Zəngin neft və qaz yataqlarının mövcudluğu Azərbaycana tarixən Odlar yurdu şöhrəti qazandırmışdır. Öz-özünə yanan təbii əbədi odlar-neft və qaz mənbələri qədim dövrlərdən bəri burada möcüzə şəklində qəbul olunmuş, insanların inanc və etiqadlarına güclü təsir göstərmişdir. Böyük İpək Yolu boyunca mal dövriyyəsində Azərbaycanın çox yüksək keyfiyyətə malik ağ nefti və qara nefti xüsusi yer tutmuşdur.