Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsi əsasında hazırlanmış biblioqrafik icmal Bakı-2020



Yüklə 31,76 Kb.
səhifə2/3
tarix10.01.2022
ölçüsü31,76 Kb.
#109929
1   2   3
Əziz dost! Bu gün sən sevimli yazıçımızın “Məktub yetişmədi” adlı hekayəsi haqqında məlumat ala biləcəksən.

“Məktub yetişmədi” (1908) A.Şaiqin ilk hekayəsidir. O, 1908-ci ildə yazımlışdır. İctimai-sosial kəsərinə, bədii dəyərinə görə hekayə Azərbaycan sovet ədəbiyyatşünaslığının həmişə diqqət mərkəzində durmuşdur. “Məktub yetişmədi” maraqlı potret hekayədir. Bu hеkаyə inqilabdan əvvəl fəhlələrin ağır həyаtını əks еtdirən ən təsirli hеkаyələrdən biridir.

“Məktub yetişmədi” kiçik hekayə janrının tələblərinə cavab verə biləcək xüsusyyətləri, ideya-bədii keyfiyyətləri ilə oxucuların rəğbətini qazanmış və çoxdan ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur. Abdulla Şaiqi sanki dərd və qüssə üçün yaranmış insanların taleyini həmişə düşündürmüş, onun fikrini, xəyalını, varlığını uzun zaman məşğul etmşdir.

Qurbanı doğma yurdundan didərgin düşməyə vadar edən yoxsulluqdur. Qurban ehtiyac və zülmdən cana doyub, ev-eşiyindən didərgin düşüb ruzi qazanmaq məqsədilə doğma vətəni Cənubi Azərbaycandan iş axtara-axtara Tiflisə gəlib çıxmışdır.

O, ailəsini dolandırmaq məqsədilə neft mədənində fəhləlik edir. Qurban özü elindən-obasından daxili dünyasını, arzusunu, bir də ümidini gətirir. Onu yaşadan məhz bu arzu və ümiddir, bir də ki, ailəsi, uşaqları qarşısında atalıq borcu, məsuliyyətidir. Qurbanın arzusu adi məişət qayğılarından uzağa getmir. Gerçəklik onun arzulamaq bacarığını əlindən alıb. Varlanmaq yox, çörək pulu qazanmaq, keyf-əyləncə görmək yox, uşaqlarının qarnını tox olduğunu bilmək-Qurbanın arzusu bunlardır. Elə Tiflisin Şeytanbazar adlanan məhəlləsində həmşəhərlisi Molla Fərzəliyə yazdırdığı məktubunda da bu aydın görünür: “Qurban Molla Fərzəliyə bir az da yaxınlaşdı. Gizli bir söz söyləyirmiş kimi fışıldayaraq: “-Molla, əvvəlcə məndən uşaqların anasına salam yaz,-dedi, -yaz ki, Anaxanımın, Məmişin gözlərindən ən əvəzimdən öpsün, onlardan göz-qulaq olsun. Sonra yaz ki, mən də, şükür allaha, sağ və salamatam, Qulamrza ilə on beş manat göndərdim. Bayram qabağı yenə göndərəcəyəm; uşaqlar korluq çəkməsinlər, özü də yazın axır ayında gələcəyəm.” O, inanır, ümid edir ki, bu böyük arzusuna çatacaqdır və bu ümidlə, inamla fəhləliyə başlayır.

Qurban çalışqan, zirək bir işçidir, ətalət və tənbəllikdən uzaqdır. Məqsədinə çatmaq üçün ən çətin işi belə görməyə hazırdır. Bunu onun Molla Fərzəli ilə söhbətində görürük: “-Molla əmi, yaman adamın quyusunda işləyirəm, quyu indi otuz sajından aşağı enib, nə qədər yalvarırıq. “Ay ağa! Haqqımızı bir az artır; aşağı getmək çox çətindir, neftin, qazın iyindən nəfəs tutulur”, zalım oğlu razı olmur. “Əvvəlki şərtimizlə qazacaqsınız, yoxsa haqqınızı verməyəcəyəm” deyir. Molla, burada pul qazanmaq çox çətindir.”

Bu kiçik hеkаyədə fəhlə Qurbаnın fаciəsi о qədər rеаl və inаndırıcı təsvir оlunmuşdur ki, əsəri охuyаn hər bir uşаq dövrün аcınаcаqlı həyаtını bütün аydınlığı ilə görə bilir. İrаndаn gəlib Bаkı nеft mədənlərində bir qаrın çörəkpulu qаzаnmаq üçün qаn-tər içində çаlışаn Qurbаn bütün əzаbəziyyətlərə dözür. Çünki оnun gəldiyi yоlа uşаqlаrının həsrət çəkən gözləri dikilmişdir. Qızı Аnахаnım аtаsının yоllаyаcаğı güllü dəsmаlın, оğlu Məmiş isə qırmızı köynəyin intizаrındаdır.

Lаkin Qurbаnın fаciəsi gözlərini yоllаrа dikmiş uşаqlаrının ümidlərinə sоn qоyur. O zaman ən ağır, ən çətin, ən qorxulu iş quyu qazmaq, neft çıxarmaq, bir də neft təmizləmək idi. Ölüm, həmişə bu peşə sahiblərinin başları üstündə hərlənirdi. Qabaqlar dayaz quyuları külüng və bel ilə qazırdılar; quyuların dərinliyi az idi, zaman keçdikcə artdı, əlli, altmış, daha çox... Zəhərli qaz, yeraltı sular, palçıq qazmaçıları bərk incidir, adamları əldən, taqətdən salırdı. Dərinə getdikcə hava azalır, zəhərli qaz artır, iş ağırlaşır, yeraltı su təbəqələri açılır, su basqını başlayır, quyu divarları uçub tökülür, tez-tez bədbəxt hadisələr baş verirdi. Qəfildən fontan vuranda qazmaçının heç cəsədi də tapılmırdı.

Sevimli yazıçımız Abdulla Şaiq “Məktub yetişmədi” hekayəsində qazmaçıların acınacaqlı, başdan-başa əziyyət, məşəqqətli həyatını, facianə ölümünü mahir, realist qələmlə təsvir etmişdir. Neft quyusunda partlayan qaz Qurbanı həyatdan alır, hətta onun ölüsünü belə quyudan çıxarmaq mümkün olmur. O, əbədilik quyunun içində qalır. Əsərin qəhrəmanlarından biri olan Səfərin sözləri ilə desək, “Bax bu yerlərin hər guşəsinə ayaq bassan, hər ovuc torpağına qazma vursan, işçi sümüyü görərsən, işçi fəryadı eşidərsən.”

Hekayənin ikinci hissəsində bir neçə cümlə ilə, mədən sahibinin özünü danışdırmaq üsulu ilə həm onun yırtıcı təbiəti açılmış, həm də mühüm bir məsələ aşkara çıxarılmışdır. Buradan məlum olur ki, fəhlələr vəziyyətin ağırlığından, iş şəriatinin çətinliyindən, zəhmət haqqının artırılmasından danışır, öz ağalarına hər gün yeni ultimatum verir, onun qarşısında yeni şərtlər, yeni tələblər qoyurlar. Yaranış vəzyyət Kərbəlay Qulunun fəhlələrə dediyi sözlərində də görə bilərik: “-Namərdlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. Hər tərəfə dönsəm, onlar da o səmtə sürünürdülər. İndi ki, quyu dərinləşib, mənə baş olmaq istəyirlər, hər gün mənə təzə bir “ultimatum” verirlər. “Quyu dərinləşib, ölüm ayağı var. Daha nə bilim nə... nə” - deyə hər gün təzə şərt qoyurlar. Tfu, sizin kimi namərd adamlara! Sizə qırmanc lazımdır, qırmanc!” Bu, XX əsrin əvvəlləri üçün xarakter bir hadisə, tarixi bir həqiqət idi.

Hekayənin ən təsirli yerlərindən biri də Qurbanın qanı bahasına neft çeşməsinin başı açılarkən Kərbəlayi Qulunun gözlərində sevinc qığılcımlarını görməkdir. Neftin çıxması sahibkarda elə güclü şadlıq duyğusu, qazanc iştəhası, varlanmaq ehtirası törədir ki, canlı insanın məhvi onun üçün kiçik, əhəmiyyətsiz hadisə kimi görünür: “Hacı Qulu bir şey eşitmirmiş kimi, qorxa-qorxa quyunun ağzına gəldi və ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. Birdən-birə gözlərində, üzündə daşqın bir sevinc qığılcımları, dodaqlarında məmnuniyyəti andıran bir təbəssüm olduğu halda uca səslə: -Çeşmənin başı açıldı, yavaş-yavaş neft qaynayır, - dedi.”

Zavallı Qurbanın başına gələnləri ört-basır etmək məqsədilə mədənin sahibi Hacı Qulu hadisənin şahidi olan fəhlələrə 50 manat pul verərərək heç nə danışmayacaqlarını onlardan tələb edir, Qurbanın paltarlarını isə ətrafda bir yerdə basdırmalarını tapşırır. Zavallı Qurbanın paltarlarını yığışdırarkən yerə düşən məktub onun yoldaşlarını təsirləndirir: “Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən arasından yerə bir məktub düşdü. Məktubun üzərində: “Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək” cümləsi yazılmışdı. Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlərlə süzərək: “Yazıq Qurban, məktub yetişmədi”,-deyə sızıldadılar.”

Hekayənin qəhrəmanı düşdüyü müdhiş həyatda tək deyildir. Molla Fərzəli, Qulamrza, Səfər və Tanrıverdi də Qurban kimi acınacaqlı ömür, əzablı və işgəncəli həyat sürən zavallılardır. Ədib bu kiçik hеkаyə ilə bir dövr insаn fаciəsinin аcınаcаqlı səhnəsini məhаrətlə təsvir еdir.

Hekayədə XX əsrin əvvəllərində müxtəlif yerlərdən axışıb iş dalınca Bakıya gələn yoxsulların məşəqqətli həyatının bəzi xarakterik cəhətləri Qurbanın simasında ümumiləşdirilmşdir.




Yüklə 31,76 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin