(Mehdi,H. Abşeron)
Mehdi,H. Qara daşlar: Roman.- Bakı: Azərnəşr, 1959.-451 s.
M.Hüseynin roman yaradıcılığında yeni keyfiyyət mərhələsi “Qara daşlar” romanı ilə başlayır və axırıncı romanı ilə-“Yeraltı çaylar dənizə axır” romanı ilə bu mərhələ bir qədər də zəngnləşir. “Qara daşlar” (1954-1958) yazıçının 1947-ci ldə yazdığı “Abşeron” romanının davamı hesab olunr. Əsərdə dənizdə əsası qoyulan yeni dünyanın-Neft daşlarının qurumlası uğrunda gedən mübarzə öz əksini tapmışdır.
İ.Qasımov İnsan məskən salır.
Qasımov,İ. Seçilmiş əsərləri. C.2.-Bakı: Azərnəşr, 1988.-205 s.
XX əsr Azərbaycan ədəbiyyatının təməl daşını qoyanlardan biri olan İmran Qasımovun yaradıcılığında dənizin, Xəzər neftçilərinin xüsusi yeri var idi. Hətta onun qələmə aldığı bir sıra dram əsərləri sırf dənizlə bağlı olmuşdur: "Yer altından gələn səslər", "Arzu", "Yeni üfüqlər", "Xəzər üzərində şəfəq", "Xəzər neftçiləri haqqında dastan", "Dəniz cəsurları sevir", "İnsan məskən salır" (sonra bu adda ssenari də yazmışdır) və s.
İ.Qasımov “İnsan məskən salır” əsərində dəniz neftçlərinin gərgin əməyindən, tufan zamanı dəniz buruğunda həlak olmuş briqadirin yerinə təyin olunan gənc neftçi-mühəndisin ona etimad göstərən briqada üzvlərinin rəğbətini, inamını öz biliyi, bacarığı, cürəti ilə qazanmasından və dəniz mədənində həmişəlik məskən salmasından söhbət açılır.
Azərbaycan qədim neft diyarıdır və Bakıda neft çıxarılmasına hələ ötən əsrdən başlanmışdır. Tarixə nəzər salsaq, böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan dünyada ilk dəfə neft hasil edən və dünyanın bir çox ölkələrinə neft məhsulları göndərən bir ölkə olmuşdur.
(Ümummilli lider Heydər Əliyev)