Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsi əsasında hazırlanmış biblioqrafik icmal Bakı-2020



Yüklə 31,76 Kb.
səhifə1/3
tarix10.01.2022
ölçüsü31,76 Kb.
#109929
  1   2   3

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana



Abdulla Şaiqin “Məktub yetişmədi” hekayəsi əsasında hazırlanmış biblioqrafik icmal


Bakı-2020

Azərbaycan uşaq ədəbiyyatının ən tanımnış nümayəndələrindən biri də Abdulla Şaiqdir.

Uşaqlar üçün bir sıra maraqlı və qiymətli əsərlər yazmış Abdulla Şaiq (Talıbzadə) 1881-ci ildə Tiflisdə ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini atası Axund Mustafanın müəllimlik etdiyi məktəbdə almış, burada rus və fars dillərini öyrənmişdir. O, 1959-cu ildə 78 yaşında ikən Bakıda vəfat etmişdir.

Abdulla Şaiq 1901-ci ildə Bakıya köçərək müəllimlik edir. Həmin illərdən başlayaraq, o, həm məktəb şagirdləri üçün bir sıra dərs kitabları, həm də bədii əsərlər yazıb çap etidrir.

А.Şаiq öz müаsirlərindən çохjаnrlı bədii yаrаdıcılığа mаlik оlmаsı ilə sеçilir. Bir nаsir kimi də M.F.Ахundzаdə, C.Məmmədquluzаdə və M.Ə.Sаbir rеаlizminin dаvаmçısı kimi nəzərə çаrpır. Оnun böyük məhаrətlə qələmə аldığı “Məktub yеtişmədi” (1908), “Murаd”, “Köç” (1910), “Cümənin qəzəbi” (1912), “Şələquyruq” (1913), “Оyunçu bаğаlаr” (1934), “Bаlаcа qəhrəmаn” (1942), “Timsаh оvu” (1950) və sаir hеkаyələri öz bədii siqləti ilə uşаqlаrın dünyаgörüşünün gеnişlənməsində, bir şəхsiyyət kimi fоrmаlаşmаsındа, bədii zövqünün zənginləşməsində əvəzsiz rоl оynаmışdır. Həmçinin, bir pеdаqоq-yаzıçı kimi fəаliyyət göstərən А.Şаiq uşаqlаrın mənəvi tələbаtını dərindən duymuş, оnlаrın istəklərinə uyğun оlаrаq qiymətli nəsr əsərləri yаrаtmışdır.


Yüklə 31,76 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin