(Azərbaycan Respublikası Prezidenti İlham Əliyev)
Məhəmməd Əsəd bəy (Məhəmməd Əsəd bəy. (Nussimbaum Lev; Qurban Səid) Şərqdə neft və qan: Tarx-publsstk roman.-Bakı: Nurlan, 2005.-315 s.
Kitabda XIX əsrin sonlarında və XX yüzilin əvvəlində Bakı şəhəri, burdakı neft maqnatlarının həyat tərzi, Suraxanıdakı Atəşgah və onun tarixi, azərbaycanlıların adət və ənənələri, rəqsləri və şeir məclisləri, daşnak-bolşevik cütünün 1918-ci ilin 30 mart-1 aprel tarixlərində azərbaycanlılara qarşı törətdiyi soyqrımı,1920-ci ildə Bakıdan ayrılandan cəmi doqquz il keçmiş bu ilk romanını çap etdirən gənc yazıçının göz şahidliyi ilə poetik bir dildə təsvir olunur.
Bakı ətrafında yüzlərlə uca neft buruqları fantastik, unudulmaz bir mənzərədir. Onların içinə neft hopmuş taxta divarlarını-yalnız son zamanlar buruqlar alibastrdan tikilir-gecə-gündüz ardı-arası kəsilmədən neft çıxarılan dərin borular örtür. Buruqlar yanında tər tökən fəhlələrin özləri kimi buruqlar da dinclik bilmir. Ətrafdakı torpaq da neftlidir, qapqara və oda həssas, neftli sahələrlə sınırlanan Xəzər dənizinin özü kimi. Yanar kibrit çöpünü burada dənzə atsan, dəniz alovlanmağa başlar, on-onbeş dəqiqəliyinə, hər yabançıya nümayiş etdirilən diqqətə şəyan bir mənzərə kimi, zira Bakıdan başqa dünyanın heç bir yerində yanan dənizə rast gələməzsən.
Məhəmməd Əsəd bəy (Məhəmməd Əsəd bəy. (Nussimbaum Lev; Qurban Səid) Şərqdə neft və qan.
“Uca Böyük və Kiçik Qafqaz dağlarının qoynunda yerləşən Alban ölkəsi öz saysız-hesabsız təbii sərvətləriylə həddindən artıq gözəl və heyranedici bir məmləkətdir. Böyük Kür çayı sakit-sakit bu ölkənin düz ortasından axır, özü ilə iri və xırda balıqlar gətirir və Xəzər dənizinə tökülür. Çayın sahilləri boyu münbit çöllərdə taxıl və üzüm, neft və duz, ipək və pambıq, sonsuz sayda zeytun ağacları var. Onun dağlarında qızıl, gümüş, mis və orxa çıxarılır”.
Dostları ilə paylaş: |