Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxana Bakı neftinin tarixi bədii ədəbiyyatda


(Moisey Kalankatuklu “Alban tarixi” )



Yüklə 2,36 Mb.
səhifə4/7
tarix10.01.2022
ölçüsü2,36 Mb.
#109942
1   2   3   4   5   6   7
(Moisey Kalankatuklu “Alban tarixi” )





Musabəyov İ.Neft və milyonlar səltənətində.-Bakı: Şərq-Qərb, 2006.-152 s.

Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun povesti.

Əsərin sujeti Bakı neft kapitalistlərinin həyatından, məişətindən alınmışdı. İnqilaba qədərki Bakıda neft fontanları hesabına milyonlar əldə edən, birdən-birə varlanan lütfəlilərin, cəlilağaların həyat tərzi povestin əsasını təşkil edir. Müəllif doğru olaraq belə nəticəyə gəlir ki, pula hərislik, nəfsin qurbanı olmaq eyni zamanda əxlaqın korlanmasına, müvəqqəti xoşbəxtliyin faciəyə çevrilməsinə səbəb olur. Əsərin əsas qəhrəmanları olan Cəlil ağa da, Lütfəli bəy də öz yaxalarını bu faciədən qurtara bilmirlər.

Nə qədər ki, Cəlil ağa pulun insan mənəviyyatını, əxlaqını korlama qabiliyyətinə bələd deyildi, burjua cəmiyyətinin pozucu, məhvedici, insanı alçaldan xüsusiyyətlərini başa düşmürdü, öz namuslu zəhməti ilə sakit bir həyat sürürdü. Ancaq Lütfəli bəy kimi alçaq təbiətli bazar adamı ilə ilk tanışlıq tədricən Cəlil ağanı mənəviyyatca korlayır, bazar əxlaqı, bazar mühiti onu öz toruna salmağa başlayır. Nəhayət, o, canından əziz tutduğu ailəsinə də xəyanət edir.



Povestin əsasında 1916-cı ildə eyniadlı film çəkilmişdir.




İki ay da belə keçdi. Br gün Cəlil dükanın qabağında durmuşdu. Bir də gördü ki, Lütfəli bəyin nökəri bunun yanına gəlib dedi ki, ağa, muştuluğumu ver, sənin yerindən neft fəvvarə (fontan) edib. Əvvəl zavallı Cəlil bu sözlərə inanmadı və özü telefon ilə Lütfəli bəydən əhvalatı xəbər aldı.

Xülasə, bu gündən xidmətçi Cəlil oldu Cəlil ağa. İndi bu, Avropa lbiasında qeyriləri kimi gah faytonda, gah da avtomobildə öz işlərinin üstünə gedib-gəilrdi... Bir azdan sonra Cəlil özü yerinin qeyri tərəfində buruq qoymuşdu və o yerdən neft fontan edirdi. Bu zaman dövlət onun başından aşıb-daşırdı. Neft yerlərindən başqa, Cəlil ağa özünə paroxodlar da almışdı.


Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin