında mühüm rol oynayır. Şəxsi təhsil, emosional və estetik tələbat, əylənmək istəyi insanı kitablara doğru yönəldir.



Mütaliəyə məhəbbət yaratmaq, onu asanlaşdırmaq kitabxanaların əsas məqsədlərindən biridir. Səbail rayon MKS-nin “Birlikdə mütaliə edək” adlı fəaliyyət proqramı müasir oxucunun zövqünü yüksəltmək, hərtərəfli inkişaf etmiş oxucu tipi yaratmaqla yanaşı, ədəbiyyatı kütləviləşdirməyə, oxucularının sayını artırmağa yönəldilmişdir. Aşağıdakı işlənmiş tədbirlər kompleksi bu proqramı müvəffəqiyyətlə həyata keçirməyə imkan yaradacaqdır:

  1. Kitab fondlarının elm sahələri və mövzular üzrə açılması üçün kitab sərgilərinin hazırlanması;

  2. Ucadan oxuların, biblioqrafik və kitab icmallarının, şifahi jurnalların və ədəbi-bədii gecələrin keçirilməsi;

  3. Müəlliflərin iştirak etdiyi kitab gecələrinin, oxucu konfranslarının, şeir gecələrinin, müəllif günlərinin keçirilməsi;

  4. Bədii əsərlərin əsasında tamaşa və oyunların hazırlanması;

  5. Nəşriyyatlar və kitab mağazaları ilə birlikdə satış-sərgilərin keçirilməsi;

  6. Məktəb və uşaq bağçalarının, o cümlədən valideyinlərin iştirakı ilə dəyirmi masaların təşkili;

  7. Müəlliflərlə onlayn görüşlərin təşkili;

  8. Səbail rayon MKS-nin kitabxana fondlarına daxil olan yeni ədəbiyyatın onlayn təqdimatlarının təşkili;

  9. Elektron kitab sərgilərinin hazırlanması və təqdimatı;

  10. Fiziki məhdudiyyəti olan oxucuların kitabxanaya cəlb edilməsi;

  11. Təşkilatlarla birlikdə kitabxana üçün kitabların toplanması məqsədilə xeyriyyə aksiyalarının keçirilməsi;

  12. Yubilyar kitablara həsr olunmuş yaradıcı müsabiqələrin (foto, inşa, rəsm

və s.) keçirilməsi.

Hazırladı: Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Cəmilə Səmədova /Səmədova/
Yüklə 9,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin